Əmisi II Leopoldun 1909-cu ildə vəfatının ardından taxtın yeganə varisi kimi taxta çıxdı. Keçirilən tacqoyma mərasimində sələflərindən fərqli olaraq fransızca deyil, flamand dilində and içərək yenilik etdi. Sadə həyat tərzləri və xoşbəxt ailə münasibətləri səbəbiylə, I Albert və xanımı Belçikada olduqca sevilən cütlük idi. Səltənətinin ilk illərində ən mühüm məsələ Belçikanın yeganə müstəmləkəsi olan Konqo Dövlətində apardığı islahatlar oldu. Dindar bir katolik olan I Albert ətrafına dövrün mühüm din xadimlərini topladı.
Müharibə Belçikanın almanlar tərəfindən işğalı ilə nəticələndi. İttifaq dövlətləri və Antanta birliyi arasında sülh danışıqları aparmağa cəhd edən I Albertin bütün bu cəhdləri uğursuz oldu. Nəhayət, Belçika, ingilis və fransız birliklərindən ibarət Flandriya ordusunun komandanı kimi I Albert Belçikanın işğaldan azad edilməsiylə nəticələnən hərəkata rəhbərlik etdi. Brüsselin azad edilməsinin ardından I Albert xanımı və övladlarını da yanına alaraq paytaxta qayıtdı.
Alpinizmlə məşğul olan I Albert 17 fevral1934-cü ildə Namür yaxınlığındakı dağlıq zonada baş tutan qəza nəticəsində həlak oldu. Olduqca yaxşı bir alpinist kimi tanına I Albertin bu şəkildə gözlənilməz ölümü insanları şoka saldı və heç kəs bunun təbii bir ölüm olduğuna inanmadı. Cənazəsi sələfləri kimi Laykendəki ailə məzarlığına dəfn olundu.
Els Witte, Jan Craeybeckx, Alain Meynen Political History of Belgium: From 1830 Onwards, Academic and Scientific Publishers, Brussels, 2009, p. 278. ISBN 978-90-5487-517-8