Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionu — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər[2] olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur.[3] "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.[4]
İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Heydər Əliyevin adını daşıyır.