Henrix Heyne

Henrix Heyne
alm. Heinrich Heine
Doğum adı Heinrich Heine
Doğum tarixi
Doğum yeri Düsseldorf, Fransa
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, şair-vəkil[d], imicmeyker, esseist
Əsərlərinin dili fransız dili, alman dili
İstiqamət romantizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine‎, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[3][1][…], Düsseldorf, Müqəddəs Roma imperiyası[3][4][…]17 fevral 1856[2][3][…], Paris, İkinci Fransa İmperiyası[3][2][…]) — XIX əsr alman şairi və jurnalisti.

Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir.

Uşaqlığı və təhsili

Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər.

Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır. Ancaq gənc Heyne nə yerli ticarətdə, nə Frankfurt-Maynda heç bir ümid verici fəaliyyət göstərmir. Bu arada artıq Heyne özünü şair kimi tanımış və ticarət işindən uzaq olduğunu anlamışdı.

Bu dövrdə yazdığı və əsas əmisi qızı Amaliyaya olan nakam məhəbbətindən bəhs edən şeirləri və məktubları dəhşət romantikasından bəhs edirdi. Onun üçün sonrakı romantizm motivləri məhəbətt-ölüm, ikilik, dəhşətli yuxular və s. səciyyəvi idi.

Haynenin anası Betti

Henrixdən heç bir ticarətmi alınmayacağını görən qohumları tezliklə ona universitetdə təhsil almağa imkan yaradırlar. 1819-cu ildə o Bonn şəhərində Şleqelin "Alman dilinin tarixi və poeziya" mövzusunda mühazirələrini dinləyir. Bununla da Şleqel Heynenin romantik meyillənməyə sövq etməsinə təsir göstərir. Heynrix Heyne Bayronun şeirlərini tərcümə edir və eyni zamanda romantik stilin incəliklərinə yiyələnir. O romatizm haqqında məqalələr yazır. Sonralar Bonnda daha bir müəllimi Morits Arndt da onun şairlik yolunu seçməsində önəmli rol oynayır.

Bonnda olarkən tələbə cəmiyyətlərində iştirak edir, liberal və milli axınlara qoşulur. Bunun səbəbi hələ o dövrdə zəif olan Almaniya idi.

1820-ci ildə Heyne Qöttingen şəhərindəki universitetə gedir. 1821-ci ildə o, bu universiteti duel əhvalatına görə tərk etməli olur. Heyne o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Bundan xəbər tutan Universitet onu təhsildən tam xaric edir, qarşı tərəfi isə bir semestr təhsildən kənarlaşdırır.

Henrix Heyne nəticədə Berlinə köçməli olur. O burada 1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alır. Bu müddətdə Heyne şəhər ədəbi dairəsi ilə kontakt yaradır və orada Varnhaqen ailəsi ilə tanış olur. Xanım Rahel və onun əri Karl Varnhaqen fon Ensenin onun şair kimi yetişməsində böyük rolları olur. Onlar Haynenin ilk ədəbi əsərləri haqqında müsbət fikirlər söyləyirlər. Varnhaqen fon Ense vəfatına kimi Hayne ilə məktub əlaqəsində olur. Berlində olduğu müddətdə 1822-ci ildə onun şerlər kitabı, 1823-cü ildə isə "Fəlakət" kitabı çapdan çıxır.

1822-ci ildə Hayne Berlindən Poznan şəhərinə səyahət edir. O, burada ilk dəfə olaraq İudaizmin Hassidi cərəyanı ilə yaxından tanış olur. Bu Hayneni heyran etsə də, o özünü yəhudi varlığı ilə identifikasiya edə bilmir. 1823-cü ildə xristian dinini qəbul etməzdən əvvəl o dostu İmmanuel Vohlvilə yazmışdır:"Mən nə uzun saqqal gəzdirməyə qadir deyiləm ki, məni yəhudi keşişi deyə çağırsınlar, və nə də mən oruc tutabilmərəm"

Xristian dinini qəbul etməsi

1825-ci ildə Qöttinqendə Heyne hüquq üzrə doktor elmi dərəcəsi alır. Hüquqşünas kimi böyük nailiyyətlər əldə etmək üçün o protestant kilsəsində o xristianlıq dinini qəbul edir və adının önünə "Kristian" adını əlavə edir. O bunu gizli saxlamağa çalışır. O keşişin evində kirvədən başqa heç kim olmasın. O bu dinin qəbul edilməsini avropa mədəniyyətə ayaq basmaq üçün edilən formal addım kimi qiymətləndirirdi. Ancaq o sonralar görür ki, buna baxmayaraq o bu "yad mədəniyyətdə" istədiyi kimi qəbul edilmir.

Bu onunla şair Platten arasında olam münaqişәdә özünü daha aydın bürüzә verir. O Heynəyə yəhudi əsilli olmasına görə hücum edir. Hətta bu münaqişə Plattenin yazdığı teatr səhnəsinin mövzusuna çevrilir. Heyne bu hәmlәlәrdәn özünü müdafiə etməyə çalışır. O bu kampaniyanı onun Münxen Universitetindә professor vəzifəsi almasının qarşısını almağa yönəldiyini qeyd edir.

Henrix ilə Platten arasında olan bu çəkişmə ədəbi formada davam etdirilir və onların bir-biri haqqında yazdıqları şeirlərdə özünə yer alır. Nəticədə Heyne almaniyada hüquqşünas kimi çalışmaq cəhdi boşa çıxır. Beləliklə, xristian dinin qəbul edilməsi ona heç bir uğur gətirmir. O sonra 9 yanvar 1826-cı ildə Mozes Mozerə yazır:" Mən xristian dinini qəbul etdiyimә görə peşmanam, mən bundan sonra özümü daha da pis hiss edirəm, uğursuzluqdan başqa mənə heç nə nəsib olmur." Bundan sonra o həyatı üçün lazım olan maliyyə vəsaitini, o dövr üçün qeyri-adi olan yazıçılıqla qazanır.

Onun yaradıcılığını tədqiq edən bütün mütəxəssislər yəhudi əsilli olmasının Henrix Heynenin həyatında və şairliyində böyük əhəmiyyət kəsb etməsindən yazırlar. O hələ Berlində təhsil alarkən yəhudi icması ilə əlaqədə olur. İudaizm motivi onun xristian dinini qəbul etməsindən sonra qabarsa da, bu məsələ onu həyatı boyu müşayiәt etmişdir.

Heynenin Fransaya köçmə səbəblərinin kökündə də siyasi problemlərdən çox onun mənşəyi durduğu vurğulanır. Heyne alman cəmiyyətində yәhudi kimi izolyasiya olunmuşdur.[5]

İlk ədəbi nailiyyəti

"Su pərisi"nə qoyulmuş heykəl, St. Goarshausen

Onun ilk şeirləri artıq 1816-cı ildə Hamburqda olarkən Froydhold Rizenharf (Freudhold Riesenharf) təxəllüsü ilə çap olunmuşdur. H.Heyne kimi onun ilk şeiri 1821-ci ildə Berlində işıq üçü görür.1824-cü ildə 33 şeirdən ibarət topluda Heyneni məşhur edən əsərlər də (Su pərsi) özünə yer tapır. Həmin il Vaymara çox hörmət etdiyi Volfqanq fon Qötenin yanına gedir. Hələ iki il öncə o Qöteyə ilk şeirlər kitabını onun haqqında yazdığı giriş sözləri ilə göndərmişdir. Görüş Heyne üçün məyusedici şəkildə keçir. Çünki, o bu görüşdə özünü solçu, təbii göstərsə də Qöte ondan mədəni şəkildə məsafə saxlamağa çalışır.

1826-ci ildə Heyne "Harts səfəri" adlı kitabını çap etdirir. Bu ona böyük uğur gətirir. Həmin il onun Hoffman və Kampe nəşriyyatı ilə iş əlqəsi yaranır. Bundan sonra Yulius Kampe Heynenin vəfatına qədər onun əsərlərini çap edən şəxs kimi qalır. O 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan Lirik mahnılar məcmuəsini çap edir. Burada romantik, çox vaxt xalq dilində yazılmış şeirlər heç də yalnız o dövrün hisslərinə toxunmurdu.

Heyne çox vaxt şeirlərində siyasi motivləri də ironik şəkildə təsvir edirdi. 1827-28-ci illərdə o Londonaİtaliyaya səfəri zamanı gördüklərini "Səyahət tәәssüratları" əsərində çap etdirir. "Le Grand" kitabında Heyne Napoleona olan rəğbətini açıqlayır və fransız inqilabının nailiyyətlərindən söhbət açır. 1827-ci ildə onun əsərlərinə Almaniyada yasaq qoyulmuşdur. Artıq 1830-cu illərdə Heyne Almaniyada və Avropada istedadlı şair kimi ad qazanmışdır.

Paris həyatı

Siyasi baxışlarına görə Prussiyada Heyneyə qarşı artan təzyiqlər nəticəsində o 1831-ci ildə Fransa inqilabından sonra Parisә köçür. Burada Heynenin yaradıcılığında ikinci mərhələ başlayır. Parisdə yaşadığı müddətdə o almaniya üçün darıxır. Bunu onun şeirlərindən görmək olur:

Ich hatte einst ein schönes Vaterland.
Der Eichenbaum
Wuchs dort so hoch, die Veilchen nickten sanft.
Es war ein Traum.

Das küßte mich auf deutsch und sprach auf deutsch
(Man glaubt es kaum
Wie gut es klang) das Wort: "Ich liebe dich!"
Es war ein Traum.[6]

Sətri tərcümə:
Mənim gözəl ana vətənim vardı,
Orada hündür palıd ağacları bitərdi,
Ağaclardan yarpaqlar yumşaq yellənərdi,
Bu bir yuxu idi.

Məni alman dilində öpərdilər və almanca
(Adamın heç inanmağı gəlmir, bu necə də gözəl səslənirdi)
deyərdilər: "Mən səni sevirəm!"
Bu bir yuxu idi.

O iki dəfə ana vətəninə baş çəkmək imkanına malik olur. 1833-cü ildə Prussuya və 1835-ci ildə Frankfurt federal parlamentin qərarı ilə onun əsərləri qadağan olunduqdan sonra Heyne üçün Paris əsl eksilə çevrilir.

Parisə Heyne əsasən "Augsburger Allgemeinen Zeitung" qəzetinin xarici müxbiri kimi çalışırdı. Buradan aldığı pul onun yeganə gəlir mənbəyi idi. 1833-cü ildə onda xəstəliyinin ilk simptomları üzə çıxır, baş ağrıları, bəzi qabiliyyətlərinin məhdudlaşması, görmə qabiliyyətinin zəifləməsi onu ömrünün sonunda 8 il yatağa məhkum edir. Ancaq ona qədər o ömrünü Parisə maraqlı keçirməyə çalışır. Heyne, Parisdə avropanın məşhur şəxsiyyətləri ilə (bunların arasında Duma, Humbolt kimi şəxslər var idi) tanış olur.

Evlənməsi və Almaniya səyahətləri

Heynenin həyat yoldaşı Matilda

1841-ci ildə Heyne St. Sulpise kilsəsində özünün Matilda adlandırıdğı keçmiş ayaqqabı satıcısı Auqustine Kresçense Mirat ilə evlənir. Heyne 18 yaşlı Matilda ilə hələ 1833-cü ildə tanış olmuşdur və ehtimal olnur ki, 1834-cü ildən onunla birlikdə yaşayırdı. Toy mərasimi katolik ənənəsinə görə aparılır. O yəhudi mənşəyini uzun müddət gizlətmişdir. Onun dostlarından Karl MarksFridrix Engels belə aşağı təbəqədən olan çılğın bir qızla evlənməyi məsləhət görmürlər. Heyne isə onunla yəqin ona görə evlənir ki, Matilda onun malik olduğu intellektual mühitə rәngarәnglik gətirirdi. Evlənməmişdən əvvəl Heyne qızın təhsil alması üçün köməklik göstərməyə cəhd edir. Matilda isə özünə inamı olan bir qız olduğundan Heynenin tərbiyələrindən imtina edir.

Onlar evlənəndən sonra həyatları turbulentli keçir. Ancaq Heyne Matildanın alman dili bilməsə də onu çox dәyәrlәndirirdi. Matilda Heyne haqqında demişdir: Mənim ərim həmişə şeir yazır, ancaq mən inanmıram ki, onların zərrə qədər də dəyəri vardır, çünki o bunlarla razı deyil." Bu Heynenin fikrincə ona dəlalət edirdi ki, Matilda onu şair kimi yox insan sevirdi.

Onların bu nigahdan övladları olmamışdır. Matilda ərinin ölümündən sonra xeyli yaşayır və 1883--cü ildə vəfat edir.

Heyneni Almaniya ilə bağlayan təkcə orada baş verən siyasi problemlər olmayıb, həm də atasının vəfatından sonra tək qalmış anası idi. O 1843-cü ildə anasına həyat yoldaşını təqdim etmək və eyni zamanda həsrətində olduğu vətəninə səyahətə çıxır. Bu zaman yol boyu gördüklərini Heyne "Almaniya. Bir qış nağılı" adlı şeirində satirik şəkildə dövlət, kilsə və cəmiyyətdə olan münasibətləri təsvir edir. Onun bu şeirində Marksın, Lassalın sosialist ideyaları özünə yer almışdır.

Siyasi fəaliyyəti

XİX əsrin 40-cı illәrindә Heynenin siyasi baxışları radikallaşmağa başlayır. O sənaye inqilabı sayəsində yaranmış yeni fəhlə təbəqəsinin problemlərini görən ilk alman şairlәrindәn idi. Buna münasibətini bildirən şair 1844-cü ildə "Sileziya toxucuları" şerini yazır. O toxucular üsyanından təsirlənir. Heynenin bu şeri Karl Marks tərəfindən buraxılan İRƏLİ!-də çap olunur və 50000 ədəd vərəq şəklində çoxaldılaraq fəhlələr arasında paylanır. Bu şeir Prussiya şahı IV Friedrich Vilhelm tərəfindən kəskin tənqid edilir və o Almaniyada qadağan edilir. 1846-cı ildə onun bu şeirini camaat arasında söyləməyə çalışan bir şəxs həbs edilir. 1844-cü ildə Heyneni ilə Parisdə tanış olan Fridrix Engels onun şeirini ingilis dilinə tərcümə edir və həmin ili „The New Moral World"də çap etdirir.

Bir demokrat kimi Heyne liberal hərəkətə yaxın idi. 1848-ci ildə inqilab xəbəri bütün Avropanı bürüdükdə onun səhhəti artıq pisləşmişdir. O Parisdə baş verən fevral inqilabını böyük şübhə ilə müşahidə edirdi və bunu " universal anarxiya, dünya qarışıqlığı, aydın görünən ağılını itirmə" adlandırırdı.

Həmin ilin martında Almaniyada baş verən inqilab ölkədə siyasi proseslərə təsir edir, vahid alman dövlətinin yaranması ilə nəticələnir. Ancaq tezliklə ölkədə yaranmış respublika-demokrat dövlət quruluşu yeni yaranmış parlamentdə azlıq şəklində qalır. Ümumi alman parlamenti adı altında monarxiyanın saxlanmasını Heyne siyasi cәhәtdәn mümkün olan şey saymır.

Almaniyada baş verən bütün siyasi proseslər Heynenin şeirlərində özünə yer tapırdı.

Son günləri

Xəstə Heyne yataqda, 1851

Onun xəstəliyi artıq 1845-ci ildən güclәnmәyә başlamışdır. Əmisi Solomonun vəfatından sonra ona vəd etdiyi aylıq pul almaq üzrə gedən çəkişmələr onun sağlamlığına mənfi təsir göstərmişdir. 1847-ci ildə o qohumları ilə əlverişli razılaşma əldə edir. Heynenin sağlamlığı artıq bu dövrdə sual altında idi. Müxtәlif kurortlara getmәsinә baxmayaraq o heç bir irəliləyişə nail ola bilmir.

1848-ci ildə Heynenin səhhəti kəskin pisləşir. Əsəblərindən әziyyәt çəkən şair yatağa düşür. Yataqda olduğu illəri o "Yataq qəbri (Matratzengruft)" adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə də, onun vəfatından sonra evində olan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir.

1848-ci ildə ona baş çəkən Engels Heynenin vəziyyətinin çox pis olduğunu yazmışdır. Heyne xəstə olduğu müddətdə də öz yaradıcılığını davam etdirmişdir. O şeirlərini diktə edərək yanındakı katibəsinin köməyi ilə kağıza köçürdürdü. Bu çətin şәraitә baxmayaraq o 1851-ci ildə "Romaserro" və 1854-cü ildə siyasi məzmunlu "Qarışıq yazılar" şeirlər kitablarını çap etdirir.

17 fevral 1856-cı ildə Heyne vəfat edir. O Parisdə Monmartr qәbiristanlığında dəfn edilir. 27 il sonra vəfat edən həyat yoldaşı Matilda da şairin vəsiyyətinə əsasən orada dəfn olunur.

Əsərləri

Reisebilder, 1831
  • 1821: Şeirlər
  • 1823: Lirik intermetsio ilə yanaşı fəlakətlər
  • 1824: Otuz üç şeir
  • 1826: Səyahət təəssüratları (Reisebilder. Erster Teil)
  • 1827: Mahnılar kitabı (Buch der Lieder)
  • 1830: Səyahət təəssüratları. Üçüncü hissə (Reisebilder. Dritter Teil)
  • 1832: Fransız durumları(Französische Zustände)
  • 1833: Şikayətlər haqqında. Salonun üçüncü hissəsinə giriş sözü. (Über den Denunzianten. Eine Vorrede zum dritten Teil des Salons)
  • 1834: Salon. Birinci hissə. (Der Salon. Erster Teil)
  • 1835: Salon. İkinci hissə (Der Salon. Zweiter Teil)
  • 1836: Salon. Üçüncü hissə (Der Salon. Dritter Teil)
  • 1836: Romantik məktəb (Die romantische Schule)
  • 1838: Şvabiya güzgüsü (Der Schwabenspiegel)
  • 1839: Şekspirin qızları və qadınları (Shakespeares Mädchen und Frauen)
  • 1840: Lüdviq Börne (Ludwig Börne. Eine Denkschrift)
  • 1844: Yeni şeirlər (Neue Gedichte)
  • 1847: Atta Troll (Atta Troll
  • 1851: Romansero (Romanzero) və Doktor Faust. Rəqs poeması( Der Doktor Faust. Ein Tanzpoem)
  • 1854: Qarışıq yazılar. (Vermischte Schriften)
  • 1857 Fəlakət (Tragödien)
  • 1869 Son şeirlər və düşüncələr (Letzte Gedichte und Gedanken)
  • 1884 Memuarlar (Memoiren)
  • 1892 Henrix Haynenin ailə həyatı (Heinrich Heines Familienleben. 122 Familienbriefe des Dichters und 4 Bilder)UB Bielefeld də elektron şəklində)

İstinadlar

  1. 1 2 J. W. F., J. G. R. Heine, Heinrich (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 13.
  2. 1 2 3 Mähly J. Heine, Heinrich (alm.). // Allgemeine Deutsche Biographie L: 1880. Vol. 11. S. 338–351.
  3. 1 2 3 4 Берковский Н. Я., Берковский Н. Я. Гейне // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
  4. Вейнберг П. Гейне, Генрих (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 254–257.
  5. Marcel Reich-Ranicki: Der Fall Heine, Stuttgart 1997, S. 103
  6. aus: Neue Gedichte, zit. nach DHA, Bd. 6, S. 73

Mənbələr

  • Wolfgang Hädecke: Heinrich Heine – Eine Biographie, Rowohlt, Reinbek 1989, ISBN 3-499-15975-9
  • Jan-Christoph Hauschild/ Michael Werner: Der Zweck des Lebens ist das Leben selbst. Heinrich Heine. Eine Biographie, Kiepenheuer & Witsch, Köln 1997; aktualisierte Neuausgabe 2005 bei Zweitausendeins, ISBN 978-3-86150-739-0
  • Lew Kopelew: Ein Dichter kam vom Rhein. Heinrich Heines Leben und Leiden. Vom Autor gemeinsam mit Edith Kaiser überarbeitete Neuausgabe (dt. EA: Berlin 1981), dtv, München 1986
  • Ralf Schnell: Heinrich Heine zur Einführung, Junius, Hamburg 1996, ISBN 3-88506-930-X
  • Bernd Kortländer: Heinrich Heine, Reclam, Stuttgart 2003, ISBN 3-15-017638-7

Read other articles:

Henrik II av Guise, oljemålning av Anthonis van Dyck, 1634. Henrik II av Guise, född 4 april 1614, död 2 juni 1664, var en fransk hertig och tronpretendent. Som yngre son till Charles av Guise anvisades Henrik det andliga ståndet, och utnämndes redan som barn till kardinal. I samband med faderns död övertog han trots detta hertigdömet Guise. Han deltog i konspirationer mot kardinal Armand-Jean du Plessis Richelieu och måste dödsdömd hålla sig i landsflykt till 1644. Under Masaniel...

 

Neusticosaurus Periode Trias Tengah, Ladinian PreЄ Є O S D C P T J K Pg N NeusticosaurusNeusticosaurus pusillusTaksonomiKerajaanAnimaliaFilumChordataKelasReptiliaOrdoEosauropterygiaFamiliPachypleurosauridaeGenusNeusticosaurusSeeley, 1882 Tipe taksonomi†N. pusillus (Fraas, 1881 [awalnya Simosaurus]) Tata namaSinonim takson Sinonim genus Pachypleura Cornalia, 1854 Pachypleurosaurus Broili, 1927 (nomen dubium) Psilotrachelosaurus Nopcsa, 1928 Sinonim spesies Neusticosaurus pygmaeus Fraas, 18...

 

  لمعانٍ أخرى، طالع أميرية (توضيح). Amiriyeh اميريه  - city -    تقسيم إداري البلد  إيران[1] المحافظة سمنان المقاطعة دامغان الناحية ناحية أمير أباد خصائص جغرافية إحداثيات 36°01′42″N 54°08′30″E / 36.02833°N 54.14167°E / 36.02833; 54.14167 الارتفاع 1170 متر  السكان التعد

Adan Jodorowsky Jodorowsky en 2017Información personalNombre en español Adán Jodorowsky Otros nombres AdanowskyNacimiento 29 de octubre de 1979 París (Francia) Nacionalidad mexicana, francesaFamiliaPadre Alejandro Jodorowsky Información profesionalOcupación Actor, productor musical, escritor, compositor y director de cine Años activo 2006–presenteSeudónimo AdanowskyGénero Rock alternativoindie rockart rockSitio web adanowsky.free.fr[editar datos en Wikidata] Adán Jo...

 

This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Farmhouses in Loosduinen near The Hague at Twilight – news · newspapers · books · scholar · JSTOR (January 2022) (Learn how and when to remove this template message) Painting by Vincent van Gogh Farmhouses in Loosduinen near The Hague at TwilightArtistVincent van GoghYear1883Cat...

 

Santa Sara HitamTempat pemuliaan Saintes-Maries-de-la-MerSarah si Hitam, Kali SaraDihormati diKristenTempat ziarahSaintes-Maries-de-la-Mer, PrancisPesta24 MeiPelindungOrang Romani Santa Sarah Hitam atau Sara-la-Kali (Sara si Hitam, bahasa Romani: Sara e Kali), adalah santa pelindung orang Romani. Pusat pemuliaannya adalah Saintes-Maries-de-la-Mer, sebuah tempat ziarah untuk orang Romani di Camargue, selatan Prancis. Legenda menyatakan bahwa ia adalah pelayan dari salah satu dari Ketiga Ma...

جاست دانس Just Dance (بالإنجليزية: Just Dance)‏  غلاف لعبة جاست دانس المطور يوبي سوفت باريس يوبي سوفت ميلان الناشر يوبي سوفت الموزع نينتندو إي شوب  سلسلة اللعبة جاست دانس النظام وي،اكس بوكس،بلايستشن4 تاریخ الإصدار 17 نوفمبر 2009 نوع اللعبة لعبة الرقص النمط لعب فرديلعب جماعي الوسا...

 

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (أغسطس 2023) طرد (بريد)معلومات عامةصنف فرعي من عنصر بريد لديه جزء أو أجزاء حمولةmoving & shipping box (en) تعديل - تعديل مصدري - تعد

 

Kaisar Kangxi Kaisar keempat Dinasti Qing CinaBerkuasa18 Februari 1661 – 20 Desember 1722(61 tahun, 305 hari)Penobatan1667PendahuluKaisar ShunzhiPenerusKaisar YongzhengWaliSonin (1661-1667)EbilunSuksaha (1661-1669)Oboi (1661-1670)Informasi pribadiKelahiranAisin Gioro XuanyePemakamanZunhuaWangsaHouse of Aisin GioroNama lengkapChinese: Àixīn-Juéluó Xuányè (愛新覺羅玄燁)Manchu: Aisin-Gioro Hiowan YeiNama periodeNama anumertaKaisar Hétiān Hóngyùn Wénwǔ Ruìzhé Gōngji

Japanese manga series Ponkotsu-chan KenshōchūCover of the first volumeポンコツちゃん検証中GenreRomantic comedy[1] MangaWritten byTsubasa FukuchiPublished byShogakukanImprintShōnen Sunday ComicsMagazineWeekly Shōnen SundayDemographicShōnenOriginal runApril 24, 2019 – July 21, 2021Volumes10 (List of volumes) Ponkotsu-chan Kenshōchū (ポンコツちゃん検証中, Miss Clumsy Currently Under Inspection) is a Japanese manga series written and illustrated by T...

 

Shopping mall in Staten Island, New YorkStaten Island MallThe mall's new wing, public plaza, and front entrance as a result of the 2015-2019 expansion projectLocationStaten Island, New YorkOpening dateAugust 9, 1973DeveloperFeist & Feist Realty CorporationManagementBrookfield PropertiesOwnerBrookfield PropertiesNo. of stores and services220No. of anchor tenants10Total retail floor area1,370,000 ft²No. of floors2 (3 in Macy's)Websitewww.statenislandmall.com Staten Island Mall is a sh...

 

14th-15th Albanian noblewoman VoisavaThe Dream of Skanderbeg's Mother – Jörg Breu II 1533BornPolog, likely a reference to the Polog valleyOther namesJella,[1] Vojsava, Vojislava; Tribalda, Tripalda[A]Known forMother of SkanderbegSpouseGjon KastriotiChildrenReposhStanishaKonstandinMaraSkanderbegJelenaMamicaAngelinaVlajkaParentDomenico Moncino Musachi (father) Voisava (fl. at least 1402–05) was the wife of Gjon Kastrioti, an Albanian nobleman from the House of Kastrioti. ...

This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Lagata – news · newspapers · books · scholar · JSTOR (February 2015) (Learn how and when to remove this template message) Municipality in Aragon, SpainLagatamunicipality FlagSealLagataShow map of AragonLagataShow map of SpainLagataShow map of EuropeCoordinates: 41°14′N 0°48...

 

吉村 貢司郎東京ヤクルトスワローズ #21 2023年8月11日基本情報国籍 日本出身地 東京都足立区生年月日 (1998-01-19) 1998年1月19日(25歳)身長体重 183 cm85 kg選手情報投球・打席 右投右打ポジション 投手プロ入り 2022年 ドラフト1位初出場 2023年4月2日年俸 1600万円(2023年)[1]経歴(括弧内はプロチーム在籍年度) 日本大学豊山高等学校 國學院大學 東芝 東京ヤクルトス...

 

This article is missing information about the gameplay and development. Please expand the article to include this information. Further details may exist on the talk page. (April 2022) 2022 video gameMartha is DeadDeveloper(s)LKAPublisher(s)Wired ProductionsEngineUnreal Engine 4[2]Platform(s)Microsoft WindowsPlayStation 4PlayStation 5Xbox OneXbox Series X/SAmazon LunaReleaseWindows, PS4, PS5, Xbox One, Xbox Series X/SFebruary 24, 2022Amazon LunaOctober 6, 2022[1]Mode(s)Single-p...

Freedom fighter and revolutionary from Odisha This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) The article's lead section may need to be rewritten. Please help improve the lead and read the lead layout guide. (August 2020) (Learn how and when to remove this template message) The neutrality of this article is disputed. Relevant discussion may be found on the talk page. Please do not remove ...

 

Marine Operational Test and Evaluation Squadron VMX-1VMX-1 insigniaActiveAugust 28, 2003 - presentCountryUnited StatesBranchUSMCTypeOperational Test and Evaluation SquadronRoleOperational test of MV-22B, CH-53E, CH-53K, F-35B, RQ-21B, UH-1Y, AH-1W, AH-1Z, K-MAX, aviation command & control systems, associated equipment, weapons systems, and software.Part ofHeadquarters, United States Marine Corps, Aviation BranchGarrison/HQMarine Corps Air Station Yuma, units at Edwards Air Force Base...

 

Species of conifer Table Mountain pine Cultivated specimenMorton Arboretum acc. 255-86-3 Conservation status Least Concern (IUCN 3.1)[1] Scientific classification Kingdom: Plantae Clade: Tracheophytes Clade: Gymnospermae Division: Pinophyta Class: Pinopsida Order: Pinales Family: Pinaceae Genus: Pinus Subgenus: P. subg. Pinus Section: P. sect. Trifoliae Subsection: P. subsect. Australes Species: P. pungens Binomial name Pinus pungensLamb. Natural range Table Mountain pine,&#...

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Februari 2023. artikel ini perlu dirapikan agar memenuhi standar Wikipedia. Tidak ada alasan yang diberikan. Silakan kembangkan artikel ini semampu Anda. Merapikan artikel dapat dilakukan dengan wikifikasi atau membagi artikel ke paragraf-paragraf. Jika sudah dirapi...

 

Bengt Forslund Información personalNacimiento 22 de junio de 1932 (91 años)Grödinge Socken (Suecia) Nacionalidad SuecaInformación profesionalOcupación Guionista, productor de cine, realizador y director de cine [editar datos en Wikidata] Bengt Forslund (nacido el 22 de junio de 1932) es un productor , guionista y director de producción sueco . Produjo y coescribió (con Jan Troell ) Los emigrantes (1971), por el cual fue nominado a los Premios de la Academia (Oscar) por Mejor ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!