Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi yanvar 1838[1]
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 1924(1924-09-01)[1] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Fəaliyyəti iş adamı, xeyriyyəçi, sənayeçi, mesenat[d]
Uşaqları
Dini islam
Elmi fəaliyyəti
Elm sahəsi sənaye[2], mesenatlıq[d][2]

Təltifləri 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 1-ci dərəcəli "Şiri-Xurşid" ordeni 3-cü dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Şiri-Xurşid" ordeni Order of noble Bukhara "İmperator III Aleksandrın tacqoymasının xatirəsinə" medalı Medal "For Diligence" (1801) Medal "For Diligence" (1801) Medal "For Diligence" (1801) Medal "For Diligence" (1801)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838[1], Bakı1 sentyabr 1924[1], Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu,[3] mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı.[4] II və III dərəcəli laureatı.[5]

Həyatı

Erkən illəri

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə[6][7][8](başqa mənbədə isə 1823-cü ildə[9]) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə[8], Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı.

İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilir.[10]

Fəaliyyəti

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.[11]

Neft sənayesi və nəqliyyat

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır, lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxardı. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayırdı. Üç il sonra BalaxanıdaBibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.

"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti" (və ya "Oleum") təsis olunarkən Z. Tağıyev Şuranın 6 üzvündən biri olur.[12]

Bundan başqa Tağıyev "Kaspi" birliyi ilə əməkdaşlığını sürətli inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka (Q. Ş. Dadaşovla birgə) və körpüyə sahib idi.[13]

Toxuculuq sənayesi

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. 1900-cü ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açır. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.[14]

Balıqçılıq sənayesi

İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızı ilə evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlmək üçün ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.

1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.

Hacı Zeynalabdin Tağıyev balıqçılığın zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına atıb balığı dənizə buraxmışdır. Və bunu eşidən balıqçılar həmin balığı tutmaq arzusu ilə dənizə tökülüşmüşdülər.[15]

Enerji sənayesi

1899-cu ildən H. Z. Tağıyev enerji sektoruna qoşulur. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü" səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxardı. Burada Tağıyev sədr müavini vəzifəsində çalışırdı. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətinin balansında iki elektrik stansiyası vardı.

Mülkiyyəti

O, üç ilə şəhərin mərkəzində (1895–1897-ci illər) böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyantinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır. Hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır. Layihənin müəllifi Yuzef Qoslavski əsasən Avropa order memarlıq üslübundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı.

Qız məktəbinin açılmasına mane olanlarla mübarizə

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar.[16] Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər.[17] Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu.[18] Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğənbər, xəlifə, imamlardan hadisələr və sübutlar gətirərək bu işi küfr adlandırıb. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar.[19] Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər"[20]

Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər.[21] Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görədə o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar.[22]

İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq."

Behbudov işi

1911-ci il Bakıda Tağıyevin köməkçilərindən biri Lütfəli bəy Behbudov ilə bağlı yaşadığı məhkəmə işi ilə yadda qalmışdı. Xeyriyyəçiliyi və neft sənayesində nüfuzu ilə tanınan Tağıyev Behbudovu Sona Ərəblinskayaya qarşı nalayiq davranışda ittiham etmişdi. Bu ittiham fiziki qarşıdurmaya qədər yüksəldi və yüksəksəviyyəli məhkəmə prosesinə səbəb oldu. Tağıyev və onun ehtimal olunan altı şəriki 1912-ci il martın 11-də təqsirləndirilərək məhkum edildilər.[23]

Xeyriyyəçilik

1873-cü ildə icarəyə yer götürərək neft quyusu qazdırıb. 1888-ci ildə H. Z. Tağıyev Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olmuş, həmin ildən daimi olaraq bu məktəbə maddi yardım göstərmişdi.[24]

H. Z. Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.[25]

1896-cı ildə GəncədəNaxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəmişdir.[26]

Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə AlmaniyaRusiyaya getmişdi. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.[27]

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan "Kaspi" qəzeti dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.[28]

İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.[29]

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksəkrütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksəkrütbəli şəxs izah edir ki, "dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin". Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.

Bakı-Şollar su kəmərinin tikintisi

Şollar su kəmərinin çəkilişi, rəssam: Çingiz Mehbaliyev

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur.[30] Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V. Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsi, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.[31][32]

Ailəsi

Hacı Zeynalabdin Tağıyev və uşaqları

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur:

  1. İsmayıl Tağıyev (1865–1930)
  2. Sadıx (1868–1943)
  3. Kazım (kiçik yaşda vəfat edib)[33]
  4. Xanım (1871–1916)

İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdir. Yəni Hacı öz oğlu ilə bacanaq idi. Sona xanım 16 yaşında ikən 73 yaşlı[34] Tağıyevə ərə verilmişdi. Balakişi bəy Tağıyevin mülkünə ortaq olmaq üçün kiçik qızını Hacıya vermişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur:

  1. Məmmədtağı (20 avqust 1900[8] – 1918) — "Dikaya diviziya"-nın zabiti olarkən Lənkəranda intihar etmişdir
  2. Məmmədkazım (22 fevral 1903[8] – 1931)
  3. İlyas (xəstəliyə tutularaq ölmüşdür)[35]
  4. Leyla (16 yanvar 1898[8] – 1947) — Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə evlənmişdir.
  5. Sara xanım Sarayeva-Tağıyeva (10 may 1899[8] – 1991)
  6. Sürəyya (12 aprel 1904[8] – 1975)[36][37]

Leyla Əsədullayevanın taleyi

Leyla və Əli Əsədullayevaların Əli, Nadir, Gülnar və Zeynal adlı övladları olmuşdur. Zeynal Türkiyədə anadan olmuşdur. Əli Əsədullyev 1920-ci illərdə ailəsini götürərək əvvəlcə İrana, sonra isə Türkiyəyə mühacirət etmiş, daha sonra ailə Parisə köçmüşdür. Qızları Gülnar Əsədullayev Parisin Sorbonna Universitetini bitirdikdən sonra Leyla Əsədullayeva ilə İstanbula kömüşdür. Leyla Əsədullayeva 1948-ci ildə İstanbulda vəfat etmişdir. Onun məzar daşında bu sözlər qeyd edilmişdir:[38]

" Hacı Zeynalabdin Tağının qızı Leyla Əsədullah". Bakı 17 yanvar 1896, İstanbul 23 fevral 1948. "

"Yeni Kafkasya" jurnalında Leyla Əsədullayevin adına rast gəlinir. "Hacı Zeynalabdin Tağıyevin vəfatının birinci ildönümü" adlı xəbərdə qeyd olunmuşdur:[38]

" Bundan bir il əvvəl Bakıda Azərbaycan xeyriyyəçilərindən Hacı Zeynalabdin Tağıyev vəfat etmişdir. Ötən cümə qızı Leyla xanım və yeznəsi Əsədullahzadə Əli bəy tərəfindən mərhumu yad etmək üçün Teşvikiyə məscidində mövlud oxunulub. Mövludda Azərbaycan qaçqınları ilə yerli türklər də iştirak ediblər. "

Leyla Əsədullayevin adına "Qurtuluş" jurnalında da rast gəlinir. Belə ki, Məhəmməd Əmin Rəsulzadə ilə Şimali Qafqazın liderlərindən Heydər Bammat arasında olan qarşıdurma ilə bağlı bir xəbərdə onun adı keçmiş, məktubu yayımlanmışdır:[38]

" Başda mərhum Əlimərdan bəyin ailəsi olmaqla, azərbaycanlılardan bir çoxu onlara göndərilmiş Parisdə çıxan "Qafqaz" məcmuəsini qəbul etməyərək geri gönədriblər. Onlardan bir qismi banderolun arxasına "gəldiyi yerə qaytarılır" qeydi ilə yetinməyərək məcmuənin müdiri Heydər Bammata bu hərəkətlərinin səbəbini xüsusi qeyd etməyi lüzum görüblər. Buna nümunə olaraq, Azərbaycanın məşhur simalarından mərhum Hacı Zeynalabdin Tağıyevin qızı hörmətli Leyla xanım Əsədullahın məcmuə idarəsinə göndərdiyi məktubun surətinin özünün icazəsilə dərc edirik: "Çox möhtərəm Heydər bəy! "Qafqaz" məcmuəsini geri göndərirəm. Onu diqqətlə oxudum. Fəqət orada, fikrimcə, Qafqazın ortaq işinə zərər verən nifərtlə dolu çıxışlardan başqa məni maraqlandıracaq bir şey tapmadım. Bundan başqa, evimdə nə oxumaları ilə məşğul olduğum gənclər yetişir. "Qafqaz"ı oxumaq isə ruhun vətənsevərliyi üzərində ancaq mənfi təsir göstərər. Hörmətlə, L.Əsədullah" "

Vəfatı

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 85 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir[39]. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.

Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçi" qəzetlərində onunla bağlı nekroloq çap edildi.

Təltif və mükafatları

İstinadlar

  1. 1 2 3 4 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы, 1976. C. 9. S. 121–122.
  2. 1 2 Tağıyev, Hacı Zeynalabdin // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Bakı milyonçusu H. Z. Tağıyevin həyatı haqqında. / Varlıq ensiklopedik toplu. – Bakı: "Zaman", 1998.- S.198.
  4. "Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında" kitabı barədə // Palitra.- 2013.- 24 sentyabr. –S.15.
  5. Nailə Vəlixanlı. "Müasirləri Hacı Zeynalabidin Tağıyev Haqqında". Bakı şəhəri: "Ziya" NPM. 2013. səh. 4.
  6. Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaətə xidmətləri// Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında. Tərtib edəni F. Cabbarov. Bakı, 2013, səh.22)
  7. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 121.
  8. 1 2 3 4 5 6 7 Cabbarov, F. R. Bir daha Hacı Zeynalabdin Tağıyevin doğum tarixi məsələsinə dair Arxivləşdirilib 2024-01-11 at the Wayback Machine, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, 11, 2023, səh. 61
  9. Ибрагимов М. Дж. Предпринимательская деятельность Г. З. Тагиева. — Баку: Азербайджанской гос. изд-во, 1990. с. 14–15.
  10. İlkin Q. Bakı və bakılılar. Bakı: Nurlar. 2006. 234–243.
  11. Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan mədəniyyəti, maarifi və iqtisadiyyatının inkişafında böyük rolu olmuş H.Z.Tağıyev haqqında. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. 2007. səh. 268.
  12. Y. Əhmədova; red. P. Qasımova, N. Əsgərova. 'El atası. Sumqayıt: Sumqayıt şəhər Mərkəzi kitabxanası. 2016. səh. 3.
  13. H. Z. Tağıyevin "Kaspi" yə etdiyi himayədarlığı haqqında // Kaspi. – 2015. – 7 aprel. – S.3.
  14. Hüseynov Ə. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı: "Sumqayıt" nəşriyyatı. 2002. səh. 140-141.
  15. İsmayıl, M., İbrahimov. Görkəmli sənayeçi, el ağsaqqalı Hacı Zeynalabdin Tağıyev haqqında. Bakı: Azərnəşr. 1994. səh. 124.
  16. Fərəcov, S. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəsi ilə Bakıda açılan qız məktəbi haqqında. Bakı: Mədəniyyət. 2014. səh. 13.
  17. Mərdanov M. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil. 2011. səh. 115-144.
  18. Əhmədov S. Azərbaycan tarixindən 100 şəxsiyyət. Bakı: Ayna Mətbu Evi. 2006. səh. 151-153.
  19. Azərbaycan tarixi. Bakı: "Elm". 2008. səh. 231-234.
  20. Manaf Süleymanov. Hacı Zeynalabdin Tağıyev. Bakı: "Gənclik". 1996. səh. 17.
  21. Dadaşova S. Bakı-tarixin səhifələri. – Bakı : "Şərq- Qərb" Nəşriyyat Evi, 2013. – S.42–44.
  22. Böyük İqtisadi Ensiklopediya. 5 cilddə. V cild. – Bakı : "Şərq Qərb" Nəşriyyat Evi, 2012. – S.30–33.
  23. Dennis, Robert. "Tağıyev-Behbudov məsələsi: XX əsrin əvvəllərində Qafqazın müsəlman elitləri arasındakı qarşıdurma". Bakı Araşdırmalar İnstitutu (az.). 2020-03-21. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  24. Əhmədov H. Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: Mütərcim. 1997. səh. 38-47.
  25. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Azərbaycan tarixi. Bakı: "Bakı Universiteti" nəşriyyatı. 2014. səh. 234.
  26. İlkin Q. Şəxsiyyət. Bakı: Şur. 1995. səh. 3-25.
  27. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası 2 cilddə. II cild. Tağıyev Hacı Zeynalabdin Məmmədtağı oğlu (1823-1924). Bakı: Lider Nəşriyyat. 2005. səh. 347-391.
  28. Seyidov Y. Azərbaycan dili. Böyük mesenat və xeyriyyəçi H. Z.Tağıyevin həyatı haqqında. Bakı: akı Universiteti nəşriyyatı. 2014. səh. 68-69.
  29. İlkin, Q. 1905-ci ildə Bakıda H.Z.Tağıyev tərəfindən yaradılmış "Müsəlman Xeyriyyə Cəmiyyəti" və 1906-cı ildə yaradılmış "Nicat" mədəni- maarif cəmiyyəti haqqında. Bakı: Bərəkət. 1991.
  30. H. Z. Tağıyevin Bakıya su kəmərinin çəkilməsində olan böyük rolu və köməyi haqqında // Azərbaycan müəllimi. – 2015. – 12 dekabr.- S.11.
  31. Nərimanov N. Nərimanov N. Seçilmiş əsərləri. –H. Z. Tağıyevin 50 illiyi, məişətə və cəmaətə xidmətləri. Bakı: "Lider nəşriyyat". 2004. səh. 397-410.
  32. Fərəcov, S. H.Z.Tağıyevin təklifi və köməyi nəticəsində Bakıya şollar su kəmərinin çəkilməsi haqqında. Bakı: Mədəniyyət. 2015. səh. 15.
  33. "Hacı Zeynalabdin Tağıyev", MAS Matbaacılık, İstanbul, 2010, səh.165–166. Redaktor: Araz Abbasov
  34. "Arxivlənmiş surət". www.anl.az. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  35. Azərbaycan Sovet Ensiklopediyası 10 cilddə. IX cild. Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyası. 1986. səh. 121-122.
  36. Araz Abbasov. "Hacı Zeynalabdin Tağıyev". İstanbul: MAS Matbaacılık. 2010. səh. 165-166.
  37. "Hamının sevimlisi (H. Z. Tağıyev haqqında), Bakı, 2012, səh.165–166. "Təknur". Müəllif: Əşir Bəşiroğlu
  38. 1 2 3 Dilqəm Əhməd. "Bir ildən yüz ilə". Bakı: "TEAS Press". 2018. səh. 29-30. ISBN 978 9952 310 47 4.
  39. "Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.

Ədəbiyyat

  • Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

Xarici keçidlər

Həmçinin bax

Read other articles:

1913 novel by DH Lawrence For other uses, see Sons and Lovers (disambiguation). This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (April 2016) (Learn how and when to remove this template message) Sons and Lovers AuthorD. H. LawrenceCountryUnited KingdomLanguageEnglishGenreAutobiographical novelPublisherGerald Duckworth and Company LtdPublication date1913[1&#...

 

 

Stasiun Wonosobo Wonosobo+772 m Stasiun Wonosobo ketika masih aktifLokasiJalan Raden Kolonel KarjonoWonosobo Barat, Wonosobo, Wonosobo, Jawa TengahIndonesiaKetinggian+772 mOperatorKereta Api IndonesiaDaerah Operasi V PurwokertoLetak dari pangkalkm 119+229 lintas Maos–Purwokerto Timur–Banjarnegara–Wonosobo[1]Informasi lainKode stasiunWS2201[2]KlasifikasiIII/kecil[2]SejarahDibuka7 Juni 1917Ditutup1978Operasi layanan - Diagram lintasan stasiun Legenda ke Penawa...

 

 

  لمعانٍ أخرى، طالع ديفيد بينيت (توضيح). هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يوليو 2019) ديفيد بينيت معلومات شخصية الميلاد 2 ديسمبر 1961 (62 سنة)  غرير  مواطنة الولايات المتحدة  الحياة العملية المدرس

QFP

Zilog Z80 в 44-контактному QFP корпусі QFP (англ. Quad Flat Package) — різновиди корпусів мікросхем з планарними виводами по всіх чотирьох сторонах. Мікросхеми в таких корпусах призначені тільки для монтажу на поверхню; установка в панельку або монтаж в отвори штатно не передбачені, хоча...

 

 

Libanonkrieg 2006 Teil von: Nahostkonflikt Nach einem Luftangriff auf Tyros. Datum 12. Juli 2006 bis 8. September 2006 Ort Libanon und Nord-Israel Casus Belli Grenzübergriff und Gefangennahme von zwei israelischen Soldaten, Raketenbeschuss von Nordisrael Ausgang Waffenstillstand seit 14. August 2006.Aufhebung der See- und Luftblockade am 8. September Folgen Abzug israelischer Truppen, Erweiterung des Mandats der UNIFIL Konfliktparteien Hisbollah Israel Israel Libanon Libanon V...

 

 

Dieser Artikel erläutert das Getreide. Zu anderen Bedeutungen siehe Mais (Begriffsklärung). Mais Mais (Zea mays subsp. mays), Illustration Systematik Monokotyledonen Commeliniden Ordnung: Süßgrasartige (Poales) Familie: Süßgräser (Poaceae) Gattung: Zea Art: Mais Wissenschaftlicher Name Zea mays L. Mais (Zea mays), in Teilen Österreichs und Altbayerns auch Kukuruz (aus dem Slawischen) genannt, ist eine Pflanzenart innerhalb der Familie der Süßgräser (Poaceae). Das Getreide stammt ur...

Australian model and Australian rules footballer Australian rules footballer Tom Derickx Personal informationFull name Thomas DerickxDate of birth (1987-12-07) 7 December 1987 (age 35)Original team(s) Claremont (WAFL)Draft No. 63 2010: RichmondHeight 201 cm (6 ft 7 in)Weight 99 kg (218 lb)Position(s) Forward / ruckPlaying career1Years Club Games (Goals)2011–2013 Richmond 02 (0)2014–2016 Sydney 13 (6)Total 15 (6) 1 Playing statistics correct to the end of...

 

 

2013 single by Rick Ross featuring Jay-ZThe Devil Is a LieSingle by Rick Ross featuring Jay-Zfrom the album Mastermind ReleasedDecember 19, 2013Recorded2013GenreHip hopLength5:12LabelMaybach Music GroupSlip-n-Slide RecordsDef Jam RecordingsSongwriter(s)William RobertsLeShawn RogersWillie McNealShawn Jay-Z CarterProducer(s)Major SevenK.E. on the Track[1][2]Rick Ross singles chronology No Games (2013) The Devil Is a Lie (2013) Thug Cry (2014) Jay-Z singles chronology Dru...

 

 

Scottish district in East Ayrshire, Scotland, UK Kilmarnock and LoudounKilmarnock and Loudoun district within ScotlandHistory • Created16 May 1975 • Abolished31 March 1996 • Succeeded byEast Ayrshire StatusDistrictGovernmentKilmarnock and Loudoun District Council • HQKilmarnock Kilmarnock and Loudoun (Scottish Gaelic: Cill Mhearnaig agus Lughdan) was one of nineteen local government districts in the Strathclyde region of Scotland from 1975 ...

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (يناير 2022) الترابط المؤلم أو الترابط الجارح أو الترابط الصادم (بالإنجليزية: Traumatic bonding)‏ هو نوع من الترابط الذي يحدث نت

 

 

عدم المساواة التعليمية هو التوزيع غير المتكافئ للموارد الأكاديمية في المجتمعات المستبعدة أو المهمشة اجتماعياً؛ ليشمل على سبيل المثال توافر التالي: تمويل المدارس ومعلمين أكفاء وذوي الخبرة وكتب دراسية وأساليب تكنولوجية متقدمة. تاريخياً تعاني المجتمعات المهمشة من الحرمان...

 

 

Toronto Zoo educational water park This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Splash Island – news · newspapers · books · scholar · JSTOR (December 2017) (Learn how and when to remove this template message) Splash IslandEntrance to Splash IslandLocationToronto, Ontario, Canada  Splash Island is an educational water ...

Russian mixed martial artist (born 1976) In this name that follows Eastern Slavic naming conventions, the patronymic is Vladimirovich and the family name is Emelianenko. Fedor EmelianenkoEmelianenko at a Rizin Fighting Federation press conference in December 2015Born (1976-09-28) 28 September 1976 (age 47)Rubizhne, Ukrainian SSR, Soviet UnionNative nameФёдор Владимирович ЕмельяненкоOther namesThe Last EmperorResidenceStary Oskol, Belgorod Oblast, RussiaNat...

 

 

1961 film The Pleasure GardenDirected byAlf KjellinWritten byIngmar BergmanErland JosephsonStarringSickan CarlssonGunnar BjörnstrandBibi AnderssonCinematographyGunnar FischerEdited byUlla RygheRelease date 26 December 1961 (1961-12-26) Running time93 minutesCountrySwedenLanguageSwedish The Pleasure Garden (Swedish: Lustgården), is a 1961 Swedish comedy film directed by Alf Kjellin and written by Ingmar Bergman.[1][2][3][4] Cast Sickan Carlsson ...

 

 

Renault Taliant Общие данные Производитель Renault Годы производства 2021 — настоящее время Сборка Dacia, Миовени, Румыния[1] Класс Субкомпактный Иные обозначения Dacia Logan Дизайн и конструкция Тип кузова 4‑дв. седан (5‑мест.) Платформа CMF-B LS Компоновка переднемоторная, передне...

artikel ini tidak memiliki pranala ke artikel lain. Tidak ada alasan yang diberikan. Bantu kami untuk mengembangkannya dengan memberikan pranala ke artikel lain secukupnya. (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) BD-5 Micro adalah pesawat satu kursi homebuilt, dibuat pada 1960-an oleh desainer pesawat AS Jim Bede dan diperkenalkan ke pasar terutama dalam bentuk kit oleh Bede Aircraft Corporation yang sekarang sudah tidak berfungsi pada awal tahun 1970 . Secara tota...

 

 

American historian of World War II and Nazi Germany Gerhard WeinbergGerhard Weinberg in January 2003Born (1928-01-01) 1 January 1928 (age 95)Hanover, German Reich(now Germany)Academic workNotable studentsDoris Bergen Norman J.W. Goda Alan E. SteinweisMain interestsHistory of the Third Reich, diplomatic history and military historyNotable worksA World at Arms: A Global History of World War II and other books Gerhard Ludwig Weinberg (born 1 January 1928) is a German-born American diplomati...

 

 

This article is an orphan, as no other articles link to it. Please introduce links to this page from related articles; try the Find link tool for suggestions. (February 2015) Petri net (PN) slicing is a syntactic technique used to reduce a PN model based on a given criterion.[1][2][3] Informally, a slicing criterion could be a property for which a PN model is analyzed or is a set of places, transitions, or both. A sliced part constitutes only that part of a PN model th...

aMSNScreenshot aMSN 0.97 screenshotDeveloper(s)aMSN Development TeamInitial releaseMay 22, 2002 (2002-05-22)Final release0.98.9 / May 25, 2012; 11 years ago (2012-05-25) Written inTcl/TkOperating systemMulti-platformTypeInstant messaging clientLicenseGNU General Public LicenseWebsitehttp://www.amsn-project.net/ (defunct) aMSN[1] was a free Windows Live Messenger clone. aMSN attempted to emulate the look and feel of Windows Live Messenger, and supported...

 

 

Festival Internacional de Cine de Cannes de 1966 Datos básicosNombre oficial Festival Internacional de Cine de Cannes de 1966Ubicación Cannes,  FranciaEdiciónDías de duración Del 5 al 25 de mayo Cronología Festival Internacional de Cine de Cannes de 1965 Festival Internacional de Cine de Cannes de 1966 Festival Internacional de Cine de Cannes de 1967 Página oficial[editar datos en Wikidata] La 19.ª edición del Festival Internacional de Cine de Cannes se desarrolló ent...

 

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!