"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.