Frensis Berni

Frensis Berni (ing. Frances Burney) - 1752/1840-cı illərdə yaşamış məşhur İngilis yazıçı.

Frensis Berni
ing. Fanny Burney
Doğum adı Frances Burney
Doğum tarixi 13 iyun 1752(1752-06-13)[1][2][…]
Vəfat tarixi 6 yanvar 1840(1840-01-06)[1][2][…] (87 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, romançı, gündəlik yazıçısı[d], esseist, dramaturq, faciə yazıçısı[d]
Fəaliyyət illəri 1768-ci ildən
Əsərlərinin dili ingilis dili
Janrlar memuar, Epistolyar ədəbiyyat
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Frensis Fanni Berni

Həyatı

İngilis əbəbiyyatının ilk qadın roman yazıçılarından olan Frensis Fanni Berni - 13 iyun, 1752-ci ildə, ingiltərənin King's Lynn şəhərində anadan olmuşdur. Atası, bəstəkar və musiqi tarixçisi Charles Berni (1726-1814), anası isə Esther Sleepdir (1725-1762). Kiçik yaşlarından öz cəhdləriylə oxuma-yazma öyrənmiş və ev kitabxanalarında mövcud olan müxtəlif romanlar, dini möizə kitabları, Şekspir, Plutarx vs ədəbiyyat dahilərinin əsərlərindən faydalanaraq biliyini artırmışdır. 10 yaşlarından etibarən adına "Məktublar" dediyi, müxtəlif düşüncə və təəssüratlarını qələmə aldığı yazılarını yazmağa başlamışdır. 1768-ci ildən başlayaraq jurnalda dərc olunan bu məktublar, yazıçının həyatı boyunca yazılmağa və yayımlanmağa davam etmişdir. Anasının ölümü, eyni zamanda atasının ikinci dəfə ailə həyatı qurduğu "Elizabeth Allen" adlı xanımla aralarında olan soyuq münasibət uşaqlığının xoş günlərinə kölgə salsa da, yazmaqdan və yaradmaqdan əl çəkməmişdir. Mr. Berni tərəfindən tərtib edilən musiqi məclisləri səbəbiylə, aralarında ingilis siyasətçi, yazıçı və filosof Edmund Börk, pyes yazıçısı və teatr aktyoru David Garrick, yazıçı və leksikoloq (bax: Leksika ) Samuel Johnsonun da olduğu, dövrün bir çox tanınmış şəxsləriylə yaxınlaşma və tanış olma fürsəti əldə etmişdir. İlk romanı olan Evelinanı 25 yaşı olarkən qələmə alan yazıçı, daha sonra, müxtəlif illər ərzində Cecilia, Camilla, Wanderer adlarıyla 3 roman, eyni zamanda bir neçə bioqrafiya kitabı və bir çox pyeslər qələmə almışdır. Həyatının bir qismində, kraliça Charlottenin sarayında, onun yaxın köməkçisi olaraq vəzifə icra etmişdir. 1793-cü ildə, 41 yaşında olarkən Fransız general Alekdandr D'arblay ilə ailə həyatı quran Frensis, 1794-cü ildə bir oğul sahibi olmuşdur. Daha öncə Napoleonun ordusunda xidmət edən Aleksandr, Fransız inqilabı zamanında, məşhur inqilabçı Maksimillian Robespyerin yüksəlişindən sonra ölkəsindən qaçaraq İngiltərəyə sığınmışdır. Onların tanışlıq və evlilikləri də məhz həmin vaxta təsadüf edir. Sonraki illərdə öz vəzifəsinə geri qayıdan ərinin arxasınca Fransaya yollanan Frensis, Fransa-İngiltərə müharibəsi səbəbiylə 10 il müddətində orada qalmağa məcbur olmuşdur. Atasının axırıncı illərində ingiltərəyə gedib-gələn yazıçı, daha sonra ərinin yaralanmasıyla, Fransadan birdəfəlik dönüş edərək, ingiltərənin Bat şəhərinə yerləşmişdir. 1818-ci ildə ərini, 1837-ci ildə isə oğlunu itirən Frensis Berni , 6 yanvar, 1840-cı ildə, 87 yaşında vəfat etmişdir. Hər üçünün də nəəşi Warcat qəbiristanlığında yanaşı dəfn edilmişdir.

Yaradıcılığı

Bütöv bir həyatını ədəbiyyata həsr edən Frensis Berninin yaradıcılığı 4 roman, bir neçə bioqrafik əsər, jurnal yazıları və pyeslərdən ibarətdir. Yazıçı, ilk romanı olan Evelinanı 25 yaşında qələmə almışdır. Məşhur yazıçı Samuel Riçardsonun yazı tərzindən təsirlənərək qələmə alınan romanda, hadisələr obrazların məktubları üzərindən nəql edilir. Gənc bir qız olan Evelinanın cəmiyyətə atılması və şəxsiyyətinin formalaşmasının ələ alındığı roman, yazıçının atası və dostları tərəfindən bəyənilmədiyi üçün yayımlanmaması qərara alınır. Lakin Frensis, atasından gizli olaraq redaktor Thomas Lowndeslə görüşərək, kitabın, yazılışından bir il sonra, 1778-ci ildə nəşr edilməsinə nail olur. Yazıçının, kübar cəmiyyətə məxsus bir qadının həyatını ələ aldığı digər bir əsəri, 1782-ci ildə nəşr edilmiş "Cecilia" adlı romandır. Kitabın əsəs obrazı olan Cecilia Beverley, yüksək cəmiyyətdən olan bir qadının müvəffəqiyyətlə əks edilmiş bir prototipi olaraq qiymətləndirilmişdir. Frensisin nəaliyyətini daha da artıran bir əsəri isə, 1796-cı ildə işıq üzü görmüş "Camilla" adlı romandır. 18-ci əsrin ən populyar kitabları arasında yer alan romanda, bir qrup gəncin evlilik yolundaki müxtəlif qayğıları ələ alınır. Nəşr edildiyi gündən sevilən və yüksək satış əldə edilən əsər, müəllifə böyük gəlir qazandırmışdır. Belə ki, yazıçı, kitabdan əldə etdiyi qazançla özləri üçün yeni bir ev inşa etdirmişdir. Frensis Berninin roman janrında qələmə aldığı son əsəri isə "Wanderer" adlanır. 1814-cü ildə nəşr edilən əsər, yazıçının üzərində aralıqlı çalışması səbəbiylə 14 il müddətində ərsəyə gəlmişdir. Daxilində qotik izlərin də görüldüyü romanda, kimliyini gizli tutmağa çalışan əsrarəngiz bir qadının həyatından bəhs olunur. Eyni zamanda, qadınların sosyal azadlıqları naminə ortaya qoyduqları cəhdlər və bu yolda qarşılaşdıqları sayısız çətinliklərə də toxunulur. Yaradıcılığında, məşhur filosof Mary Mollstonecraftdan təsirləndiyi bilinən yazıçı, özü dilə gətirməsə də, əsərlərində Feminizmə meyllilik hiss olunur. Onun, satirik (bax: satira ) tərzdə qələmə aldığı əsərləri, həm öz dövründə, həm də özündən sonraki zamanlarda sevilərək oxunmuş, eyni zamanda bir çoxları üçün də ilham qaynağı olmuşdur. Bunların arasında ən bilinəni Ceyn Ostindir. Yaradılan parlaq qadın obrazları, toxunulan evlilik mövzuları və kitabların xoşbəxt sonluqla bitməsi Ostin yaradıcılığının Frensisin əsərlərinə bənzər yanlarıdır. Romanlarıyla yanaşı, bioqrafik əsərlər də qələmə alan yazıçı, 1793-cü ildə, Fransız miqrant din xadimlərinin həyatlarından bəhs edən, həmçinin, 1832-ci ildə, 3 cild olaraq nəşr edilən "Çarlz Berninin xatirələri" və s. əsərlərin də müəllifidir. Frensis Berni yaradıcılığının ən böyük hissəsini də şübhəsiz onun məktubları təşkil edir. Əlinə qələm aldığı kiçik yaşlarından, vəfat etdiyi vaxtadək həyatının hər hissəsindən dillənən bu məktublar, bir növ müəllifin avtobioqrafiyası kimidir. Tamamilə öz cəhdi və bacarığı sayəsində oxuma-yazma öyrənən, daha sonra isə dövrün məşhur ədəbiyyatçıları sırasına yüksələn Frensis Fanni Berni bu yoldaki hər kəs üçün bir bacarıq simvoludur.

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Fanny Burney // Encyclopædia Britannica (ing.).

Read other articles:

Beograd Beograd / БеоградIbu kota SerbiaKota Beograd Stari GradBalai Kota, Gereja Santo Sava, Akademi Sains dan Seni Serbia , Benteng Kalemegdan Gedung Majelis Nasional Serbia BenderaLambang kebesaranLetak kota Beograd di Eropa dan SerbiaKoordinat: 44°49′N 20°28′E / 44.817°N 20.467°E / 44.817; 20.467Koordinat: 44°49′N 20°28′E / 44.817°N 20.467°E / 44.817; 20.467Negara SerbiaRegionBeogradMunisipalitas17PendirianSebelum...

 

Lambang Kabupaten Kolaka TimurDetailPemangkuKabupaten Kolaka Timur PerisaiTerdiri dari Bintang sudut lima, Kalo Sara, Tugu Monumen, Gunung, Anggrek Serat (Sorume), Pita Merah Putih, dan Padi dan Kapas serta terdiri dari beberapa warna dasar yaitu Merah, Biru, Hijau, Coklat, Hitam, & PutihMottoInae Konasara Iye Pinesara Inae Liasara Iye Pinekasara Kabupaten Kolaka Timur memiliki lambang berupa Perisai dengan sudut 5 merupakan alat mempertahankan diri dalam peperangan menyimbolkan pertahana...

 

Карта Израиля Список городов Израиля — насчитывает по состоянию на июнь 2023 года 82 города, которые объединены в 7 административных округов. Плотность городского населения в Израиле одна из самых высоких в мире, в городах проживает около 90 % населения страны. Статус

Dewan Perwakilan Rakyat Daerah Kabupaten TanggamusDewan Perwakilan RakyatKabupaten Tanggamus2019-2024JenisJenisUnikameral SejarahSesi baru dimulai19 Agustus 2019PimpinanKetuaHeri Agus Setiawan, S.Sos. (PDI-P) sejak 7 Oktober 2019 Wakil Ketua IIrwandi Suralaga, S.Ag. (PKB) sejak 7 Oktober 2019 Wakil Ketua IIH. Tedi Kurniawan, S.E. (PAN) sejak 7 Oktober 2019 Wakil Ketua IIIKurnain, S.IP. (NasDem) sejak 7 Oktober 2019 KomposisiAnggota45Partai & kursi  PDI-P (12) ...

 

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (ديسمبر 2018) المراحضه  - قرية -  تقسيم إداري البلد  اليمن المحافظة محافظة صنعاء المديرية مديرية بني مطر الس

 

Уеда Сейдзіяп. 上田清二Народився 1952Кушіро, Префектура Хоккайдо, ЯпоніяКраїна  ЯпоніяДіяльність астрономAlma mater Стенфордський університетMagnum opus відкривач астероїдівd Досліджені астероїди: 705 3720 Hokkaido 4000 Hipparchus 4096 Kushiro 4127 Kyogoku 4155 Watanabe 4215 Kamo 4260 Yanai 4282 Endate 4284 Kaho 4343 Tetsuya 4350 Shibecha 4410...

  提示:此条目的主题不是烈愛無間道。   提示:此条目的主题不是壞女人好女人。 好人좋은사람编剧殷珠英崔淵傑(第26-122集)导演金興東主演禹喜珍、玄宇成制作国家/地区 韩国语言韓語集数122每集长度約35分鐘制作制作人李民秀拍攝地點 韩国制作公司MBC C&I播出信息 首播频道MBC播出国家/地区 韩国播出日期2016年5月2日 (2016-05-02)—2016...

 

Iyo 伊予市Kota BenderaLambangLokasi Iyo di Prefektur EhimeNegara JepangWilayahShikokuPrefektur EhimePemerintahan • Wali kotaKuninori TakechiLuas • Total194 km2 (75 sq mi)Populasi (Oktober 1, 2015) • Total36.827 • Kepadatan189,8/km2 (4,920/sq mi)Zona waktuUTC+09:00 (JST)Kode pos799-3193Simbol  • PohonMetasequoia glyptostroboides • BungaBrassicaNomor telepon089-982-1111Alamat8...

 

テレビ番組・中継内での各種情報(終了した番組・中継を含みます)は、DVDやBlu-rayなどでの販売や公式なネット配信、または信頼できる紙媒体またはウェブ媒体が紹介するまで、出典として用いないで下さい。検証可能性に基づき除去される場合があります。 プロジェクト‐ノート:放送または配信の番組#日本国内のバラエティ・情報・報道番組などの記事の放送リスト

Hải ly là một kỹ sư hệ sinh thái ngoại sinh do tác động của những cái đập nó xây lên đối với dòng chảy của kênh nước, địa mạo học và sinh thái học. Tảo bẹ là kỹ sự hệ sinh thái nội sinh, bằng cách tạo ra cấu trúc cần thiết cho rừng tảo bẹ Một kỹ sư hệ sinh thái là bất kỳ sinh vật nào tạo ra, làm thay đổi một cách quan trọng, duy trì hoặc phá h...

 

Town in New Hampshire, United StatesSutton, New HampshireTownSutton Mills, central village in the townLocation in Merrimack County and the state of New HampshireCoordinates: 43°20′38″N 71°56′28″W / 43.34389°N 71.94111°W / 43.34389; -71.94111CountryUnited StatesStateNew HampshireCountyMerrimackIncorporated1784VillagesSutton (Sutton Mills)East SuttonNorth SuttonSouth SuttonGovernment • Select BoardWalter Baker Jr.Dane HeadleyMichael McMa...

 

American college basketball season 2013–14 North Dakota State Bison men's basketballThe Summit League Regular Season & tournament championsNCAA tournament, round of 32ConferenceThe Summit LeagueRecord26–7 (12–2 The Summit)Head coachSaul Phillips (7th season)Assistant coaches David Richman Will Ryan Freddy Coleman Home arenaBison Sports ArenaSeasons← 2012–132014–15 → 2013–14 Summit League men's basketball standings vte Conf Overall Team W   ...

Indian actress AnanyaAnanya in 2015BornAyilya GopalakrishnanKochi, Kerala, IndiaAlma materSt. Xavier's College for Women, AluvaOccupationsActresssingerarcherYears active2008–presentSpouse Anjaneyan ​(m. 2012)​ Ayilya Gopalakrishnan, better known by her stage name Ananya, is an Indian actress who appears in Malayalam, Tamil, Telugu and Kannada films. She is also a singer and an archer. She made her acting debut in the Malayalam film Positive (2008) and ...

 

Protected area in Queensland, AustraliaMount Walsh National ParkQueenslandIUCN category II (national park) Mount WalshMount Walsh National ParkNearest town or cityBiggenden, QueenslandCoordinates25°35′52″S 152°03′07″E / 25.59778°S 152.05194°E / -25.59778; 152.05194Established1947Area52.40 km2 (20.23 sq mi)Managing authoritiesQueensland Parks and Wildlife ServiceWebsiteMount Walsh National ParkSee alsoProtected areas of Queensland Mount Walsh ...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (فبراير 2019) إرنست ستانلي معلومات شخصية الميلاد 27 سبتمبر 1926  الوفاة أغسطس 2006 (79–80 سنة)  هارلو  الجنسية المملكة المتحدة المملكة المتحدة لبريطانيا العظمى وأيرلن...

Head of government of Kenya Prime Minister of KenyaCoat of arms of KenyaSeatNairobiFormation1 June 1963 (1963-06-01)17 April 2008 (2008-04-17)First holderJomo KenyattaFinal holderRaila OdingaAbolished12 December 1964 (1964-12-12)9 April 2013 (2013-04-09) Politics of Kenya National Government Constitution History Human rights LGBT rights Executive President (list) William Ruto Deputy President Rigathi Gachagua Cabinet Prime Cabinet Se...

 

Pile hitchCategoryHitchTypical useAttaching rope to a pole or other structureABoK#1815 The pile hitch is a kind of hitch, which is a knot used for attaching rope to a pole or other structure. The pile hitch is very easy to tie and can be tied in the bight, without access to either end of the rope, making it a valuable tool. Tying To tie, form a loop in the bight, and wrap both strands of this loop around the pole near the pole's end. Pull the loop around and under the rope, then finish by put...

 

Mountain in the Rocky Mountains, Colorado, United States of America This article is about the mountain in Colorado. For the race, see Pikes Peak International Hill Climb. For other uses, see Pikes Peak (disambiguation). Pikes PeakPikes Peak, east aspectHighest pointElevation14,115 feet (4,302.31 m)[1]NAVD88Prominence5,530 feet (1,690 m)[2]Isolation60.6 mi (97.6 km)[2]ListingNorth America highest peaks 53rdUS highest major peaks 39thUS most prom...

Embraer EMB 110 BandeiranteEmbraer EMB 110 P1 BandeiranteDescrizioneTipoaereo di linea regionale Equipaggio2 ProgettistaMax Holste Costruttore Embraer Data primo volo9 agosto 1972 Utilizzatore principale AirNow Altri utilizzatori FAB Esemplaricirca 500 Altre variantiEmbraer EMB 121 Xingu Dimensioni e pesiLunghezza15,10 m Apertura alare15,33 m Altezza4,92 m Superficie alare29,10 m² Peso a vuoto3 393 kg Peso max al decollo5 900 kg Passeggeri18 PropulsioneMotore2 turboeliche Pratt &am...

 

Mystery of the Whale Tattoo AuthorFranklin W. DixonCountryUnited StatesLanguageEnglishSeriesHardy BoysGenreDetective, mysteryPublisherGrosset & DunlapPublication date1968Media typePrint (hardback & paperback)Pages174 ppISBN0-448-08947-5OCLC437427Preceded byThe Secret Agent on Flight 101 Followed byThe Arctic Patrol Mystery  Children's literature portalNovels portal Mystery of the Whale Tattoo is Volume 47 in the original The Hardy Boys Mystery Stories publishe...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!