22 mart - Gürcü çarları - Kartli hakimi Teymuraz və onun oğlu, Kaxeti hakimi II İrakli tərəfindən Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarının, Borçalı və Qazax sultanlarının Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edilərək onların əsir götürülməsi.