Esays van de Velde (nid. Esaias van de Velde; 17 may 1587, Amsterdam, Hollandiya qraflığı – 18 noyabr 1630[1][2], Haaqa) — Van de Velde ailəsindən olan holland rəssamı və qravüraçısı.
Həyatı
Antverpenli rəssam Hans van de Veldenin oğlu Esays 17 may 1587-ci ildə vəftiz olunub. Dövrün məşhur rəssamları Qilis van Koninqslo və David Vinkbunsun yanında təhsil alıb. 1612-ci ildə Müqəddəs Luka Gildiyasının ustası olub.[3] Haarlemdə cəmi bir neçə il işləsə də, 1610-cu ildən 1618-ci ilə qədər Esays van de Velde Hollandiya mənzərəsinə yeni, emosional aspekt təqdim edən Haarlem rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Ayrı-ayrı insan fiqurları olan mənzərələrdən əlavə, Esays vedata və məişət janrında rəsmlər çəkib.
Esays van de Veldenin sonrakı işi kompozisiyaları və parlaq rəngləri ilə seçilir. Rəssam bir çox döyüş rəssamları nəsilləri üçün örnək olan süvari döyüşlərini, döyüş səhnələri və duelləri üslubunda olan batal janrında rəsmlər çəkmişdir.[4] O, Oranj şahzadələri (Hollandiya monarxları) Moritz və Frederik Henrinin saray rəssamı idi.
Esays van de Velde öz məktəbini yaradaraq, özündən sonra dərin iz qoymuşdur. Onun tələbələri arasında Yan van Qoyen, Piter de Nijn, Yan Asselin, Piter van Layer və başqaları olub. Esays van de Velde tərəfindən hazırlanmış çoxlu sayda qravür günümüzə qədər gəlib çatmışdır. 18 noyabr 1630-cu ildə Haaqada vəfat edərək dəfn edilmişdir.[3]
Qalereya
-
Şəhərin mərkəzi meydanında qış əyləncəsi. 1618-ci il.
Köhnə Pinakotek.
Münhen
-
Qışda ferma. Esays van de Velde, 1624-cü il.
-
Qız mənzərəsi. 1623-cü il.
London Milli Qalereyası.
London
-
Zirikseyə mənzərə.
-
Gecə alov içində kənd, yağlı boya, 1620-ci il
-
Döyüş səhnəsi. Ermənistan Milli Rəsm Qalereyası
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|