David Vinkbuns

David Vinkbuns
nid. David Vinckboons və ya Vinkebums
Doğum tarixi 13 avqust 1576(1576-08-13)[1]
Vəfat tarixi 1629[2][3]
Vəfat yeri
Fəaliyyəti rəssam, boyakar[d], incəsənət xadimi, miniatürçü[d], işləmə ustası
Janrlar Janr rəssamlığı, peysaj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (nid. David Vinckboons və ya Vinkebums; 13 avqust 1576[1]1629[2][3], Amsterdam, Hollandiya qraflığı[4]) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü.

Həyatı

David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur.

Yaradıcılığı

David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar.

Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi".[5] O, həmçinin Tobias və Mələk (1619) kimi incil səhnələrini çəkirdi. Onun mənzərələri Gillis van Koninkslo ilə əlaqələrini göstərir.[6]

David Vinkbunsun ən yaxşı əsərləri:

  • "Amsterdamdakı qocalar evinin fasadının qarşısında odlu işıqlandırma altında lotereya" (Amsterdam);
  • "Monastrın qapılarında çörək paylanması" (Berlin);
  • "İsa Məsih Qolqofa gedir."

Sankt-Peterburq Ermitajında ​​bu rəssamın beş əsəri var: "Meşə", "Məsihin Genisaret gölündəki duası", "Meşədə ovçular", "Həvari Filipin vəftiz etdiyi mənzərə", "Ova getmə".

Onun tələbələri arasında Klas Yanson Visher, Gillies Klas de Hondekoeter və ehtimal ki, Esays van de Velde olub. O ciddi şəkildə Hendrik Averkampın yaradıcılığına təsir edib.[7]

Qalereya

Ədəbiyyat

  • Liedtke, W. (2007) Dutch paintings in the Metropolitan Museum of Art, p. 913.
  • Sutton, P. C. (ed.), Masters of Seventeenth-Century Dutch Genre Painting, exhib. cat. 1984 (Philadelphia Museum; Berlin, de:Gemäldegalerie; London, RA)

İstinadlar

  1. 1 2 Deutsche Nationalbibliothek Record #131428950 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Netherlands Institute for Art History.
  3. 1 2 https://www.museabrugge.be/collection/work/id/0000_GRO0243_I.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. Власов В. Г. Винкбоонс, Давид // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 2. — Словарь имён, 1996. — С. 201. — ISBN-5–88737-005-X
  6. Carr G. L. Frederic Edwin Church: Catalogue Raisonne of Works at Olana State Historic Site. — Volume I. — Cambridge: Cambridge University Press, 1994. — Pp. 6–7. — ISBN 978–0521385404
  7. "Larousse". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!