Köhnə Pinakotek (alm. Alte Pinakothek) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi.
Tikilməsi
Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.[4]. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir. Kərpic divarları ancaq kolleksiyanın bu əvəzsiz və qiymətli əsərləri bəzəyir. Burada rəsim əsərlərindən başqa diqqəti cəlb edəcək heç nə mövcud deyil.
Tarix
Bavariya kralı I Lüdviq bir çox təsviri sənət nümunələrini satın alıb və onları sisemləşdirərək geniş xalq kütlələrini incəsənətlə yaxından tanış olmasını təmin etmək üçün memar Leofon Klensə müzey tikməyi tapşırır.
Bavariya kolleksiyası, sonralar yunan adı "pinakotek" alaraq IV Vilhelmin zəmanəsinin rəssamlarına sifarişləri əsasında tarixi mövzularda çəkilmiş rəsm əsərlərindən təşkil olunmuşdur. Altdorfer tərəfindən 1529-cu ildə çəkilmiş "Makedoniyalı İsgəndərin çar Dara ilə döyüşü" tablosu dünyada məşhur şedevr kimi Münhen kolleksiyasına daxil olunmuşdur. Pfalz Bavariyaya birləşdikdən sonra Manhaym, Düsseldorf, Çvaybrüken qalereyalarında olan əsərlər fransız əsgərlərinin əlinə düşməməsi üçün "Köhnə Pinakotekə" gətirilir.
Qalereya
İstinadlar
Xarici keçidlər