Edvard Teller (ivritcə:אדוארד טלר), (15 yanvar 1908[1][2][…], Budapeşt, Avstriya-Macarıstan[4] – 9 sentyabr 2003[1][2][…], Stenford[d], Kaliforniya[5][6]) — O, macarəsilli amerikalı fizik və ABŞ-da nüvə texnologiyasının banilərindən biridir. Edvard Teller İkinci Dünya müharibəsində Manhetten layihəsinin üzvü və Lourens Livermor Milli Laboratoriyasının yaradıcısı olmuşdur.
Bəziləri onu “hidrogen bombasının atası” adlandırır. Özü isə bunu dəyərsiz hesab edirdi. O, doktorluq dissertasiyasını Leypsiq Universitetində Verner Heyzenberqin rəhbərliyi altında yazmış və Enriko Ferminin məsləhəti ilə nüvə fizikasına müraciət etmişdir.
Həyatı
Edvard Teller Macarıstanın paytaxtı Budapeştdə yəhudi ailəsində anadan olmuşdur. Atası məşhur hüquqşünas, anası pianoçu idi və Avstriyanın vəliəhdi Sarayevoda öldürüləndə onun altı yaşı vardı. Birinci Dünya müharibəsindən sonra Teller on səkkiz yaşında Macarıstanı tərk edərək Almaniyaya getmişdir. Bu geri dönməz səyahətin səbəbi Macarıstanda antisemit qanunların sərtləşdirilməsi idi. Macarıstan universitetləri həmin dövrdə yəhudi abituriyentləri qəbul etmədiyi üçün təhsilini davam etdirməyi orada qeyri-mümkün idi.
O, Almaniyanın Leypsiq Universitetində fizika sahəsinə daxil olub və kvant fizikası üzrə doktorluq dissertasiyasını yazmış, eyni zamanda bu universitetin nüvə fizikası tədqiqat mərkəzində işləmişdir. Amma həmin illərdə Almaniyada yəhudilərin həyatı çətinləşdi. Edvard Teller də o dövrün bir çox görkəmli alimləri kimi Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra Almaniyanı tərk edərək, 1935-ci ildə İngiltərədə, sonra Danimarkada qısa müddət qaldıqdan sonra həmişəlik Amerikaya gedir və 1941-ci ildə orada vətəndaşlıq alır.
İstinadlar