Edvard Beneş

Edvard Matey Beneş
çex. Edvard Matey Beneš
Çexoslovakiya prezidenti
18 dekabr 1935 – 5 oktyabr 1938
ƏvvəlkiTomaş Masarik
SonrakıMilan Qoca
Mühacir Çexoslovakiya prezidenti
1939 – 28 oktyabr 1945
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə təsis edilib
Çexoslovakiya prezidenti
28 oktyabr 1945 – 7 iyun 1948
Əvvəlkivəzifə təsis edilib
SonrakıKlement Qotvald
Çexoslovakiyanın baş naziri
26 sentyabr 1921 – 7 oktyabr 22
ƏvvəlkiYan Çornı
SonrakıAntonin Şveqla
Çexoslovakiya Xarici işlər naziri
14 noyabr 1918 – 18 dekabr 1935
Əvvəlkivəzifə təsis edilib
SonrakıMilan Qoca
Millətlər Liqasının Baş asambleyasının rəhbəri
1935 – 1936
ƏvvəlkiFransisko Kastiliyo Macera
SonrakıKarlos Savedla Ramos
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1884(1884-05-28)[1][2][…]
Doğum yeri Rakovnik şəhəri, Bohemiya, Avstriya-Macarıstan
Vəfat tarixi 3 sentyabr 1948(1948-09-03)[1][2][…] (64 yaşında)
Vəfat yeri Sezimova-Usti, Çexoslovakiya
Partiya Çexoslovakiya Milli Sosialist Partiyası
Təhsili
İxtisası alim
Fəaliyyəti siyasi və dövlət xadimi, diplomat
Atası Matey Beneş (1843—1910)
Anası Anna Beneş (1840—1909)
Həyat yoldaşı Qana Beneş
Uşağı yoxdur
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3], hüquq[3]
Elmi dərəcəsi

Təltifləri "Fəxri legion" ordeni "Britaniya imperiyası" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Matey Beneş (çex. Edvard Matey Beneš;28 may 1884[1][2][…], Kojlani[d][4][5][…]3 sentyabr 1948[1][2][…], Sezimovo-Usti[d][5][6][…]) — Çexoslovakiyanın (Çexiya) dövlət və siyasi xadimi, diplomat. 1935–1948-ci illərdə Çexoslovakiyanın ikinci prezidenti (əslində 1935–1938-ci illərdə və 1945–1948-ci illərdə, 1938–1945-ci illərdə mühacirətdə, 1940–1945-ci illərdə sürgündə prezident kimi) olub. İkinci Dünya müharibəsində qalib dövlətlər tərəfindən tanınan 1938–1945-ci illərdə Çexoslovakiya dövlətinin mövcudluğunun davam etdirilməsi nəzəriyyəsi baxımından prezident səlahiyyətləri 1938–1945-ci illərdə də davam edib. Birinci Dünya müharibəsi illərində Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkatın liderlərindən biri, 1918–1935-ci illərdə Çexoslovakiyanın Xarici İşlər Naziri, İkinci Dünya müharibəsi illərində Çexoslovakiya Müqavimətinin və Mühacir Çexoslovakiya hökumətinin rəhbəri.

Prezident kimi Beneş iki böyük böhranla üzləşdi və hər ikisi onun istefası ilə nəticələndi. Onun ilk istefası Münhen sazişi zamanı və Almaniyanın 1938-ci ildə Çexoslovakiyanı işğalından sonra baş verdi. Bu ona hökumətini Böyük Britaniyaya mühacirətə getməsinə gətirib çıxardı. İkincisi istefası Çexoslovakiya Sosialist Respublikasını yaradan 1948-ci il kommunist çevrilişi ilə baş verdi. Prezident olana qədər Beneş həm də Çexoslovakiyanın ilk xarici işlər naziri (1918-1935) və dördüncü baş naziri (1921-1922) olub. Çexiya Milli Sosial Partiyasının üzvü, mahir diplomat kimi tanınıb. O, 1935-1936-cı illərdə Millətlər Liqasının Baş asambleyasının rəhbəri də olub.[7]

Həyatı

Edvard Beneş Mərkəzi Çexiyanın Rakovnik şəhəri yaxınlığında yoxsul kəndlilər olan Matej Beneş və Anna Beneşin ailəsində anadan olub.[8] 1840–1909).[9][10] Onun bacılarından biri gələcək Çexoslovakiya siyasətçisi Voyta Beneş idi. Qardaşı Vatslavın oğlu Bohuş Beneş diplomat və yazıçıdır. Bohuş amerikalı heykəltaraş Emilie Benes Bzezinski və çex-amerikalı riyaziyyatçı Vatslav E. Beneşin atası idi.[11]

1896–1904-cü illərdə Vinoqradda (hazırda Praqa rayonlarından biri) gimnaziyada oxuyub. 1904-cü ildə Parisdə Sarbonnada Azad Siyasi və Sosial Elmlər Məktəbinə daxil olub. Berlində təhsilini davam etdirib. 1908-ci ildə Dijonda hüquq elmləri doktoru dərəcəsi alıb. Bir il sonra Praqada fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.[12]

Praqadakı ticarət akademiyasında dərs deyib. 1912-ci ildə Praqa Karlıova Universitetinin fəlsəfə fakültəsində dosent vəzifəsinə seçilib.[13] O, sosiologiyaya dair bir neçə monoqrafiya çap etdirib, bir jurnalist kimi sosial-demokrat mətbuatda nəşr olunub.[14][15]

Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkat

Time jurnalının üz qabığı, 1925-ci il

Birinci Dünya müharibəsi başlayandan sonra gizli anti-Avstriya hərəkatının təşkilində fəal iştirak edib. Xüsusən də İsveçrədə sürgündə olan Tomaş Masarik ilə Çexiyanın müstəqilliyi tərəfdarları qruplarının əlaqəsini təmin edilməsində mühüm rol oynayırdı. 1915-ci il sentyabrın 1-də həbs təhlükəsi qarşısında mühacirətdə getdi. Burada Çexoslovakiyanın müstəqilliyi uğrunda xarici hərəkatın rəhbəri T. Masarikin ən yaxın tərəfdarlarından biri oldu. Sorbonnada çexlərslovaklar haqqında mühazirələrin təbliği kursu təşkil etdi. Fransa qəzetlərində məqalələr və Çexoslovakiyanın Avstriya-Macarıstandan müstəqilliyi tələbini əsaslandıran broşüralar nəşri ilə məşğul oldu.

1916-cı ildə Masarik və Milan Ştefanik ilə birlikdə o, Fransa, İngiltərəİtaliya tərəfindən tanınan gələcək dövlətin hökumətinin prototipi olan Çexoslovakiya Milli Şurasını yaratdı. O, Antanta dövlətlərinin nümayəndələri ilə uğurlu danışıqlar aparıb. Nəticədə 1917–1918-ci illərdə Antanta tərəfində hərbi əməliyyatlarda fəal iştirak etmiş Fransa,[16] İtaliya və Rusiyada Çexoslovakiya legionlarının yaradılmasına sonuncunun razılığı ilə yekun vurulub. 1918–1920-ci illərdə Rusiyada vətəndaş müharibəsində döyüşən tərəflərdən biri kimi tanınıb.[17][18]

28 oktyabr 1918-ci ildə Çexoslovakiyanın müstəqilliyi elan edildikdən qısa müddət sonra o, Karel Kramarjın ilk Çexoslovakiya hökumətində Xarici İşlər Naziri təyin olunub.[19] O, 14 müxtəlif nazirlər kabinetində 17 il (1918–1935) fasiləsiz olaraq nazir vəzifəsində çalışıb.[20]

Paris Sülh Konfransında Çexoslovakiya nümayəndə heyətinin rəhbərlərindən biri Beneş olub. Versal, Sen-JermenTrianon sülh müqavilələri Çexoslovakiyanın müstəqilliyini təsdiqlədi və yeni dövlət üçün əlverişli sərhədlər müəyyən etdi. Xüsusən də Slovakiyanın cənubunda olan Zakarpat Rusiyası (hazırda Ukraynanın Zakarpatya vilayəti) da Çexoslovakiyaya verildi. Beneşin Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkatdakı rolunu ölkənin ilk prezidenti Masarik "Dünya İnqilabı" (1925) kitabında belə təsvir edib:

" Beneş olmasaydı, respublikamız da olmazdı "

Millətlər Liqası və Kiçik Antanta

Benes 1920–1930-cu illərdə Millətlər Liqasının təşkilatçılarından biri kimi Avropa siyasətində böyük şöhrət qazandı.[19] Onun rəhbərliyində müxtəlif vəzifələrdə çalışdı və 1935-ci ildə sədri oldu. Beneş Çexoslovakiyanın xarici siyasətini ilk növbədə Fransa (1924-cü il müttəfiqlik müqaviləsi) və Birinci Dünya müharibəsində qalib gələn digər dövlətlərlə dostluq münasibətləri üzərində qurdu. Beneşin təşəbbüsüylə Çexoslovakiya YuqoslaviyaRumıniya ilə birlikdə "Kiçik Antanta" adlı siyasi və hərbi ittifaq bağladı. Bu ittifaq Macarıstan irredentizminə qarşı yönəlmişdi.[21]

1930-cu illərdə Beneş Avropada kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarlarından biri idi. Nasist Almaniyası tərəfindən artan təcavüz təhlükəsi onu SSRİ-nin de-yure tanınmasına və Çexoslovakiya ilə SSRİ arasında müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxardı.

Çexoslovakiyanın ikinci prezidenti

1934-cü ildə E.Benes və həyat yoldaşı Hana Benesova
E.Beneş Antropoid əməliyyatının gələcək iştirakçıları Yozef QabçikYan Kubişin yanında (1940-cı ilin fotosu)
Edvard Beneş Yaxın Şərqdə Böyük Britaniya tərəfində döyüşən Çexoslovakiya Hərbi Hava Qüvvələrinin üzvləri əhatəsində

Beneş prezident Masarikə yaxın siyasi qüvvələr olan Qradın sütunlarından biri olmaqla daxili siyasətdə də mühüm rol oynayırdı. O, 1921–1922-ci illərdə baş nazir vəzifəsini icra edib. 1926-cı ildən — "Qrad"ın (prezident administrasiyası) tərəfdarı olan nüfuzlu qüvvə, Çexoslovakiya Milli Sosialist Partiyasının rəhbərliyində təmsil olunub.[22]

Prezident Masarik 1935-ci il dekabrın 18-də istefa verdikdən sonra o, Çexoslovakiyanın ikinci prezidenti seçildi. Seçkilərdə onun rəqibi Bohumil Nemeç idi.[22] Seçkidən əvvəl nüfuzlu sağçı və mühafizəkar qüvvələrin ilkin olaraq Benesin prezident seçilməsinə qarşı çıxması, onu çox “solçu” siyasətçi hesab etməsi ilə bağlı uzun pərdəarxası danışıqlar aparıldı. Bununla belə, nəticədə Beneş parlamentdə səslərin böyük əksəriyyətini qazandı - kommunistlər də daxil olmaqla, demək olar ki, bütün Çexiya partiyaları və Qlinkovun Slovakiya Xalq Partiyası ona səs verdi. Yalnız Henlerin partiyasının nümayəndələri və Çexiya ifrat sağçıları ona qarşı çıxdı. 1938-ci ilin sentyabrında Beneş beynəlxalq böhrana çevrilmək təhlükəsi ilə üzləşən Sudetdəki gərgin vəziyyətdən çıxış yolu axtararaq, ParisLondon hökumətlərinə yerli almanların bir hissəsinin köçürülməsini nəzərdə tutan "gizli planını" təklif etdi. Plana əsasən Sudetin bir hissəsi Almaniyaya verilməli və paralel olaraq Çexoslovakiyadan daha bir milyon alman Almaniyaya deportasiya olunmalı idi. Bu plan həm FransaBöyük Britaniyanın Praqadakı səfirlərini, həm də Beneşin şəxsi nümayəndəsi, sosial rifah naziri Yaromir Neças vasitəsilə Fransa Nazirlər Kabinetinə çatdırıldı. 30 sentyabr 1938-ci ildə Münhen Konfransında Sudetin Almaniyaya verilməsi haqqında qərar qəbul edildikdən sonra Benes bu addımı (etirazla) təsdiqlədi..[23]

Oktyabrın 5-də Beneş istefa verdi. Ölkəni tərk etdi. O, əvvəlcə Londonda, sonra isə ABŞ-da mülki şəxs olaraq yaşadı. Edvard Beneş 1939-cu ilin martında Almaniyanın Çexiya torpaqlarını işğal etməsindən sonra demokratik dövlətlərin rəhbərlərinə etirazını bildirdi.[24]

Çex müqavimətinin rəhbərliyində

İkinci Dünya müharibəsi başlayandan sonra Beneş aktiv siyasi fəaliyyətə qayıtdı. Onun məqsədi Münhen sazişinin ləğvi, Çexoslovakiyanın müstəqilliyini “Versal” sərhədlərinin daxilində bərpa etmək idi. Beneş və onun tərəfdaşları Çexoslovakiya dövlətinin mövcudluğunun davam etdirilməsi konsepsiyasına əsaslanırdılar. Onlara görə 29 sentyabr 1938-ci ildən sonra baş verən bütün dəyişikliklər, o cümlədən Çexoslovakiyanın ərazisində və Bohemiya və Moraviya protektoratlığınınSlovakiya Respublikasının yaradılmasının heç bir hüquqi qüvvəsi yox idi.[25]

1940-cı ildə Beneş Londonda Mühacir Çexoslovakiya hökumətini yaratdı və ona prezident rütbəsi ilə rəhbərlik etməyə başladı.[24] 1942-ci ilə qədər o, Çexoslovakiyanın mövcudluğunun tanınmasına və Münhen sazişinin SSRİ də daxil olmaqla, Antihitler koalisiyasının bütün üzvləri tərəfindən ləğvinə nail ola bildi.[26][27][28]

Mühacir Çexoslovakiya Müqavimətinin rəhbəri kimi Beneş müttəfiq orduların tərkibində cəbhələrdə vuruşan Çexoslovakiya birləşmələrinin rabitəsini əlaqələndirir, həmçinin Çexiyadakı daxili Müqavimətlə əlaqə saxlayırdı. O, Antropoid əməliyyatının təşəbbüskarı və əlaqələndiricisi idi.[29] Əməliyyatın nəticəsində Üçüncü Reyxin İmperiya Təhlükəsizliyinin Baş İdarəsinin rəisi, Bohemiya və Moraviyanın faktiki protektoru Reynhard Heydrix məhv edildi.[30]

1943-cü ilin dekabrında Moskvada Beneş Sovet İttifaqı ilə dostluq və müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladı ki, bu da Çexoslovakiyanın yeni xarici siyasət istiqamətini qabaqcadan göstərirdi. SSRİ ilə birlik ölkə siyasətinin bir hissəsi oldu.[31]

1945-ci ilin aprelində Çexoslovakiyanın azad edilmiş ərazisində - Slovakiyanın Koşitse şəhərində - Beneş yeni hökuməti qurduğunu elan etdi. Hökümətin əsasını kommunistlərin aparıcı rol oynadığı Milli Cəbhə təşkil edirdi.[32]

1945-ci il mayın 16-da Edvard Beneş azad edilmiş Praqaya qayıtdı və burada əhali onu böyük izdihamla qarşıladı.[33]

Çexoslovakiya Xalq Demokratik Respublikası dövründə

1945-ci il oktyabrın 28-də ölkənin müvəqqəti parlamenti Beneşin prezident səlahiyyətlərini təsdiqlədi. 1946-cı il iyulun 19-da o, yeni parlament tərəfindən yenidən prezident vəzifəsinə seçildi. Parlament üzvlərinin Beneşin mühacirətdəki fəaliyyəti ilə bağlı birmənalı olmayan fikrlərinə baxmayaraq, onu namizədliyi səsvermə nəticəsində yekdilliklə qəbul edildi.[32]

Hələ müharibə zamanı, eləcə də 1945-ci ilin yay və payız aylarında, seçilmiş parlamentin olmadığı bir vaxtda Beneş qanuni qüvvəyə malik Beneş adlanan prezident fərmanlarını — "Beneş dekretləri"ni imzaladı. Dekretlərə almanların Çexoslovakiyadan qovulması, almanların, macarların, satqınların və nasistlərlə əməkdaşlıq edənlərin əmlaklarının müsadirə edilməsi, nasistlərin və satqınların təcili xalq mühakiməsi, habelə iri sənaye müəssisələrinin və bankların milliləşdirilməsi daxil idi.

Müharibədən sonra qondarma "xalq demokratiyası" rejiminin qurulduğu Çexoslovakiyada Beneş ən populyar siyasətçi idi. Lakin kommunistlərlə hakimiyyət uğrunda mübarizədə demokratik qüvvələrə rəğbət bəsləyərək, praktiki olaraq ictimai siyasi polemikaya girmədi. Eyni zamanda kommunistlər onu tədricən hakimiyyətdən uzaqlaşdırmağa başladılar.

İkinci istefa və ölümü

Beneş Praqa azad edildikdən sonra böyük izdihamla Praqaya qayıdır, 16 may 1945-ci il.

1948-ci ilin fevralında baş verən siyasi böhran zamanı Beneş baş nazir Klement Qotvaldın başçılıq etdiyi kommunistlərin təzyiqinə tab gətirə bilmədi. Nəticədə o, üç demokratik partiyanın nazirlərinin istefasını qəbul etdi və hökumətdə dəyişikliklərə razı oldu. Bunun nəticəsində Çexoslovakiyada bütün hakimiyyət qolaları Kommunist Partiyasının əlinə keçdi.

Beneşə belə qərar verməyə SSRİ məcbur etmişdi. SSRİ Xalq Daxili İşlər Komissarlığı generalı P.A.Sudoplatovun xatirələrinə görə, hakimiyyətin Qotvalda keçməsindən bir müddət əvvəl Beneş SSRİ Xalq Daxili İşlər Komissarlığının keçmiş Praqa özəyinin rəhbəri P.Y.Zubov ilə görüşdü. SSRİ Xarici İşlər Naziri Vyaçeslav Molotovun göstərişi ilə Praqaya gəlməzdən əvvəl Zubov Sudoplatov tərəfindən xüsusi təlimatlandırılmışdı. Təlimatlandırılan Zubov Beneşə prezident vəzifəsindən istefa verməyəcəyi halda 1938-ci ildə ölkədən qaçmasının mənfi halları və bunun üçün 10 min dollar məbləğində Sovet İttifaqı tərəfindən maliyyə yardımı ayrılması barədə şayiələri yayacağını bildirmişdi. İddialara görə, ona qarşı Çexoslovakiya və Sovet kəşfiyyat xidmətlərinin gizli əməkdaşlığı, Karpat Ukraynasının SSRİ-yə verilməsi ilə bağlı gizli razılaşma və Beneşin Yuqoslaviyanın baş nazirinə sui-qəsdin hazırlanmasında iştirakı haqqında şayiələr yaymaq xəbərdarlığı da edilmişdi.[34]

Zubovla ehtimal olunan görüşdən sonra Beneş Praqanı tərk edərək Cənubi Çexiyanın Sezimovo Usti şəhərindəki villasında (Praqadan 95 km cənubda) məskunlaşdı.

O, paytaxtda cəmi iki dəfə - xarici işlər naziri Yan Masarikin dəfn mərasimində və Karlıova Universitetinin 600 illik yubileyi tədbirində göründü. Lakin daha bir neçə ay prezident postunu tutmaqda davam etdi. 1948-ci ilin mayında Beneş kommunistlər tərəfindən hazırlanmış ölkənin yeni konstitusiyasını imzalamaqdan imtina etdi və iyunun 7-də səhhəti ilə bağlı parlamentə göndərdiyi rəsmi məktubda qərarını əsaslandıraraq istefa verdi. İyunun 14-də Milli Assambleya Klement Qotvaldı respublikanın prezidenti seçdi.

Qısa müddət sonra (3 sentyabr 1948) Edvard Beneş vəfat etdi. O, Sezimovo-Ustidə dəfn edildi.

Siyasi portreti

Praqa, Loretan Meydanı, Çexiya Xarici İşlər nazirliyi qarşısında Beneşin abidəsi

Edvard Beneş sosial islahatçı istiqaməti siyasətçisi sayılırdı. O, siyasi fəaliyyətində pozitivizm fəlsəfəsinə və peşəkar səviyyədə öyrəndiyi ictimai elmlərin, ilk növbədə, sosiologiyanın nailiyyətlərinə əsaslanırdı. Beneş 1920-ci illərdəki əsərlərində ("Dünya müharibəsi və bizim inqilabımız" (çex. Světová válka a naše revoluce, 2 cild), "Bizim demokratiya haqqında") Çexoslovakiya dövlətçiliyinin əsasları kimi humanizm və demokratiya haqqında T.G.Masarikin ideyalarını müdafiə etmişdir (çex. O naší demokracii). Çexoslovakiyanın ikinci prezidenti də Çexoslovakiya xalqının birliyi ideyasının - Çexoslovakizmin tərəfdarı idi ki, bu da onun Slovak siyasi elitası ilə dəfələrlə qarşıdurmasına səbəb olmuşdur.

İkinci Dünya müharibəsindən əvvəl, mühacirətdə prezident olduğu müddətdə və müharibədən sonra Beneş Çexoslovakiyada bir çoxları tərəfindən milli lider, Masarikin əsl varisi və demokrat kimi qəbul edilirdi. “Prezident-azadedici” adlandırılan Çexoslovakiyanın ilk prezidenti kultunun ruhunda Beneş mətbuatda tez-tez, bəzən isə rəsmi səviyyədə “Prezident-Yaradıcı” (çex. Prezidenti Budovatel) kimi xatırlanırdı. Çexoslovakiyanın siyasi elitasının əhəmiyyətli bir hissəsi, xüsusən də sağçı qüvvələr, Benesə mənfi münasibət bəsləyir, çox vaxt açıq nifrətlə yanaşırdılar. Eyni sözləri Sudet Alman Partiyasının rəhbərliyi və alman nasistləri haqqında da demək olar. 1938-ci ilin sentyabrında Beneş Adolf Hitler tərəfindən şəxsi düşməni elan edildi.

Beneş Münhen sazişini Qərb demokratiyaları tərəfindən Çexoslovakiyaya xəyanət kimi qəbul edirdi (çex tarixçisi Yan Tesar prezidentdə formalaşan və onun gələcək siyasətini əvvəlcədən müəyyən edən "Münhen kompleksi" haqqında yazır). Müharibənin sonunda Çexoslovakiyanın sərhədlərinin toxunulmazlığını təmin edə biləcək daha davamlı müttəfiq axtarışında olan Beneş Sovet İttifaqına üz tutdu. Müharibədən sonrakı Çexoslovakiyada Beneş demokratiyanı yeniləmək, lakin onu daha çox sosial yönümlü, “xalq”a yaxın etmək və dövlətin özünü milli, Slavyan respublikasına çevirmək niyyətində idi. 1940-cı illərdəki kitablarında ("Demokratiya bu gün və sabah" (çex. Demokracie dnes a zítra), "Slavyanlar haqqında düşüncələr" (çex. Úvahy o Slovanstvu), ikicildlik "Münhen günləri" (çex. Mnichovskény) və “Münhendən yeni müharibəyə və yeni qələbəyə” (çex. Od Mnichova k nové válce a novému vítězství) Beneş bu fikirləri təfərrüatlı şəkildə göstərir. Həmçinin Çexoslovakiyanı demokratik Qərblə Slavyan Şərqi arasında körpü kimi təsəvvür edir.

1948-ci ilin fevralı prezident Benesin planlarına son qoydu. Belə ki, kommunistlər ölkədə tam hakimiyyəti ələ aldılar. Kommunistlərin rəhbərliyi altında Çexoslovakiya qeyd-şərtsiz sosialist düşərgəsinin bir hissəsi oldu.

Hazırda Edvard Benesin şəxsiyyəti ətrafında, xüsusən də tarixin dönüş nöqtələrindəki fəaliyyəti (Birinci və İkinci Dünya müharibələri, Münhen sazişi dövründə, fevral hadisələri) ilə bağlı həm Çexiyanın özündə, həm də xaricdə mübahisələr gedir (əsasən Almaniyada). Almaniyadakı Sudet almanlarının təşkilatları və bir sıra siyasətçilər Beneş dekretlərinin ləğvini tələb edirlər.

2004-cü ildə Çexiya Parlamenti Çexiya Respublikasının Qanunvericilik Məclisinin 292/2004 saylı Qanununu qəbul etdi. Qanunda qeyd edilir ki: "Doktor Edvard Beneş dövlətə xidmət edib". 2005-ci ildə Praqanın Loretan meydanında Beneşin abidəsi ucaldıldı.

Ailəsi

Çexiya Milli Bankının Edvard Beneş təsviri olan sikkəsi (2018)

Həyat yoldaşı - Anna Beneşova (qızlıq soyadı: Anna Vlçkova; 16 iyul 1885 - 2 dekabr 1974), ərinə bir növ katiblik etmiş, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Çexoslovakiya bölməsinin sədri olub (1945-ci ildən sonra). Ailədə uşaq yox idi.

Anna Edvard Beneşin ölümündən sonra daha 26 il yaşadı. O, orada Beneşin xatirə-muzeyinin yaradılması şərti ilə evini Tabordakı Hussite Muzeyinə vəsiyyət etdi. Vəsiyyət hələ də yerinə yetirilməyib. Çexoslovakiyanın baş naziri Lubomir Ştrouqaldan başlayaraq indiyə qədər Çexiya hökuməti ondan öz ehtiyacları üçün istifadə edir. Edvard Beneş xatirə-muzeyi 2000-ci ildə villanın yaxınlığında təşkil edilib. O Tabordakı Hussite Muzeyi tərəfindən idarə olunur.[35]

Əsərləri

  • Stranictví. Sociologická studie. — Praha 1912.
  • Světová válka a naše revoluce. — Praha, 1927–1930. Sv. 1–4.
  • Речи и статьи / Авториз. пер. с чеш. Н. Ф. Мельниковой-Папоушек. — Прага : Воля России, 1925. — 259 с.
  • Речь о Подкарпаторусской проблеме : [Подкарпатская Русь с точки зрения международной политики]. — Прага : Zemský výbor čsl. obce legionářské для Подкарпатской Руси в Ужгороде, 1934. — 44 с.
  • Mnichovské dny. Paměti. — Londýn, 1948.

Mükafatları

Milli mükafatları

Award or decoration Country Date
Çexoslovakiya hərbi xaçı, 1918]][36] Çexoslovakiya 1919
Çexoslovakiya Zəfər medalı[36] Çexoslovakiya 1920
Çexoslovakiya İnqilab medalı[36] Çexoslovakiya 1922
Ağ aslan ordeni[36] Çexoslovakiya 1936
Çexoslovakiya hərbi xaçı 1939–1945[36] Çexoslovakiya 1945
Milli Ağ aslan ordeni[36] Çexoslovakiya 1945

Xarici mükafatları

Orden və medallar Ölkə Tarixi
Müqəddəs Sava ordeni [36]  Yuqoslaviya Yuqoslaviya krallığı 1920
Rumıniya ulduzu ordeni[36]  Rumıniya krallığı 1921
"Fəxri legion" ordeni[36]  Fransa 1922
İtaliya tacının ordeni[37]  İtaliya krallığı 1921
"Britaniya imperiyası" ordeni[36]  Böyük Britaniya 1923
I Leopold ordeni[36]  Belçika 1923
Palıd tacı ordeni[36]  Lüksemburq 1923
III Karl ordeni[36]  İspaniya 1924
Polşanın yüksəlişi ordeni[36]  Polşa 1925
"Avstriya Respublikası qarşısında xidmətlərə görə" orden[36]  Avstriya 1926
Üç ulduz ordeni[36]  Latviya 1927
"Doğan günəş" ordeni[36]  Yaponiya 1928
Məhəmməd Əli ordeni[36]  Misir krallığı 1928
"Ağ qartal" ordeni[36]  Yuqoslaviya Yuqoslaviya krallığı 1929
Böyük Litva Knyazı Qediminasın ordeni[36]  Litva 1929
Qartal xaçı ordeni[36]  Estoniya 1931
Hərbi Xaç ordeni[36]  Portuqaliya 1932
Hərbi Santyaqo ordeni[36]  Portuqaliya 1933
Radimir (Xilaskar) ordeni [36]  Yunanıstan Yunanıstan krallığı 1933
Danneburq ordeni[36]  Danimarka 1933
Müqəddəs Karl ordeni[36]  Monako 1934
İspaniya respublikası ordeni[36]  İspaniya 1935
Ağ fil ordeni[36]  Tailand 1935
Atstek qartalı ordeni[38]  Meksika 1935
Qarageorgi ulduzu ordeni[36]  Yuqoslaviya Yuqoslaviya krallığı 1936
Brilliant Jade ordeni[36] Çin Çin 1936
Boyaki ordeni[36]  Kolumbiya 1937
I Karl ordeni[36]  Rumıniya krallığı 1937
Pəhləvi ordeni[36]  İran 1937
Merito Melitensi qarşısında xidmətə görə ordeni[36] Malta Ordeni 1938
Müqəddəs Olaf ordeni[36]  Norveç 1945
Xeyirxah buludlar oreni[36] Çin Çin 1947

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Edvard Benes // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Edvard Beneš // Encyklopedie Kroměříže (çeş.). 2020.
  4. Studenti pražských univerzit 1882–1945.
  5. 1 2 The Fine Art Archive.
  6. Encyklopedie ČSSD (çeş.).
  7. "Edvard Benes – Prague Castle". Hrad.cz. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2013.
  8. "Marriage record at Pilsen archives" (çex). Portafontium.eu. 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
  9. Dennis Kavanagh. Benes, Edvard // A Dictionary of Political Biography. Oxford University Press. 1998. səh. 43. 21 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017.
  10. Jandík, Stanislav. "Edvard Beneš ve vzpomínkách svých sourozenců" (çex). Volné myšlenky. 7 April 2018. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018 – Google Books vasitəsilə.
  11. Princeton Alumni Weekly – Knihy Google. 1949. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2013.
  12. Zeman, Klimek, 1997. səh. 11
  13. "Skauting »Historie". Junák – svaz skautů a skautek ČR (çex). 25 April 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2007.
  14. "Edvard Beneš: A Drama Between Hitler and Stalin" (Argo 2016), ISBN 978-80-2571-895-7. Pages 23–24 and page 322, footnote 6
  15. "Mrs. Hana — on the occasion of 125th birth anniversary of Hana Benešová". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
  16. 'Czech Army for France' in en:The Times, Thursday, 23 may 1918, p. 6, col. F
  17. К. В. Сахаров. "Чешскіе легіоны въ Сибири. (Чешское предательство)", Берлин, 1930
  18. PRECLÍK, Vratislav. Masaryk a legie (Masaryk and legions), váz. kniha, 219 str., vydalo nakladatelství Paris Karviná, Žižkova 2379 (734 01 Karviná) ve spolupráci s Masarykovým demokratickým hnutím (Masaryk Democratic Movement, Prague), 2019, ISBN 978-80-87173-47-3, pages 40–90, 124–128,140–148,184–190
  19. 1 2 sadilek. "Czechoslovakia: a Masonic wonder?". Praga Masonica (ingilis). 20 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2021.
  20. Orzoff, 2009. səh. 106
  21. Third Axis Fourth Ally: Romanian Armed Forces in the European War, 1941-1945, by Mark Axworthy, Cornel Scafeş and Cristian Crăciunoiu, p. 73
  22. 1 2 Lukes, 1999. səh. 15
  23. Goldstein, Erik; Lukes, Igor. The Munich Crisis, 1938: Prelude to World War II (ingilis). Routledge. 2012. ISBN 9781136328398. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  24. 1 2 Crampton, 1997. səh. 190
  25. Heimann, 2009. səh. 122
  26. Andrea Orzoff. Battle for the Castle. Oxford University Press US. 21 July 2009. səh. 199. ISBN 978-0-19-974568-5. İstifadə tarixi: 10 August 2011.
  27. A. T. Lane; Elżbieta Stadtmüller. Europe on the move: the impact of Eastern enlargement on the European Union. LIT Verlag Münster. 2005. səh. 190. ISBN 978-3-8258-8947-0. İstifadə tarixi: 10 August 2011.
  28. Roy Francis Leslie; R. F. Leslie. The History of Poland since 1863. Cambridge University Press. 1983. səh. 242. ISBN 978-0-521-27501-9. İstifadə tarixi: 10 August 2011.
  29. Crampton, 1997. səh. 193
  30. "HISTORIE: Špion, kterému nelze věřit – Neviditelný pes". Neviditelnypes.lidovky.cz. 14 March 2008. 24 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2013.
  31. Heimann, 2009. səh. 133
  32. 1 2 Crampton, 1997. səh. 236
  33. "Prozatimní NS RČS 1945–1946, 2. schůze, část 1/4 (28. 10. 1945)". Psp.cz. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2013.
  34. Павел Судоплатов. Спецоперации. Лубянка и Кремль. 1930—1950 годы. — Мoskva: ОЛМА-ПРЕСС, 1998. — 688 с. — ISBN 5-87322-726-8
  35. Arxivlənmiş surət. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  36. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 "Řády a vyznamenání prezidentů republiky" (çex). vyznamenani.net. 18 December 2012. 18 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2021.
  37. "Beneš, Edvard : B". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  38. "Docent Kašpar převzal nejvyšší mexické vyznamenání". 19 July 2018. 21 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2023.

Ədəbiyyat

Xarici keçidlər

Read other articles:

  لمعانٍ أخرى، طالع دان أوكونور (توضيح). دان أوكونور   معلومات شخصية الميلاد 31 يناير 1864  بيمبروك، أونتاريو  الوفاة 30 مارس 1933 (69 سنة)   تيمينز  سبب الوفاة ذات الرئة القصبية  الإقامة غريتر سودبوري  مواطنة كندا  الحياة العملية المهنة مستكشف،  وسياسي 

 

Johanniskirche mit Abtei Neumünster Die Johanneskirche, auch St. Johann auf dem Stein, steht im Stadtteil Grund in Luxemburg. Inhaltsverzeichnis 1 Geschichte 2 Ausstattung 3 Weblinks 4 Einzelnachweise Geschichte Die Johanneskirche findet schon 1309 in der Gründungsurkunde des Grafen Heinrich VII. Erwähnung. Gleichzeitig mit der Abtei Neumünster wurde 1606 ein Neubau errichtet. Ihre jetzige Form erhielt die Kirche in den Jahren 1688 bis 1705.[1] Ausstattung Die barocke Ausstattung ...

 

Philippine television series This article is about the 2008 series. For the 2007 series, see Lalola. LaLolaTitle cardGenre Comedy drama Fantasy Created bySebastián OrtegaBased onLalola (2007)Developed byJun LanaDirected by Dominic Zapata Jun Lana Starring Rhian Ramos JC de Vera Narrated byKeempee de LeonTheme music composer Tats Faustino Janno Gibbs Opening themeAng Ganda Ganda ni Lola by Janno GibbsEnding themeBakit? by Kyla and Luke MijaresCountry of originPhilippinesOriginal languageTagal...

William Dartmouth MEP William Legge, 10e graaf van Dartmouth (Londen, 23 september 1949) is een Brits politicus en een lid van het Europees Parlement. Hij gaat door het leven als William Dartmouth. Familie Legge is een zoon van Gerald Humphry Legge, 9e graaf van Dartmouth (1924-1997) en een kleinzoon van de schrijfster Barbara Cartland. Zijn moeder Raine McCorquodale (1929-2016), dochter van Cartland, trouwde later met John Spencer, 8ste graaf Spencer, en vader van prinses Diana die dus Dartm...

 

1971 South Korean legislative election ← 1967 25 May 1971 1973 → All 204 seats in the National Assembly103 seats needed for a majorityTurnout73.22% ( 2.90pp) Party Leader % Seats +/– Democratic Republican Park Chung-hee 48.77 113 −16 New Democratic Kim Hong-il 44.38 89 +44 National 4.06 1 New People's 1.39 1 +1 Results by constituency Speaker before Speaker after Lee Hyo SangDemocratic Republican Baek Du-jinDemocratic Republican Politics of South Korea...

 

Historic church in Massachusetts, United States Church in the United StatesChrist ChurchChrist Church western façade (2023)Address750 Main StreetWaltham, MassachusettsCountryUnited StatesDenominationEpiscopalWebsiteChurch websiteHistoryFounded1848Founder(s)Albert C. PattersonConsecrated1902Associated peopleRobert Treat Paine Jr. (senior warden)ArchitectureArchitect(s)Peabody and StearnsStyleEnglish countryYears built1897–1898SpecificationsMaterialsFieldstoneAdministrationDioceseEpiscopal D...

PorečParenzo Wappen Flagge Poreč (Kroatien) Basisdaten Staat: Kroatien Kroatien Koordinaten: 45° 14′ N, 13° 36′ O45.22727222222213.5952388888890Koordinaten: 45° 13′ 38″ N, 13° 35′ 43″ O Gespanschaft:  Istrien Höhe: 0 m. i. J. Fläche: 139 km² Einwohner: 16.498 (31. Dezember 2021) Bevölkerungsdichte: 119 Einwohner je km² Telefonvorwahl: (+385) 052 Postleitzahl: 52 440 Kfz-Kennzeichen: PU ...

 

Pour les articles homonymes, voir Pineville. Cet article est une ébauche concernant une localité de la Louisiane. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations des projets correspondants. PinevilleGéographiePays  États-UnisÉtat LouisianeParoisse paroisse des RapidesSuperficie 1,36 km2 (2020)Surface en eau 4,2 %Altitude 36 mCoordonnées 31° 19′ N, 92° 26′ ODémographiePopulation 14 384 hab....

 

Smallest fish measurement at which it is legal to keep or sell a fish The minimum landing size (MLS) is the smallest fish measurement at which it is legal to keep or sell a fish. The MLS depends on the species of fish. Sizes also vary around the world, as they are legal definitions which are defined by the local regulatory authority. Commercial trawl and seine fisheries can control the size of their catch by adjusting the mesh size of their nets.[1] Effect of selection on fish sizes M...

Indian film production and distribution company Rajshri ProductionsTypePrivateIndustryEntertainmentFounded1947; 76 years ago (1947)FounderTarachand BarjatyaHeadquartersMumbai, IndiaKey peopleSooraj Barjatya(Chairman & Managing Director)Products Film production Film distribution Television production Websitewww.rajshri.com Rajshri Productions is an Indian film production and distribution company based in Mumbai, India, established in 1947,[1] which is primarily in...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Un-United Kingdom – news · newspapers · books · scholar · JSTOR (January 2021) (Learn how and when to remove this template message) 1999 EP by PitchshifterUn-United KingdomEP by PitchshifterReleasedSeptember 6, 1999GenreIndustrial rockLabelMCA Records, ...

 

1928 Japanese film JūjiroJapanese movie posterDirected byTeinosuke KinugasaWritten byTeinosuke KinugasaStarringAkiko ChihayaToshinosuke BandoYukiko OgawaCinematographyKōhei SugiyamaProductioncompaniesKinugasa Film AssociationShochiku (Kyoto studios)Distributed byShochikuRelease date 11 May 1928 (1928-05-11) (Japan)[1][2] Running time88 minutes[3]CountryJapanLanguageJapanese (intertitles) Crossroads (十字路, Jūjiro), also known as Crossways, Sha...

Cygnus CRS OA-8E Эмблема Общие сведения Страна США Организация Orbital ATK Заказчик НАСА Задачи Доставка грузов на МКС Полётные данные корабля Название корабля Cygnus (улучшеный) Ракета-носитель Антарес-230 Стартовая площадка Уоллопс/MARS, LP-0A Запуск 12 ноября 2017, 12:19 UTC Стыковка 14 ноября 2017, ...

 

Національний парк «Приельбрусся» 43°21′11″ пн. ш. 42°33′38″ сх. д. / 43.35305556002777649° пн. ш. 42.56083333002777636° сх. д. / 43.35305556002777649; 42.56083333002777636Координати: 43°21′11″ пн. ш. 42°33′38″ сх. д. / 43.35305556002777649° пн. ш. 42.56083333002777636° сх. д. / 43...

 

American college basketball season 1994–95 Arkansas Razorbacks men's basketballNCAA Tournament Runner-upNCAA Tournament Final FourNCAA Tournament Midwest Regional championsSEC West Division championsConferenceSoutheastern ConferenceDivisionWestRankingCoachesNo. 2APNo. 6Record32–7 (12–4 SEC)Head coachNolan Richardson (10th season)Assistant coaches Nolan Richardson III Mike Anderson Brad Dunn Home arenaBud Walton ArenaSeasons← 1993–941995–96 →...

Former museum in Atlanta, Georgia, USA The 1995 World Series Commissioner's Trophy on display in the museum The Ivan Allen Jr. Braves Museum and Hall of Fame (BMHF) was founded in 1999,[1] to honor various players, managers, coaches, executives, and others who have been a part of the Atlanta Braves professional-baseball franchise during its years in Boston (1871–1952), Milwaukee (1953–1965), and/or Atlanta (1966–present).[1] The Museum and Hall of Fame, named after forme...

 

Eve Andree LarameeBorn (1956-01-06) January 6, 1956 (age 67)Los Angeles, California, USANationalityAmericanKnown forSculpture, Installation art, San FranciscoMovementEnvironmental Art, Installation art Halfway to Invisible, Eve Andree Laramee, 2009, Installation: kinetic sculpture, video, video projection, 60 lightboxes with transparencies, Cold War artifacts, archive of documents, photographs, ambient soundscape. The Hanford site represents two-thirds of the nation's high-level rad...

 

This article is about the character. For the American politician, see Dan Hamilton (politician). For the musician, see Dan Hamilton (musician). Fictional character Dan HamiltonHolby City characterAdam Astill as Dan HamiltonFirst appearanceBlue Valentine15 February 2011Last appearanceOnly You10 July 2012Portrayed byAdam AstillIn-universe informationOccupationConsultant orthopaedic surgeon Dan Hamilton is a fictional character from the BBC medical drama Holby City, played by actor Adam Astill. ...

Kualifikasi sepak bola pada Pekan Olahraga Daerah Sulawesi Selatan 2010Kualifikasi sepak bola pada Porda Sulsel 2010Kualifikasi sepak bola pada Porda Sulsel XIVNegara IndonesiaTanggal penyelenggaraan22 – April 2010Jumlah peserta23 tim sepak bolaJumlah pertandingan30← 2006 2014 → Kualifikasi untuk sepak bola pada Pekan Olahraga Daerah Sulawesi Selatan 2010 berlangsung untuk menentukan tim yang berhak tampil pada Porda Sulsel 2010 dalam cabang sepak bola di Kabupaten Pangkajene dan Kepula...

 

Di Republik India, seorang gubernur adalah kepala konstitusional dari setiap dua puluh sembilan negara bagian. Gubernur dilantik oleh Presiden India untuk masa jabatan lima tahun, dan memegang jabatan melalui persetujuan Presiden. Gubernur adalah kepala pemerintahan negara bagian de jure; semua tindakan eksekutifnya diambil dalam nama gubernur. Namun, gubernur harus bertindak atas nasihat dari dewan menteri terpilih yang terbanyak, yang dikepalai oleh ketua menteri, yang memegang otoritas eks...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!