Cinderella

Cinderella
Əsas məlumatlar
Üslub hard-rok
blyuz-rok
qlem-metal
Fəaliyyət illəri 1983—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Filadelfiya
Leybl Mercury Records
Heyət Tom Kifer
Erik Brittingem
Ceff LaBar
Fred Kouri
Keçmiş üzvlər Maykl Smerik
Toni Destra
Cim Drnek
Kevin Konvey
Kevin Valentayn
www.cinderella.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cinderella1983-cü ildə Filadelfiyada yaranmış heavy metal qrupu.

Qrup haqqında

Cinderella 1983-cü ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində, bəstəkar, pianoçu və gitarist Tom Keifer və bas gitarist Eric Brittingham tərəfindən yaradılmış heavy metal qrupudur. Qrup qurulduğu dövrdə Los-Ancelesdə glam metal ilə ortalıq dağılmaqda idi. Və qrup yarandıqdan qısa bir müddət sonra 1985-ci ildə Los-Anceles yollarına düşdü. Los-Ancelesə getdikdən sonra bir bar ilə razılaşıb səhnəyə çıxdılar. Bu sırada Bon Jovi tərəfindən qrup kəşf edilərək glam metal səhnəsinə qazandırıldı.

Bu dəstəkdən sonra qrup albom çıxartmaq qərarına gəldi. Lakin bu sırada qrupdan ayrılıq yaşandı və 1985-ci ildə Michael Smerick ilə Tony Destra qrupdan ayrıldılar. Bu iki üzvün yerinə Jeff LaBar ilə Jim Drnec keçdi.

Bu heyətlə qrup 1986-cı ildə "Night Songs" adlı ilk albomunu satışa çıxardı. Albom böyük uğur əldə etdi. «Nobody’s Fool» balladı və «Push Push» albomun ən bəyənilən mahnıları oldu. Albom yaxşı satış qrafiki əldə etdi. Hər şey yolunda idi ki, qrupda üzv dəyişikliyi oldu və vurma alətlərin ifaçısı Jim Drnec qrupdan ayrıldı. Bu boşluğu Fred Coury doldurdu.

Daha sonra qrup növbəti albom üçün studiyaya girdi. 1988-ci ildə "Long Cold Winter" adlı ikinci albomunu çıxardan qrup artıq özünü sübut etmişdi. Çünki ilk alboma görə çox daha yaxşı bir albom ilə dinləyicinin qarşısına çıxmışdı. Albomda ilk gözə dəyən mahnı yenə bir ballad olan «Don't Know What You've Got» mahnısı idi. Qrup müvəffəqiyyətini və özünü artıq sübut etmişdi. İkinci albom çıxdıqdan bir müddət sonra qrup 14 aylıq bir dünya turnesinə çıxdı. Turnedə əfsanəvi musiqiçi və qruplar var idi. Turneyə çıxılan qrup və musiqiçilər arasında; Scorpions, Ozzy Osbourne, Bon JoviMötley Crüe kimi qruplar iştirak edirdi. Və nəhayət turne bitmişdi. Qrup 3-cü albomu çıxarmaq üçün studiyaya girdi və 1990-ci ildə "Heartbreak Station" adlı üçüncü studiya albomlarını çıxardı. Qrup yenə möcüzə bir alboma imza atmışdı və albomda blues təsirləri görünürdü. Albom çıxdıqdan bir müddət sonra vurma alətlərdəki ifaçı Fred Coury qrupdan ayrıldı.

Qrupun vokalisti Tom Keifer isə səsiylə ilə əlaqədar davamlı problemlər yaşayırdı. Səs tellərində yaşadığu bu problem səbəbilə qrup bir müddət səssiz qaldı. Qrup 1994-ci ildə "Still Climbing" adlı albomlarını çıxarmış olsa da Tom'un səsindəki dəyişiklik gözə dəyir və xəstəliyi özünü göstərirdi. Qrupun bu albomu ilk 3 albomun gerisində qalmışdı və müvəffəqiyyətsiz olmuşdu. 1995-ci ildə qrup açıqlama verdi və dağıldığını açıqladı.

1995-ci ildə dağılan qrupun, dinləyicilərindən ayrı qalması çox uzun sürmədi və 2 il sonra qrup təkrar bir araya gəldi. Toplandıqdan sonra qrup Amerikada turneyə çıxdı. Bu turne zamanı «Mercury Records» şirkəti Cinderella adına «Once Upon A ...» adlı bir toplu albom satışa çıxardı. Qrup 1999-ci ildə öz səsyazma şirkətini dəyişdirdi. «Sony Records» ilə razılaşan qrup albom çıxarmadan «Mercury Records» ilə olan müqaviləni ləğv etdi. 2004-ci ildə «In Concert» adlı konsert albomunu yayımladı. Bu konsert albomundan sonra «Gypsy Road: Live» və «Extended Versions» adlı 2 konsert albomu da çıxartdı. Qrup «Live at the Mohegan Sun» adlı son konsert albomunu 2009-ci ildə çıxardı.

Diskoqrafiya

Studiya albomları

  • 1986 - Night Songs
  • 1988 - Long Cold Winter
  • 1990 - Heartbreak Station
  • 1994 - Still Climbing

Yığma albomları (toplu)

  • 1997 - Once Upon A...
  • 2000 - 20th Century Masters - The Millennium Collection: The Best of Cinderella
  • 2002 - Winning Combinations
  • 2005 - Rocked, Wired & Bluesed: The Greatest Hits
  • 2006 - Gold
  • 2008 - Best Ballads

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!