Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı[1][2] əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir.
Bon Jovi 2006-cı ildə İngiltərədəUK Music Hall of Fame tərəfindən şərəfləndirildi[3] və İngilisQ jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı[4]. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı[5], 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi[6]. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur.
Con Bon Covi, Nyu Cersidə kiçik yerlərdə müxtəlif qruplarla birlikdə konsertlər verirdi. Qohumu Tonynin Nyu-YorkdaPower Station adını daşıyan bir səsyazma studiyası var idi. Con, 1980-ci ildə Nyu-Yorkdakı bu studiyada Tony Bongiovinin yanında işə başladı. Həftəlik 50 dollar qazanan Con, studiyada musiqiçi və ya texnik olaraq deyil, studiyanın təmizliyindən, gətir apar işlərindən və çay xidmətindən məsul idi. Bu vəziyyətdən şikayətçi olmayan Con, müxtəlif musiqiçiləri izləyib bəzən onlara yoldaşlıq edirdi. Boş vaxtlarında isə mahnılar bəstələyirdi.
Con, 1980–1983-cü ilər arasında 50 demo hazırladı. Əlindəki demo qeydlərlə səsyazma şirkətləri ilə görüşən lakin cavab ala bilməyən Con, 1982-ci ilin iyun ayında bir yay gecəsi hazırladığı "Runaway"i Nyu-Yorkda yerli bir radio olan WAPP 103.5 FM'dəki bir DJ-ə dinlətdi. Mahnını çox bəyənən DJ, mahnını radionun hazırlayacağı həvəskar müğənnilərin mahnılarının yer aldığı yığma alboma qoymağa qərar verdi. Runaway, qısa müddətdə yalnız Nyu-York və ətrafında deyil, bütün ABŞ radiolarında da ən çox çalınan mahnılardan biri oldu.
Səsyazma şirkətləri vaxt itirmədən John Bongiovi adı ilə, qrupu olmadan, meneceri olmadan və bir səsyazma şirkəti ilə müqaviləsi olmadan tək başına Runaway kimi bir hiti yaradan bu gəncin arxasına düşdü. Con Bon Covi, 1983-cü il 1 iyul tarixində Polygram/Mercury Records ilə müqavilə imzaladı. Lakin bir qrupu yox idi. Runaway, Power Station studiyalarında müxtəlif musiqiçilərlə birlikdə yazılmışdı. Con, ilk olaraq o illərdə "Julliard" adlı musiqi məktəbində təhsil almaqda olan lisey yoldaşı Devid Brayanı qrupa qatılmağı üçün razı saldı. Ardından Nyu Cersidəki qruplarda bas gitara çalan Alek Con Saç ilə tanış oldu. Alekin vasitəsilə Franke&The Knockouts adlı qrupda çalan Tiko Torresi qrupda çalmağa razı saldılar. Qrup, kiçik kütlə qarşısında klub konsertləri verməyə başladı. Bu konsertlərdən birində tamaşaçılar arasında, o sıralar "Message" adlı qrupda çalan gitarist Riçi Sambora da var idi. Riçi Sambora izlədiyi konsertdən sonra Conun yanına gələrək birlikdə çalmağı təklif etdi. Con bu təklifi qəbul etdi çünki o da bir gitarist axtarırdı. Beləcə gələcəkdə qrupun Con Bon Covidən sonrakı ən məşhur üzvü olacaq olan gitarist Riçi Sambora qrupa qatılmış oldu. Riçi Sambora qrupa qatılmağı ilə əlaqədər bir neçə il sonra bu açıqlamanı vermişdir.;
"Heç də pis bir mövqedə deyildim. Bir qrupum var idi, davamlı məni izləməyə gələn pərəstişkarlarım var idi, daha da əhəmiyyətlisi səsyazma şirkəti ilə albom razılaşmamız var idi. Amma Conu izlədiyim zaman onun doğrudan da bir ulduz olduğunun anladım. Və o anda onun yanına gedib özümü satmağa çalışdım. Həyatımda belə bir şeyi daha əvvəl heç etməmişdim."
Con, səsyazma şirkətinin tövsiyəsi ilə adındakı "H" hərfini atdı və Bongiovi olan soyadını da daha aydın bir şəklə salaraq Bon Jovi'yə çevirdi. Qrupun adı olaraq da "Bon Jovi" qəbul edildi. Qrupun menecerliyini Mötley Crüe-nun menecerliyini edən Doc McGhee öz boynuna götürmüşdü. Doc McGhee, Bon Jovi ilə razılaşdıqdan sonra bütün enerjisini Bon Jovini dünyanın ən böyük qruplardan biri etməyə sərf etdi. Doc McGhee ilk iş olaraq Bon Jovini 1983-cü ilin sentyabr ayında New York Madison Squere Garden-də reallaşan ZZ Top konsertində alt qrup olaraq çıxmalarını təmin etdi.
Bon Jovi və 7800° Fahrenheit (1984–1985)
Bon Jovinin öz adını daşıyan ilk albomu 21 yanvar 1984-cü ildə nümayiş olundu[7]. Single olaraq nümayiş olunan "Runaway" mahnısı Bon Joviyə karyerasının ilk hitini qazandırdı. Lakin albom satışı istədikləri kimi uğurlu olmadı. Qrup ABŞ-də Scorpionsın alt qrupu olaraq səhnəyə çıxdı. 1984-cü il 11 avqust tarixində MSG, Whitesnake və Scorpions ilə birlikdə Yaponiyada "Super Rock Festivalı"-na qatıldılar. Bon Jovinin festival çərçivəsində verdiyi konsertlər gözlənilməz dərəcədə böyük maraq gördü. Albom YaponiyadaQızıl Val ilə mükafatlandırıldı. Bon Jovi isə Yaponiyada ilin qrupu seçildi. Qrup Avropada isə Kiss-in alt qrupu olaraq səhnəyə çıxdı. Qrup, albom üçün olduqca müsbət fikirləri olan ingilis rok musiqi jurnalı Kerrang! tərəfindən İlin ən Yaxşı Yeni Qrupu seçildi. 1984-cü ilin noyabr ayında turne sona çatdıqdan sonra qrup dərhal yeni albom işlərinə başladı. Qrup ikinci albomu Philadelphia'nı altı həftəyə hazırladı. Tiko Torres və Alek Con Saç qrupa daha çox vaxt ayıra bilmək üçün həyat yoldaşlarından boşanmışdılar. Con Bon Covi isə ilk albomun turnesi ilə birlikdə növbəti illərdə həyat yoldaşı olacaq olan Dorethea Hurleydən ayrılmış aktrisa Diane Lane ilə münasibətdə idi. Qrup üzvlərinin içində olduqları vəziyyət ikinci albomun mahnı sözlərini ayrılıq ağrısına boğmuşdu.
1985-ci ilin Mart ayında qrupun ikinci albomu 7800 ° Fahrenheit[8] nümayiş olundu. Albomdan "Only Lonely", "In And Out Of Love" və "Silent Night" olmaq üzrə üç single nümayiş olundu[9]. 7800 ° Fahrenheit ilk alboma görə daha müvəffəqiyyətli olub ABŞ-də qrupa bir "Qızıl Val" qazandırsa da qrup istədiyi çıxışı bu albomla də reallaşdıra bilmədi. Qrup ABŞ-də dövrün məşhur qruplarından Rattın alt qrupu olaraq 6 aylıq bir turne reallaşdırdı. Con Bon Covi o günlər ilə əlaqədar qarşıdakı illərdə bu sözləri demişdir:
"Rattın Round and Round albomu çıxdığı zaman bizim Runaway adlı mahnımız pıçıltı kimi qalmışdı. 7800 ° Fahrenheit çıxdığında onların alt qrupu olduq. Sonra bütün bir ili onların necə bu qədər böyüdüyünü düşünərək keçirdik. Mötley Crüe, Dokken, Ratt və bütün digər qrupların necə bizdən daha böyük olduğunu düşünmədən işləyə bilməzdik."
Qrup Avropada və ilk albomları ilə birlikdə böyük bir dinləyici kütləsi əldə etdikləri Yaponiyada isə ana qrup olaraq səhnəyə çıxdı. İngiltərədə təşkil edilən Donnington Monsters of Rock festivalına qatıldılar. Qrupun ilk albomu üçün olduqca müsbət şərhlər edən ingilis Kerrang! jurnalı il sonunda Con Bon Covini ilin sex obyekti olaraq təyin etdi. Bu vəziyyətə kədərləndiyini ifadə edən Con Bon Covi; ən yaxşı bəstəkar ya da ifaçı mükafatını almağı üstün tutardıq kimi bir açıqlama verdi.
Qrup o il Texas Jam Festivalı və 1985-ci il 22 sentyabr tarixində Illinois Memorial stadionunda Amerikalı fermerlər xeyrinə təşkil edilən Farm Aid konsertində iştirak etdi. Con Bon Covi və Riçi Sambora Farm Aid üçün "Heart Of America" mahnısını bəstələdi və səhnədə bu mahnını səsləndirdilər.
Con Bon Covi 1985-ci ildə Filadelfiyada bir barda dinləyib bəyəndiyi hard rok qrupu Cinderellanı menecerləri ilə tanış edib səsyazma şirkəti ilə albom razılaşmasını təmin etdi. Con Bon Covi və Riçi Sambora, Cinderella ilə birlikdə qrupun 1986-cı ildə nümayiş olunan ilk albomu Night Songsda yer alan "Somebody Save Me" mahnısını yazdılar və mahnının klipində iştirak etdilər[10].
Slippery When Wet (1986–1987)
Qrup 1985-ci ilin dekabr ayında turne bitər bitməz üçüncü albomlarının hazırlıqlarına başladı. İki orta dərəcədə müvəffəqiyyətli albomdan sonra qrup əldə edəcəkləri böyük müvəffəqiyyətin üçüncü albomlarına bağlı olduğunu və bu albomun ya tamam ya davam albomu olduğunu düşünürdü. Bunun üçün Loverboy ilə etdiyi işlərlə məşhur olan Kanadalı prodüser Bruce Fairbairn ilə razılaşdılar və ilk dəfə peşəkar bir bəstəkar olan Desmond Child ilə birlikdə mahnılar yazdılar. Qrup albomu KanadanınVankuver şəhərində qeyd etdi. Vankuverdə getdikləri bir striptiz klubuna bir rəqsçi qızın, qrupun "In And Out Of Love" mahnısı ilə etdiyi rəqs nümayişi əsnasında albomun adının "Slippery When Wet" olmasına qərar verdilər. Qrup 6 ay ərzində albomu tamamladı və albom satışa təqdim edilmədən bir ay əvvəl 1986-cı ilin İyul ayında Judas Priestin alt qrupu olaraq Kanadada səhnəyə çıxdı.
18 avqust 1986-cı ildə "Slippery When Wet"[11] adı altında nümayiş olunan qrupun üçüncü albomu, Bon Jovi'nin karyerası üçün bir çevriliş idi. Slippery When Wet Bon Jovini zirvəyə daşıyan albom olmuşdur. İndiki vaxtda bir rok klassikası olaraq xatırlanan albomda yer alan "You Give Love a Bad Name", "Livin 'on a Prayer", "Wanted Dead or Alive" və "Never Say Goodbye" unudulmaz Bon Jovi mahnıları arasındakı yerini aldı. Albom çox mükafatı da özü ilə gətirdi. "Slippery When Wet", 1987-ci ildə Billboard jurnalı tərəfindən ilin ən çox satan albomu elan edildi. Bon Jovi People's Choice mükafatlarında ilin Rok qrupu olaraq təyin olundu[12]. Ayrıca MTV Video Musiqi Mükafatlarında "Livin 'on a Prayer" ilə "Ən Yaxşı Səhnə Performansı Videosu" mükafatını qazanmaqla yanaşı[13] Amerikan Musiqi Mükafatlarında da "İlin Qrupu" mükafatını qazandılar[14].
Qrup, albomun böyük müvəffəqiyyəti ilə birlikdə 1986-cı ilin dekabr ayında karyerasının ana qrup olaraq çıxdıqları ilk ABŞ turnesinə başladı. Turne əsnasında, Nyu-Yorkda yayımlanan xüsusi bir radio stansiyası, şanslı dinləyicilərə Bon Joviyle bir gün keçirmə vədini verdi və bu yarışmaya ümumilikdə 22 milyon məktub müraciəti gəldi. Daha əvvəl heç bir radio yarışmasına bu qədər böyük bir iştirak reallaşmamışdı. 1987-ci ilin Avqustunda İngiltərədə təşkil edilən Donnington-Monsters of Rock-a ana qrup olaraq qatıldılar. Qrupun səsləndirdiyi "We Are an American Band" mahnısına Kiss qrubunundan Gene Simmons ilə Paul Stanley, Twisted Sister qrupundan Dee Snider və Iron Maiden qrupundan Bruce Dickinson yoldaşlıq etdi[15]. 70,000 adamın iştirakıyla konsert Bon Jovi karyerasının zirvə nöqtələrindən biriydi. Çıxdıqları geniş dünya turnesi 1987-ci ilin Oktyabr ayında Havayda sona çatdı. On altı ay davam edən turne boyunca cəmi 200 konsert verdilər[16].
Albom ilin ən çox satan albomu, turne isə ilin ən müvəffəqiyyətli turnesi idi. Daha çox sübut edəcək bir şey olmadığını düşünən qrup bir an əvvəl gəldikləri yerin təsadüf olmadığını və Slippery When Wetin təsadüflərlə gələn bir müvəffəqiyyət olmadığını isbat etmək üçün heç istirahət belə etmədən yenidən studiyaya qayıtdı. Bir sonrakı albom musiqi mətbuatında böyük bir təmənnaya yol açır. Bu gözləmələr səbəbiylə albomun konsert performansı ilə yazılacağı, məşhur solistlərlə birlikdə işlənəcəyi, Richie Samboranın da vokalda yer alacağı kimi söz-söhbətlər çıxdı. Lakin bunların heç biri reallaşmadı.
New Jersey (1988–1990)
"Slippery When Wet" albomunun ardından iki il sonra yayımlanan dördüncü albom "New Jersey" 13 sentyabr 1988-ci ildə satışa çıxarıldı[17]. Həm ticarət baxımdan həm də musiqi baxımından Slippery When Wet-dən dala qalmayan New Jersey beş hit mahnı çıxararaq Bon Jovinin müvəffəqiyyətinin təsadüf olmadığını sübut etdi. Arxa arxaya satışa çıxarılan "Bad Medicine", "Born To Be My Baby", "I'll Be There For You", "Lay Your Hands On Me" və "Living In Sin" əhəmiyyətli siyahılarda müvəffəqiyyətlə öz yerini tuttu. Erotik səhnələrin yer aldığı "Living In Sin" video klibi MTV tərəfindən yayımlanmadı[18]. Lakin daha sonra yenidən düzəliş edilən video klip MTV-də tez-tez yayımlanmağa başladı.
Bu dövrdə, daha əvvəl Cinderellanı kəşf etmiş olan Con Bon Covi, yeni bir qrupu mətbuata tanıtdı[19]. Skid Row, Bon Jovinin də dəstəyini alaraq müvəffəqiyyətli bir alboma imza atdı. Con Bon Covi, 1989-cu il 29 aprel tarixində qrupun konsert üçün getdiyi Los-Ancelesdə lisey illərindən bəri sevgilisi olan Dorothea Rose Hurley ilə Las-Veqasda gizlicə evləndi. Başda meneceri olmaq üzrə ətrafındakı hər kəs bu qərarına çox əsəbiləşdilər, çünki qadın pərəstişkarlarını itirməsindən narahatlıq duyurdular.
Bon Jovi, 1989-cu ilin avqustunda 160,000 adamın iştirakı ilə reallaşan Moscow Peace Festivalda əsas qrup olaraq səhnəyə çıxdı. Mötley Crüe, Scorpions, Ozzy Osbourne, Skid Row və Cinderella kimi dövrün məşhur rok qruplarının iştirak etdiyi və Lenin Olimpiada Stadionunda edilən iki günlük fəaliyyətin iki məqsədi vardı; Rus gəncləri arasında sürətlə artım göstərən spirt və narkotik asılılığına diqqət çəkmək və illərcə qapılarını Amerika tərzi həyata bağlayan Rusiyanın qapılarını Amerika tərzi rock-n roll-a açmaq idi. Beləcə Rus hökumətinin Rusiyada konsert verməsi üçün icazə verdiyi ilk qərbdən olan qrup Bon Jovi oldu. New Jersey albomu isə Sovet Rusiyasında dövlətə bağlı bir şirkətdən yayımlanan ilk xarici albom oldu; daha əvvəl nə Beatlesin, nə də Rolling Stonesin albomları Rusiyada yayımlanmamışdı.
Eyni il Con Bon Covi və Riçi Sambora MTV Video Musiqi Mükafatlarında səhnəyə çıxaraq "Livin 'on a Prayer" və "Wanted Dead or Alive" mahnılarını yalnız iki akustik gitara ilə çaldılar[20]. Böyük təsir yaradan performans MTV-nin təşkil edəcəyi MTV Unplugged ardıcıllığına ilham qaynağı olmuşdur. Con Bon Coviye görə isə bu çox böyük bir məsələ deyildi, mahnılarını onsuz da akustik gitara ilə yazırlardı, buna görə təbiiliklərini pozmadan mahnılarını akustik şəkildə çala bilirdilər. Bu performansın Unplugged ardıcıllığının başlanğıcına etmiş olduğu təsir qədər akustik mahnıların artımının da əsas qaynağı olaraq göstərilir.
1988-ci ilin Oktyabr ayında İrlandiyanın Dublin şəhərində başladıqları dünya turu 1990-cı ilin fevral ayında Meksikanın Monterrey şəhərində eyni gün içərisində verdikləri iki stadion konserti ilə sona çatdı. Turne boyunca 232 konsert[21] verən qrupun böyük uğurlara imza atdığı iki ilə yaxın davam edən uzun dünya turnesi sonunda qrup üzvləri həm fiziki, həm zehni, həm də romantik olaraq iflasa uğramış hala gəlmişdi. Turne əsnasında tez-tez mübahisə etən qrup üzvləri artıq yollarını ayırma nöqtəsinə gəlmişdi. Turne bitdikdən sonra qrupun gələcəyi naməlum idi. Qrup üzvləri bir-birinə Sağol belə demədən beşi də fərqli təyyarələrə minib öz yollarına getdilər.
Riçi Sambora, irəliləyən illərdə verdiyi bir müsahibədə qrupun New Jersey turnesinin sonundakı halını belə izah etmişdir;
"Geriyə çevrilib o zamanlara baxdığımda çox pis hadisələrin olduğunu xatırlayıram. Turne bitəndə hamımız bir yaşayan ölüyə çevrilmişdik. Turne bitəndə bir-birimizə "gülə gülə" belə demedik. Hamımız fərqli təyyarələrə mindik. Heç kim vecinə almırdı."
Solo karyera və qrupdakı problemlər (1990–1991)
New Jersey turnesinin ardından qrup ilk dəfə yeni albom işləri üçün studiyaya girməyib ara verməyi uyğun görmüşdü. Lakin bu vaxt Con Bon Covi heç hesabda olmayan Young Guns II filminin musiqilərini hazırlamağa başladı. Con Bon Covi albomda Jeff Beck, Elton Con və Aldo Nova kimi çox əhəmiyyətli musiqiçilərlə işlədi. Young Guns II filminin musiqilərinin yer aldığı Con Bon Covinin ilk solo albomu "Blaze of Glory", 1990-cı ilin iyul ayında nümayiş olundu. Con Bon Covi, Blaze of Glory mahnısı ilə ən yaxşı film musiqisi kimi Qızıl Qlobus Mükafatını[22], Amerikan Musiqi Mükafatlarında isə Ən yaxşı pop/rok mahnısı mükafatını qazandı[23] və Qremmi ilə Oskara namizəd oldu.
Con Bon Covinin qrupu olmadan böyük uğurlara imza atması qrupun dağıldığı söz-söhbətlərinə səbəb olmuş və qrupun gələcəyi haqqında anlaşılmaz söhbətlərə səbəb olmuşdur. Menecer Doc McGhee, 31 dekabr 1990-cı ildə Yaponiyada reallaşacaq bir yeni il konserti üçün qrupu yenidən bir araya gətirdi. Amerika mediası bu konsertə böyük maraq göstərdi və sırf Con Bon Covi və Riçi Samboranın arasındakı soyuqluğu və qrupun içində olduğu qarışıqlığı daha yaxından təqib edə bilmək üçün Yaponiyaya qədər getdilər. Qrup üzvləri bir-birləri ilə ünsiyyət qurmurdular və səhnə arxasında beşi də fərqli otaqlarda otururdular. Son olaraq Con Bon Covi səhnə alacağı Oskar mükafat təqdimatı üçün qrupu 1991-ci ilin mart ayında bir araya gətirdi. Lakin mükafat mərasimindən sonra Con Bon Covi
1991-ci ildə Riçi Sambor, "Stranger in This Town" adlı ilk solo albomunu yayımladı. "Netherworld" filminin musiqilərini hazırlayan Devid Brayan Cənubi Amerikadakı bir gəzintisi əsnasında xəstəliyə yoluxdu və aylarla xəstəxanada yatdı. Alek Con Saç isə keçirdiyi motosiklet qəzasından sonra bas tutuşundaki kritik bir sinirini zədələdi. Alek bu səbəbə görə bas tutuşunu və gitara çalış mövqeyini dəyişmək məcburiyyətində qaldı.
Con Bon Covi isə müvəffəqiyyətli bir solo albom və gələn mükafatlara baxmayaraq xoşbəxt deyildi, böhrana girmişdi. Məşhur olmağın xəyal etdiyi kimi bir şey olmadığını və rock-n-roll həyat tərzinin özünə zərər verəcək bir istiqamət aldığını anlamağa başladı. Qrupdan ayrı qaldığı müddət boyunca fiziki və romantik olaraq özünü düzəltməyə çalışan Con Bon Covi rahatlamaq üçün 1991-ci ilin yazında bütün ABŞ-ni əhatə edən bir motosiklet gəzintisinə çıxdı. Daha əvvəl getmədiyi yerlərə gedərək müxtəlif insanlarla tanış olaraq hazırlayacağı yeni bəstələr üçün müxtəlif ilham qaynaqları axtardı. Bu səfər onun, keçirtdiyi qaranlıq dövrdən çıxmasında böyük rol oynadı.
Qrup, 1991-ci ilin sentyabr ayında MTV Video Musiqi Mükafatları tərəfindən həyat boyu qürur mükafatı ilə şərəfləndirildi. Lakin Con Bon Covi bu fikirdən heç məmnun deyildi. İllər sonra verdiyi bir müsahibə əsnasında o gün haqqındakı fikirlərini bu cür ifadə etmişdir;
"MTV mükafatlarına getdik. Bizə həyat boyu mükafatını layiq görmüşdülər. Nə etmişdik ki? Dörd ədəd albomumuz var idi və heç bir-birimizlə razılaşa bilmirdik. Fərqinə vardım ki oraya çağrılmağızın tək səbəbi reytinqləri yüksəldəcək olmamız idi. Oraya getdik və mən qrupdakılar ilə oturmaq istəmirdim, onsuz da onlar da mənim yanımda dayanmaq istəmirdilər. Yaxşıca əsəbiləşmişdim. Çıxıb mükafatı aldım, səhnədən endim və orada tanıdığım bir qıza verdim o mükafatı. Sonra Limuzinə mindik və menecerimiz bəzi dəyişikliklərin şərt olduğunu dedi. Mən də bəli, əla fikirdi deyib, əlavə etdim: İlk dəyişiklik budur: Qovuldun!"
Con Bon Covi kritik bir qərarla mükafat mərasimindən sonra qrupun müvəffəqiyyətində böyük rol oynamış olan və qrupun səkkiz ildir menecerliyini davam etdirən Doc McGheenin işinə son verdi. Qrupun McGhee Entertaintment ilə olan əlaqələrini tamamilə kəsdi. Bon Jovinin musiqisinə, qərarlarna, imicinə qarışmayacaq və Con Bon Covidən xəbərsiz qərarlar almayacaq olan "Bon Jovi Manegement" şikətini yaratdı. Bu tarixdən etibarən öz menecerlik sistemi ilə yola davam edən Con Bon Covi, daha səmərəli bir rol oynamağı qərara aldı.
Yenidən davam və Keep the Faith (1992–1993)
Con Bon Covi, 1991-ci ilin oktyabr ayında, karyerasına solo olaraq davam etməsi ya da Hollivuda gedərək şansını aktyorluqda sınaması lazım olduğu istiqamətindəki təzyiqlərə diqqət etməyərək qrupu yenidən bir araya gətirmə qərarı aldı. Qrupun üzləşib aralarındakı problemləri həll etməsi və pis xatirələri silməsi tam üç ayı çəkdi. Riçi Sambora, sonrakı vaxtlarda verdiyi bir müsahibədə o günlər ilə əlaqədar olaraq fikirlərini belə ifadə etmişdir;
"New Jersey turnesinin ardından yorulmuşduq. Musiqi dünyasından da bir birimizdən də bezmişdik amma heç bir zaman bir birimiz üçün səndən nifrət edirəm sözünü istifadə etmədik. Həmişə niyə sualını verərək işləri yoluna qoymaq üçün vaxt sərf etdik. Belə qurtarmayacağını bilirdim, necə və nə zaman olacağını bilmirdim amma yenidən bir araya gələcəyimizi bilirdim."
Qrup 1992-ci ilin yanvar ayında yeni albomun hazırlıqlarına başladı. Dörd il aradan sonra yayımlanacaq olan ilk Bon Jovi albomunun prodüserliyini Bob Rock öz boynuna götürdü və albom KanadanınVankuver şəhərində Little Mountain Studiyalarında hazırlandı.
Con Bon Covi qrupu bir araya gətirəndə onlarla danışıqda, yalnız bir rok'n'roll qrupu olacağıq əgər inanırsınızsa, bir Rolling Stones ola bilərik deyərək qrupun yeni vizyonunu bu cür açıqladı. Con Bon Covi saçlarını qısaldaraq yeni bir görünüş əldə etdi. Albom isə qrup üzvlərinin 30 yaşlarına gəlmiş olmalarının da təsiri ilə həm mahnı sözləri, həm də sound olaraq o günə qədərki ən yetkin Bon Jovi albomu oldu.
Qrupun beşinci studiya albomu "Keep the Faith", 3 noyabr 1992-ci ildə satışa təqdim edildi. Musiqi mediası qrupun musiqi baxımdan dəyişməsini ön plana çıxartdığı zaman, mətbuat Con Bon Covinin saçlarını başlıqlara daşımışdı. Dünyaca məşhur xəbər kanalı CNN Con Bon Covinin saçlarını kəsdirməsini ana xəbər bülletenində yayımlamışdı. Qrup, albomun satışının stimullaşdırılması üçün ABŞ-də kiçik klubları əhatə edən qısa bir bar turnesine çıxdı. Son turnelərinin üzərindən təxminən üç il keçdiyi üçün qrup bu qısa turneni reallaşdırdı. Albomun təqdimatı üçün MTV və ABŞ-dəki 130 radio tərəfindən eyni anda yayımlanan bir konsert keçirildi. Yarı akustik yarı elektrik və bəzi cover mahnılarının da yer aldığı bu unplugged konsert 1993-cü ildə "Keep the Faith: An Evening with Bon Jovi" adlı bir video kaset olaraq yayımlandı.
Albomdan, "Keep the Faith", "Bed Of Roses", "In These Arms", "I'll Sleep When I'm Dead", "I Believe" və "Dry County" olmaq üzrə cəmi altı single yayımlandı. 12 ay davam edəcək əsl böyük dünya turnesi 1993-cü ilin fevral ayında başladı. Qrup, Keep The Faith turnesi ilə birlikdə daha əvvəl heç olmadıqları ölkələrdə də konsertlər verdi. Qrup, Keep The Faith turnesi çərçivəsində Tayvan, Honkonq, Tayland, Filippin, Sinqapur, Qvatemala, Venesuela və Kosta Rika və Türkiyədə karyerasında ilk dəfə səhnəyə çıxdı.
Qrup New Jersey turnesində yaşadığı problemləri bu turnedə yaşamamaq üçün hər konsert arası ən az 10 gün ara verib evlərinə qayıdıb ailələriylə və dostları ilə vaxt keçirməyə diqqət göstərdi. Bu onların həm zehin olaraq həm də ruhi olaraq gümrah qalmalarına kömək oldu. Qrup 2,5 milyon biletin satıldığı Keep the Faith turnesi boyunca 37 ölkədə 177 konsert vermişdi.
Cross Road və These Days (1994–1995)
1994-cü ilin oktyabr ayında qrupun yığma albomu "Cross Road" nümayiş olundu. Albomda yer alan iki yeni mahnı "Always" və "Someday I'll Be Saturday Night" böyük maraqla qarşılandı. Amerika musiqi siyahılarının ilk onluğunda 6 ay boyunca yer alan və bir çox ölkədə 1 nömrə olmağı bacaran "Always", Bon Jovinin karyerasında ən müvəffəqiyyətli single oldu. "Cross Road", İngiltərədə 1994-cü ilin ən çox satan albomu olaraq təyin olundu və bütün dünyada böyük satış rəqəmləri göstərdi və Bon Joviyə o il Dünya Musiqi Mükafatlarında ilin ən çox satan rok qrupu mükafatını qazandırdı[24].
"Cross Road" albomu yayımlanandan qısa bir müddət sonra qrupun 11 illik bas gitaristi Alek Con Saç qrupdan ayrıldı. Alekin ayrılması ilə, Alekin Con Bon Covinin onun bas çalışını davamlı tənqid etməsindən şikayətçi olduğu və Con Bon Covinin onun bas çalışının bərbad olduğunu düşündüyü kimi mediaya əks olunan mənfi xəbərlərlə əlaqədar Con Bon Covi bu haqda belə demişdir;
"Mediaya əks olunan xəbərləri görəndə kədərləndim, çünki biz bu tərz bir qrup deyilik. Alek artıq yorulmuşdu və ailəsi ilə daha çox vaxt keçirmək istəyirdi. Onun yerinə qrupa bir bas gitarist almadıq, çünki biz bir ailəyik. Ailədə bir fərdin yeri əvəzedilməzdir. Alek ilə hələ, o qrupda bizlə birlikdə olduğu zamanlardakı qədər görüşüb danışıram."
Alek Con Saçın yerinə qrupa rəsmi olaraq yeni bir bas gitarist alınmadı. 1995-dən bəri Bon Jovi albomlarında və konsertlərində Huq Makdonald bas gitara çalmaqdadır.
Alek Con Saçdan sonra qrup başqa bir bas gitarist elə yola davam etməy qərarı alan Bon Jovi, 1995-ci ilin aprel ayında karyerasının ən müvəffəqiyyətli turnelərindən birinə başladı. Bu vaxt turne əsnasında qrupun altıncı studiya albomu "These Days" 1995-ci ilin iyun ayında nümayiş olundu. "This Aint A Love Song" ilə birlikdə böyük müvəffəqiyyət qazanan albom, Bon Jovinin karyerasının ən yetkin albomu olaraq xarakterizə edildi. Qrup, 23, 24 və 25 iyun 1995-ci il LondondaWembley Stadionunda üç gecə üst-üstə bağlı kassa konsert verərək bu stadionda üç gecə üst-üstə bağlı kassa konsert verən ilk və tək qrup olaraq tarixə keçdi. Wembley konsertlərinin biletləri beş ay əvvəldən tükənmişdi və cəmi 216 min bilet satılmışdı. Qrupun karyerasının zirvə nöqtələrindən olan bu Wembley konsertləri filmə çəkildi və "Live From London" adı altında VHS və daha sonra DVD olaraq satışa təqdim edildi. "Live From London" o ilin ən yaxşı musiqi videoları kimi Qremmi mükafatına namizəd oldu. Bon Jovi, o il MTV Avropa Musiqi Mükafatlarında "Ən Yaxşı Rok Qrupu", BRIT Mükafatlarında isə "Ən Yaxşı Beynəlxalq Qrup" mükafatlarını qazandı. Qrupun 43 ölkədə 126 konsert verdiyi dünya turnesi 1996-cı ilin iyul ayında sona çatdı. Qrup turne əsnasında Hindistan, Cənubi Koreya, İndoneziya, Ekvador və Cənubi Afrika Respublikasında karyerasındakı ilk konsertlərini verdi.
Solo fəaliyyət (1997–2000)
These Days turnesindən sonra qrup fəaliyyətinə yenidən ara verdi. Amma qərar bu dəfə şüurlu şəkildə verildi, qrup üzvləri arasında hər hansısa bir xoşagəlməz əlaqədən qaynaqlanmırdı. Hər üzvün öz solo proyektlərinə ağırlıq verəcəyi üç illik bir dövr başladı. İlk solo albom, Con Bon Covidən gəldi. 17 iyun 1997-ci ildə Con Bon Covi, "Destination Anywhere" adlı ikinci solo albomunu yayımladı. Həmin il Con Bon Covi MTV Avropa Musiqi Mükafatlarında "Ən Yaxşı Kişi Sənətçi"; BRIT Mükafatlarında isə "Ən Yaxşı Beynəlxalq Kişi Sənətçi" mükafatlarını aldı. Con Bon Covi bütün bu musiqi işləri arasına kino proyektlərini də sıxışdırmağı bacardı və müxtəlif filmlərdə rol aldı.
1998-ci ildə Riçi Sambora da ikinci solo albomu "Undiscovered Soul"u yayımladı. Tico Torres isə musiqidən kənar hobbilərində ciddi bir mərhələyə keçir və incəsənət çevrəsində hörmətli bir rəssam/heykəltaraş olaraq da özünü göstərirdi. Devid Brayanın 1999-cu ildə evində baş verən bir mişar qəzası nəticəsində barmaqları az qala parçalanırdı. Bir il davam edən müalicə və reabilitasiyadan sonra barmaqlarını hərəkət etdirmə bacarığını geri qazandı və öz işinə davam etdi. Devid Brayan bu dövrdə Ed Tv filminin soundtrack işi olan qrupun "Real Life" mahnısının yazılımında və klipində yer ala bilməmişdir. Devid Brayan 2000-ci ildə, "Lunar Eclipse" adlı ikinci solo albomunu yayımladı.
Crush (2000–2001)
Qrup, beş il aradan sonra çıxacaq olan ilk albomları üçün 1999-cu ildə studiyaya girdi. 13 iyun 2000-ci ildə qrupun yeddinci studiya albomu "Crush" nümayiş olundu. Albomda yer alan "It 's My Life" mahnısı böyük marağa səbəb oldu. Bon Jovi karyerasının ən müvəffəqiyyətli sinqıllarından biri olan "It 's My Life", bir çox ölkədə siyahı birincisi olması ilə yanaşı Bon Jovinin illərlə davam edən karyerası boyunca meyllərin davamlı dəyişməsinə baxmayaraq musiqi dünyasındakı təməlinin simvolu oldu[25].
"It's My Life" ilə qrup VH1 Mükafatlarında ilin videosu mükafatını qazandı[26]. Qrupa "Ən Yaxşı Rok Albomu" və "Ən Yaxşı Rok Mahnısı" kimi qrupun karyerasının ilk Qremmi namizədliklərini gətirən Crush, yaxşı bir ticari müvəffəqiyyət əldə edib Bon Joviyə bu dövrdə gənc və yeni bir fanat ordusu qazandırdı. Bu fanat ordusu növbəti illərdə "Crush Generation" (Crush Nəsli) olaraq adlandırılmışdır.
Qrup albom sonrası geniş diametrli bir dünya turuna çıxdı. Londonun tarixi stadionu Wembley'de iki bağlı kassa konsert verdilər. Bu konsertlərin əhəmiyyəti Wembley Stadionunun sökülmədən əvvəlki son fəaliyyəti və konsertləri olması idi. Qrup turne zamanı İsveçrəninSürix şəhərində verdikləri konsert "The Crush Tour"[27] adı ilə DVD olaraq yayımlandı. 1985-dən bu yana verdiyi konsert qeydlərinin yığıldığı və qrupun karyerasının ilk və tək konsert albomu olan "One Wild Night Live 1985–2001", 2001-ci ilin may ayında yayımlandı. Dünya turu, Nyu CersidəGiants Stadionunda verilən iki konsertlə başa çatdı. VH1 bu konsertləri canlı olaraq yayımladı və o gecə ABŞ daxilində ən çox izlənilən ikinci proqram olaraq izlənilmə rekordları qırdı.
Bounce (2002–2003)
2001-ci ilin sentyabr ayında qrupun yeni albomları üçün çalışmaq üzrə studiyaya bağlandığı vaxtda, baş verən 11 sentyabr hadisələrindən sonra Con Bon Covi və Riçi Sambora daha çox 11 sentyabr faciəsini izah edən və mahnılar bəstələdilər. Əvvəlki albom Crusha görə daha sərt mahnıların yer aldığı qrupun səkkizinci studiya albomu "Bounce" 23 sentyabr 2002-ci ildə yayımlandı[28]. Nyu Meksikoda olduqca mənfi hava şərtlərində çəkilən video klipi ilə dünya siyahılarında yaxşı bir müvəffəqiyyət əldə edən və qrupa bir Qremmi namizədliyi daha qazandıran "Everyday"-in ardından qrup albomun satışının stimullaşdırılması üçün çıxdıqları olduqca müvəffəqiyyətli keçən böyük dünya turnesi əsnasında bir çox şəhərdə karyerasında ilk dəfə akustik konsertlər verdi. FiladelfiyadakıVeterans Stadionu sökülmədən əvvəlki verdikləri son konsert və London Hyde Parkda 92.000 adam qarşısında verdikləri tarixi konsert turnenin əhəmiyyətli anlarından idi.
Qrupun "Bounce" albomu üçün çıxdıqları turnenin sona çatmasından dərhal sonra 2003-cü ilin noyabr ayında qrupun köhnə hitlərinin akustik versiyalarının yer aldığı "This Left Feels Right"[29] nümayiş olundu. 2004-cü ilin noyabr ayında qrupun iyirminci ilin şərəfinə dörd CD və bir DVD-dən ibarət olan "100,000,000 Bon Jovi Fans Can't Be Wrong"[30] adında daha əvvəlki albomlarda istifadə olunmayan mahnılardan ibarət olan bir albom yayımlayan qrup, 2004-cü ildə Amerika Musiqi Mükafatlarında səhnə alıb "Həyat Boyu Ləyaqət"; 2005-ci ildə Dünya Musiqi Mükafatlarında da "Diamond Award"[31] (100 milyondan çox albom satanlara verilən bir mükafat) mükafatlarına layiq görüldü. 2005-ci ilin iyulunda siyasətçilərin diqqətini Afrikadakı acınacaqlı vəziyyətə çəkmək və böyük bir yardım toplamaq üçün təşkil edilən Live 8də səhnəyə çıxdılar.
Have a Nice Day və Lost Highway (2005–2008)
Qrupun doqquzuncu studiya albomu "Have a Nice Day" 19 sentyabr 2005-ci ildə nümayiş olundu. Albom ABŞ və Böyük Britaniya siyahılarına ikinci yer olduğu vaxt 15 ölkədə birinciliyi əlindən vermədi[32]. Albomdan nümayiş olunan ikinci single "Who Says You Can't Go Home", 2007-ci ildə "Peoples Choice Awards"da "İlin Rok Mahnısı"[33] seçildiyi zaman qrupa Qremmi mükafatlarında "Ən Yaxşı Country Əməkdaşlıq" mükafatlarını qazandırdı və qrupu Amerika Country musiqi tərzinin ən əhəmiyyətli mükafatları olan CMA Mükafatları və CMA Mükafatları səhnələrinə daşıyıb müxtəlif mükafatlar qazandırdı. noyabr 2005 — avqust 2006 arası davam edən iki milyon biletin satıldığı "Have a Nice Day Turnesi" cəmi 153 milyon dollar hasilat əldə edərək Rolling StonesinA Bigger Bang və MadonnanınConfessions Tour turnelərindən sonra 2006-cı ilin ən çox hasilat edən üçüncü turnesi olmağı bacardı.
Bon Jovi, 2006-cı il 14 noyabr tarixində daha əvvəl Beatles, Rolling Stones, U2, Madonna və Elvis Presli kimi əfsanə adların iştirak etdiyi UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və 7 iyul 2007-ci ildə Qlobal istiləşməyə qarşı mübarizədə dünya insanlarını maarifləndirmək, vəziyyətin ciddiliyini vurğulamaq məqsədiylə təşkil edilən Live Earthın Nyu-York[34] səhnəsində yer aldılar.
Bon Jovi, "Have a Nice Day" albomunda yer alan "Who Says You Can't Go Home" mahnısının country musiqi dünyasındakı müvəffəqiyyətindən sonra başdan sona Country interaktiv bir Bon Jovi albomu hazırlamağa qərar verdi. Con Bon Covi və Riçi Sambora Amerika country musiqi tərzinin ürəyi olan Naşvilə getdilər və bu tərz mahnılar bəstələdilər.
(You Want To) Make a Memorynin ilk single olaraq yayımlandığı, qrupun onuncu studiya albomu "Lost Highway" 19 iyun 2007-ci ildə nümayiş olundu. Qrup, "Lost Highway" albomu üçün turneyə çıxmağı planlaşdırmışdı lakin albomun müvəffəqiyyəti səbəbi ilə Have a Nice Day turnesinin üzərindən bir il keçmiş olmasına baxmayaraq yenidən turneyə çıxdılar. 2007-ci ilin noyabr ayı ilə 2008-ci ilin iyul ayı arasında reallaşan və qrupun 2,157,675 dinləyici ilə görüşdüyü Lost Highway turnesi 210.6 milyon dollarlıq qazancla 2008-ci ilin ən çox hasilat edən turnesi olmağı bacardı. Qrupun bu turne əsnasında konsert verdiyi Londonda yeni inşa edilən "O2 Arena"nın açılış konsertinin biletləri 30 dəqiqə içində satılıb qurtardı[35]. 2007-ci ilin Oktyabr və Noyabr ayları ərzində Nyu Cersi, Newark-da açılan "Prudential Center"da verdikləri on konsert 2007-ci ilin ən çox hasilat edən işi olduğu zaman ABŞ tarixinin də ən çox hasilat edən altıncı fəaliyyəti olmağı bacarmışdır[36].
Con Bon Covinin "Naşvildən ilhamlanan albom" kimi təsvir etdiyi albom ABŞ, Kanada, Avropa və Yaponiya siyahılarında ilk sıraya keçdi. Bon Jovi, albomdan olan "Till We Ain't Strangers Anymore" adlı üçüncü mahnını Lienn Rayms ilə birgə səsləndirdi və həmin mahnı CMT Musiqi Mükafatları tərəfindən 2008-ci ilin "Ən yaxşı əməkdaşlıq işi" mükafatına layiq görüldü[37][38]. Mahnı həm də Country Musiqi Akademiyası tərəfindən "İlin Vokalı" nominasıyası üzrə qalib oldu[39].
2007-ci ilin Oktyabrında qrup, Lost Highway turuna çıxdı. Nyu Cersidə başlayıb, Kanada, Yaponiya, Avstraliya, Yeni Zellandiya, ABŞ və Avropanı əhatə edən turne, 2008-ci ilin yayında başa çatdı. Rəsmi məlumaa görə 2007-ci il 14 noyabr tarixində başlayıb 2008-ci ilin 11 noyabr tarixində bitən turne, 2008 Billboard sıralamasına görə 210.6 milyon dollar bilet satışı ilə ilin ən çox hasilat edən turnesi oldu[40]. Ümumilikdə 2,157,675 bilet 2008-ci il ərzində satıldı.
The Circle & Greatest Hits (2009–2011)
Con Bon Covi və Riçi Sambora 2009-cu ilin İyun ayında mahnı sözlərini yazıçıları və bəstəkarların qürurlandırıldığı Songwriters Hall Of Fame tərəfindən mükafatlandırıldılar. Qrupun, 25-ci ilə ithafən hazırlanan "When We Were Beatiful" adlı sənədli filmi və 197 səhifəlik kitab ilə birlikdə country sınağı "Lost Highway" albomunun ardından qrupun rok-n-rolla qayıdış kimi xarakterizə etdikləri 11-ci studiya albomu "The Circle" noyabr ayı içərisində yayımlandı.
"The Circle" albomu üçün çıxdıqları 146 konsertlik dünya turnesi ilə qrup Keep The Faith və These Days turnelərindən bəri karyerasının ən geniş əhatəli dünya turnelərindən birini reallaşdırdı. Qrup turne əsnasında Nyu Cersidə yeni inşa edilən New Meadowlands stadionunun açılışını, verdiyi 4 konsertlə reallaşdırdığı zaman LondondaO2 Arenada 12 bağlı kassa konsert verdilər. 2010-cu ilin oktyabr ayında The Circle Tour: Live From New Jersey adı altında qrupun Nyu Cersi New Meadowlands Stadionunda verdiyi konsert ABŞ-də kinoteatrlarda nümayiş olundu[41]. The Circle turnesi 146.507.388 $ hasilat və cəmi 1.591.154 bilet satışı ilə 2010-cu ilin ən çox hasilat edən turnesi oldu və beləcə qrup 2008-ci ilin bir nömrəli turnesi Lost Highway turnesinin ardından üç il içində iki dəfə ilin ən böyük turnesini reallaşdıraraq, tarixdəki Rolling Stones və Gretaful Dead ilə bu müvəffəqiyyəti əldə edən üçüncü qrup olmağı bacardı.
İki CD-dən ibarət olan və qrupun karyerası boyu ən böyük hitlərlə yanaşı bu albom üçün yazılmış dörd yeni mahnının da yer aldığı "Greatest Hits" albomu 2010-cu ilin oktyabr ayında nümayiş olundu. Qrup Noyabr ayı içində MTV Avropa Musiqi Mükafatları tərəfindən "Global İkon" mükafatı ilə şərəfləndirildi. 2011-ci ilin sonunda Bilboardın "Top 25 Tour" sıralamasında Bon Jovi 190 milyon dollarlıq gəlir ilə ikinci yeri tutdu[42]. 2010-cu ildə Forbes jurnalı isə Con Bon Covini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi[43].
Bon Jovi, 2011 Avropa turu çərçivəsində 8 iyul 2011-ci ildə Türk Telekom Arenada reallaşan ilk böyük konsert zamanı 40 min dinləyiciyə unudulmaz bir konsert verdi. Qrup 2011 turnesi ilə 68 bağlı kassa konsert, 1,851,385 bilet satışı və 192,947,951 $ hasilat ilə 2011-ci ilin ən çox hasilat edən ikinci turnesinin sahibi olmağı bacardı[44]. Qrup 2010–2011 illərini əhatə edən bütün turne boyunca 146 konsert verdi və cəmi 3,705,757 bilet sataraq 375,138,461 $ hasilat əldə etdi.
Inside Out və What About Now (2012–2013)
2012-ci ildə qrup üzvləri əsasən solo layihələr üzərində sıxlaşdı. Blaze of Glorydən bəri ilk dəfə film musiqilərinə qayıdış oldu. Con Bon Covi, Al Paçinonun filmi olan Stand Up Guys[45] üçün 2 mahnı yazdı və səsləndirdi. Bu müddətdə Riçi Sambora, "Aftermath of the Lowdown" adlı üçüncü studiya albomunu hazırladı və yayımladı. 2012-ci ilin oktyabrında isə albom üçün qısa Avropa turnesinə çıxdı[46].
2012-ci ilin yanvarında Con Bon Covi növbəti albom üçün mahnılar yazdığını açıqladı. 2012-cilin avqustunda bir kosertdə, hazırlanan albomdan bir akustik mahnını səsləndirdi[47].
2012-ci ilin oktyabr ayında Con Bon Covi, 2013-cü il 26 mart tarixində yayımlanacaq olan, qrupun onikinci studiya albomu What About Now üçün 2013-cü ildə dünya turnesinə çıxacaqlarını açıqladı. Turne fevral ayında başlayacaq və Şimali Amerika, Avropa, Afrika, Uzaq Şərq, Avstraliya və Latın Amerikasını əhatə edəcək.
2012-ci il 27 noyabr tarixində Bon Jovi, Inside Out adlı yeni konsert albomunu yayımlandı. Albomda, qrupun O2 Arena, MetLife Stadium və Madison Square Garden[48] səhnələrindəki canlı performansları yer alırdı. Albom ilk olaraq ABŞ-nin kinoteatrlarında nümayiş olundu və sonra "iTunes"dan əldə olunması üçün lazımı proseslər həyata keçirildi.[48]
İlham qaynağı və Musiqi tərzi
Qrupun qurucusu və solisti Con Bon Covinin ən böyük iki idealı özü kimi Nyu Cersidən olan Brus Sprinqstin və Soutsayd Conni idi. Bunlarla yanaşı Bob Dylan, Frenk Sinatra, Elvis Presli, Beatles, Rolling Stones, The Animals, Aerosmith və Thin Lizzy: gəncliyində təsirləndiyi və musiqi inkişafının meydana gəlməsində rol oynayan müğənnilər və qruplardır.
Con Bon Covi, gənclik illərindəki musiqi təsirlənmələri ilə əlaqədar fikirlərini belə ifadə etmişdir;
"Heç bir zaman Led Zeppelin ya Kiss kimi olmaq istəmədim çünki onlar çox böyük idi. Azburi Park bizim arxa həyətimizə çox yaxın idi. Mənim də 13 və ya 14 yaşım vardı. Orada eşitdiyiniz, oradan çıxıb dünyanı təsir edən adamların musiqilərinin qarşısında səssiz qala bilməzdiniz. Bir vaxtlar Sietl nə idisə, o ovaxtlar Azburi Park oydu."
Azburi Park, Bryus Sprinqstinin "Greetings From The Asbury Park" albomuna və Soutsayd Conninin "Southside Johnny & The Asbury Jukes" qrupuna ilham qaynağı olmuş və daha bir çox adı ortaya çıxardan Nyu Cersidə əfsanəvi bir gecə klubudur.
Qrupda edilən bəstələrdə və mahnı sözü yazılışında Con Bon Covi ilə birlikdə ağırlığı ən çox olan Riçi Samboranın isə ən böyük idealı Erik Klaptondur. Erik Klapton, Led Zeppelin və Aerosmith mahnıları ilə gitara çalmağı öyrəndiyini ifadə edən Riçi Samboranın ən böyük ilham qaynaqları arasında Cimmi Peyc və Brayan Mey də yer almaqdadır.
Qrup üzvlərinin doğulub böyüdüyü və yaşadığı şəhər olan Nyu Cersi, işçi sinfinin yaşadığı bir sənaye şəhəri idi. Bon Jovinin mahnı sözlərində də eynilə Bryus Sprinqsteenin mahnı sözlərində olduğu kimi işçi sinfi ilə əlaqədar ya da hekayə ifadəli sözlərə rast gəlinirdi. İşsiz qaldığı üçün gitarasını satmaq məcburiyyətində qalan Tommy və onun üçün restoranda çalışan Ginanın həyatdan ümidini kəsməməsini izah edən "Livin On A Prayer" ilə yenə iki sevgilinin həyat mübarizəsini izah edən "Born To Be My Baby" və üç yoldaşın macəralarını izah edən "Blood On Blood" mahnılarının sözləri bu axımı əks etdirir.
Nyu Cersi, rok-n-roll ilə Hard-rok elementlərini birləşdirən, rok-n-roll, bluz, country və pop elementlərini bir yerdə saxlayan qrupun, musiqi tərzlərinin kateqoriyalaşdırılmasında xoşu gəlmədiyini ifadə edən Con Bon Covi "Biz yalnız rok-n-roll ifa edirik nə yazarsam yazım bu musiqiyə bağlıyam" deyərək cavab vermişdir.
Mükafatlar
1984 Kerrang Magazin Mükafatları – İlin Ən Yaxşı Yeni Qrupu
1987 MTV Video Musiqi Mükafatları – Ən Yaxşı Səhnə Performansı Videosu: "Livin 'on a Prayer"
1987 People's Choice Mükafatları – İlin Ən Yaxşı Rok Qrupu