Basketbol üzrə Avropa çempionatı 2017, FİBA Avropa tərəfindən təşkil olunan 40-cı Basketbol üzrə Avropa çempionatı. 31 avqust — 17 sentyabr aralığında baş tutacaq bu turnir 2017-ci ildən etibarən Basketbol üzrə Dünya çempionatına bənzər sistem ilə 4 ildən bir keçiriləcək.[1] Bu turnirin ev sahibi ölkələri Finlandiya, İsrail, Rumıniya və Türkiyədir.
Ev sahibi ölkənin 11–12 dekabr 2015-ci ildə seçiləcəyi barədə öncədən məlumat verilmişdi.[2] FİBA Avropa, 5 noyabr 2015-ci ildə yaydığı məlumatda namizədliyini irəli sürən ölkələrin Finlandiya, İsrail, Polşa, Rumıniya və Türkiyə olduğunu açıqlandı.[3] 12 dekabr 2015-ci ildə Polşa xaric digər namizəd ölkələr ilə birlikdə turnirin təşkil olunmasına qərar verildi. Hər ölkə bir qrupun oyunlarına ev sahibliyi edəcək, final turundakı oyunlar isə İstanbulda oynanılacaq.[4]
24 komanda hər biri 6 komandadan ibarət qruplarda mübarizə aparacaq, bu qruplarda ilk dörd yeri tutan komandalar 1/8 finalda tək oyunluq seriya ilə yollarına davam edəcək.[5]
Püşkatma 22 noyabr 2016-cı ildə Türkiyədə baş tutdu.[6][7]
AvroBasket 2015-də olduğu kimi, hər dörd ev sahibi ölkənin ticarət və marketinq meyarları üzrə tərəfdaş federasiya seçmək hüququna malikdir. Bu komandalar seçilmiş tərəfdaş ölkələr ilə eyni qrupda yerləşdirilir.
İspaniya Litva b Fransa Serbiya
Yunanıstan İtaliya Çexiya Latviya
Xorvatiya İsrail b Türkiyə d Finlandiya a
Rusiya d Sloveniya Macarıstan c Gürcüstan
Almaniya Belçika Polşa Monteneqro
İslandiya a Böyük Britaniya Ukrayna Rumıniya c
Qrup mərhələsinin oyunları müxtəlif ölkələrin müxtəlif arenalarında oynanılır. Hər dörd qrupda altı komanda mübarizə aparır, hər qrupun ən yaxşı nəticə göstərmiş dörd komandası növbəti mərhələyə vəsiqə qazanır. İlk oyun 31 Avqust və son oyun 7 Sentyabr tarixində baş tutması planlaşdırılıb.[12]
Arena: Helsinki, Finlandiya
Saat qurşağı: (UTC+03:00).
Arena: Təl Əviv, İsrail
Arena: Kluj, Rumıniya
Arena: İstanbul, Türkiyə
Bütün vaxtlar yerli vaxtla göstərilib. (Türkiyə saatı ilə).
Final cədvəli FİBA rəsmi veb səhifəsində:[13]