İsanın bakirədən doğulmasıXristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış[1] və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.[1]
Kanonik İncillərMatfey və Luka qeyd edirlər ki, Məryəmbakirə olub və İsaMüqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir.[2][3][4][5] Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir.
Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latıncamacula) yox, anadangəlmə günahıdır.[6]
Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir.[7][8] İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbərİslamdaİsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.[9]
İsanın Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi əksər hallarda Roman Katolik Kilsəsinə məxsus olan və İsanın Məryəm ana tərəfindən normal şəkildə dünyaya gətirildiyini, lakin bunun anadangəlmə günahdan qaynaqlandığını ehtiva edən[10]Ləkəsizlik Anlayışı ilə qarışdırılır. Halbuki İsanın bakirədən doğulması İsanın doğulması ilə əlaqləli olduğu halda, Ləkəsizlik Anlayışında bu Məryəmin doğulması ilə bağlanılır. Bu Roman Katolik kilsəsinə məxsus Ləkəsizlik anlayışında bu cür göstərilir: “Müqəddəslərin müqəddəsi Bakirə Məryəm, hər şeyə qadir, tək və böyük Allah tərəfindən yaradılarkən, ona insanlığın Xilaskarı olan İisus Xristosu dünyaya gətirmək fəziləti bəxş edilmiş və bunun sayəsində o, ömrünün sonuna kimi, bütün günahlardan kənar və ləkəsiz qalmışdı.”[11]
İsanın bakirədən doğulması anlayışı eyni zamanda, bir çox xüsusiyyətlərinə görə Məryəmin daimi bakirəliyi əsasında bakirədən doğulma anlayışını izah edən digər doktrinalardan da fərqlidir.[12][13]
Əhdi Cədid
Erkən xristian qaynaqlarında İsa haqqında olan məlumatlar əsasən onun doğulması və ölümünü əhatə etsə də, erkən kilsə qurumları onun həyatının xronologiyasını bərpa etməyə diqqət yetirmişlər.[14][15][16] Erkən xristinlar arasında inanc baxımından heç bir fərq yox idi və İsanın doğulması haqqında İncillərdə olan fərqli məqamların sonradan əlavələr nəticəsində meydana gəlməsi ehtimal edilir. Lakin İsanın doğulması hadisəsinin Luka və Matfeydə verilmiş təsvirlərinin müqayisəsi bakirədən doğulma, Betleyemdə doğuş, Nazaretdə keçən uşaqlıq kimi müxtəlif məqamların xeyli ümumi cəhətlərlə təsvir edildiyini ortaya çıxarmışdır.[15][17]
İncillər
İsanın doğulması haqqında məlumat dörd kanonik incildən yalnız ikisində Luka və Matfeyin incillərində vardır. Lukanın təsvir etdiyi hadisənin mərkəzində Məryəm dayansa da, Matfeyin təsvir etdiyi hadisənin mərkəzində Cozef dayanır və hər iki incil İsanın insan atası olmadan dünyaya gəldiyini bildirir.[18][19][20]
Nə Luka, nə də ki, Matfey təsvir etdikləri doğum hadisəsinin Məryəm və ya Cozef tərəfindən nəql edildiyini iddia etmirlər.[21]Ceyms Hastinqs və Tomas Nyufeld qeyd edirlər ki, İsanın doğulması hadisəsi qəsdən dolaşıq şəkildə təsvir edilərək, əsl həqiqət kiçik erkən xristian toplumları arasında gizlədilmiş və uzun illərdən bəri sirr kimi qorunmaqdadır.[22][23] Ronald Braunriq isə qeyd edir ki, ola bilsin ki, Luka təsvir etdiyi hadisəni Məryəmin, Matfey isə Cozefin vasitəsiylə əldə etmişdir.[24]
Matfey
Matfeyin İnciliİbrahim peyğəmbərdənİosifə qədər olan nəsil şəcərəsinin izlənməsi ilə başlayır, lakin bundan sonra Matfey İosefi “Məsih adlandırılan İsanı doğmuş Məryəmin əri” adlandırır. [1:16] Mətnin original yunan dilində olan versiyasında işlədilən "ἐξ ἧς" (tək qadın anlamlı ifadə) ifadə, göstərir ki, burada İsanın İosif və Məryəmin övladı olması yox, sırf Məryəmin İsanı dünyaya gətirməsi və ya Cozefin İsanı dünyaya gətirmiş qadınla evlənməsi nəzərdə tutulmuşdur.[1:16] Lakin elə oradaca qeyd edilir ki, Məryəm hamilə olduğunu öyrəndiyi zaman İosifdən ayrıldı [1:18] və İsanı dünyaya gətirdikdən sonra da bir daha heç kimlə evlilik münasibətində olmadı. [1:25]
Matfey daha sonra qeyd edir: Kəhanəti yerinə yetirəcək Peyğəmbərin dünyaya gəlməsi üçün “bu onun bətnində Müqəddəs Ruh tərəfindən yerləşdirilmişdi”[1:20] : “Bakirə uşaq dünyaya gətirməli və həmin uşağı böyütməli idi", onu “Tanrı bizimlədir” anlamına gələn adla – İmmanuel adlandırmalı idilər.” [Mt. 1:22-23] Tədqiqatçılar “peyğəmbər” sözünün Yesayaya Yeşaya 7:14 işarə etdiyini bildirirlər. Bəzi V – VI əsr əlyazmalarında bu ifadə elə məhz “Peyğəmbər Yeşaya” şəklində işlədilmişdir.[25]
Yəhudi dilində xüsusi söz “almah” sözü vardır ki, “qız”, “gənc xanım” və “bakirə” anlamında işlədilir. Matfey 1:22 qeyd edəndə ki, “Bakirə uşaq dünyaya gətirməli idi” o, yunan sözü olan “parthenos” sözünü bakirə anlamında istifadə etmişdir ki, bu da Septuaginta tərcümədə meydana çıxmış və Masoretik tərcümədə yəhudi dilində olan “almah” ifadəsi istifadə edilmişdir.[26] Bu yunan tərcüməsində original yəhudi dilində olan mətn tərcümə edilərkən “gənc qadın” anlamında da işlədilən söz yunan dilinə sırf "bakirə" anlamı daşıyan “parthenos” sözü kimi tərcümə edilmişdir.[27] Reymond Braun qeyd edir ki, ola bilsin ki, yunan dilinə Septuaginta tərcümənin müəllifi yəhudi dilindəki ”almah” sözünün bu mətndə bakirə anlamında istifadə edildiyini zənn etmişdir.[26]
Luka
İsanın doğulması mövzusu Lukanın İncilinin əsas mövzularından biri olmaqla, kitabın mətnin 10% - ə qədərini təşkil edir və bu mətn Matfeyin İncilində İsanın doğulmasını təsvir edən mətndən 3 dəfə uzundur.[28]Lukanın 1:30-35 İncilində Məryəm bakirə olduğu halda necə hamilə qalmasını və uşaq dünyaya gətirməsini danışır və bunu Tanrının qüdrəti ilə bağlayır. Lukanın 3:23-38 İncilində Matfeyin verdiyi şəcərədən fərqli olan nəsil şəcərəsi də verilmişdir. Lukanın yoxsa Matfeyin verdiyi şəcərənin doğru olması məsələsində tədqiqatçılar müxtəlif fikirlər səsləndirmişlər.[29]
Pavelin məktubları dövrümüzə çatmış ən qədim xristian mətnlərindən biridir. Həmin mətnlərdə də İsanın doğulması hadisəsi təsvir edilmiş və burada da İsanın bakirə ana tərəfindən dünyaya gətirildiyi qeyd edilmişdir. Bu əlyazmada qəribə müqayisə aparılaraq İsanın doğulması Adəmin Şeytana məğlub olması ilə müqayisə edilir və İsa “yaradılmışların ilk doğulmuşu” adlandırılaraq İkinci Adəmin olduğu qeyd edilir.[5][31][32][33]
Bəzi tədqiqatçılar[34] Pavelin bakirəlik məsələsinin üstündən susqunluqla keçməsini İsanın bakirdən doğulması haqqında mənbələrin olmaması ilə əsaslandırsalar da, Reymond Braun kimi bir qrup tədqiqatçılar da Pavelin məktublarının əsasən rahiblik məsələlərinə həsr olunduğu və bu səbəbdən də İsanın həyatı haqqında məlumatlara səthi yanaşıldığını qeyd edirlər.
Reymond E. Braun qeyd edir ki, göstərilən iddiaların heç birinə əsaslanaraq Pavelin bakirəlik məsələsində nəsə bilib – bilməməsi haqqında fikir yürütmək mümkün deyil.[35] Braun yazır ki, Pavelin İsanın bakirədən doğulması məsələsi üzərində çox dayanmamasının nəyəsə işarə olub – olmadığı haqqında fikir bildirmək çox çətindir.[35] Braun qeyd edir ki, hətta Pavelin bakirəlik məsələsi ilə bağlı susması onun İsanın bakirədən doğulması məsələsini rədd etdiyi anlamına gəlsə belə, bu İsanın bakirə qadın tərəfindən dünyaya gətirilməsi məsələsinin doğru və ya yanlış olmasını sübut etmir və Matfey və Lukanın istifadə etdiyi mənbələrdən təxminən 30 – 60 il sonrakı dövr ərzində müxtəlif dini ənənələr də bu məsələni qarışdıra bilərdi.[36] Başqa tədqiqatçılar isə bakirəlik məsələsində Pavelin məktublarının önəmli mənbə olmadığını, bu mətnlərin xronoloji baxımdan qarışıq olduğunu və mənbədə İsanın həyatına dair çox səthi məlumat verildiyini, hətta Sonuncu şam yeməyi hadisəsinə yalnız Korinf probleminin izahı üçün toxunulduğunu qeyd edirlər.[37]
Pavelin məktublarında İncilin Qalatiyalılar 4:4 hissəsinə tez – tez istinad edilir və həmin parça adətən belə tərcümə olunur: “artıq zamanı yetişəndə Tanrı qadından, qanunsuz şəkildə doğulmuş, öz oğlunu göndərdi”. (burada istifadə edilmiş “doğulmuş” ifadəsi əslində əmələ gəlmiş kimi anlaşılmalıdır.) Bəziləri Pavelin bakirəlik məsələsindəki susqunluğunu onun bu haqqda az bilgiyə malik olması ilə izah etsələr də, bəziləri də onun istinad etdiyi “qadından, qanunsuz şəkildə doğulmuş” ifadəsinin İsanın insan atası olmadan doğulduğu anlamına gəldiyini vurğulayırlar.[38][39] Məktubların əvvəlində İncilin Romalılar hissəsindən (Romalılar 1:1-4) aşağıdakı misralara istinad edilir: “Onun oğluna gəldikdə Davidin soyundan olan (Davidin nəslinin törəməsi olan) bu şəxs Tanrının oğlu olduğunu elan etdi, doğumundan ölümünə kimi Müqəddəs ruh tərəfindən gücləndirildiyini və İsa Məsihin bizim ağamız olduğunu bildirdi.” Bəzi tədqiqatçılar burada işlədilmiş “Davidin soyundan olan” ifadəsinin Cozefin Davidin nəslindən olması və beləliklə İsanın fiziki atasının Cozef olması kimi əsaslandırıb, bu yolla da İsanın bakirə qadın tərəfindən doğulması məsələsini rədd etsələr də, bəzi tədqiqatçılar da Məryəmin Davidin nəslindən olduğunu və yuxarıdakı istinadda məhz buna işarə edildiyini bildirirlər.[40][41][42][43]
Digər tərəfdən, İncil, Qalatiyalılar 4:4 - də olduğu kimi, Pavel da İsanın doğulmasından bəhs edərkən sırf “doğulmaq” (γεννητός, gennetos - doğulmaq sözünü Matthew 11:11Vəftizçi İohannın doğulmasından bəhs edərkən “qadından doğulmuş” şəklində işlədir.) sözündən istifadə etmir və onun istifadə etdiyi γενόμενος, genomenos sözü yunan dilindən hərfi tərcümədə “olmaq”, “əmələ gəlmək”[44][45] anlamını verir. Bu fakta istinad edərək, bəzi tədqiqatçılar əvvəldən mövcud olmuş Tanrının Oğlunun insanlar arasına gətirilməsindən bəhs edildiyinə diqqət yönləndirirlər.[46][47]
Məktublarda, Romalılar 8:3-4 - ə istinadla yazılmış Tanrı öz oğlunu “günahkar kimi” göndərdi ifadəsinin isə İsanın sadəcə olaraq digər insanlardan fərqli şəkildə dünyaya gəlməsi anlamı daşıdığı ehtimal edilir və bu ehtimal Paulun başqa bir istinadındakı Məsih“bilirdi ki, heç bir günahı yoxdur” ifadəsi ilə dəstəklənir. [2 Cor 5:21] Bir qrup tədqiqatçı isə Pavelin istifadə etdiyi “bilirdi ki, heç bir günahı yoxdur” ifadəsinin onun bakirədən doğulmasına işarə olduğunu iddia edir. Paulun insanlara “özlərini miflərə inandırmamağa və müxtəlif insanlar tərəfindən ortaya atılmış qarışıq nəsil şəcərələrinə aldanmamağa” çağırışı əks etdirən 1Timofi 1:4 qeydlərinə əsasən onun bakirədən doğulma məsələsi və müxtəlif mənbələrdə əks olunmuş nəsil şəcərələrinə qarşı neqativ münasibətdə olduğu güman edilir.[48]
Əhdi Ətiq
İsaak
Möcüzəvi və gözlənilməz doğumla bağlı hadisələrə İncilin müxtəlif hissələrində fərqli obrazların iştirakı ilə dəfələrlə rast gəlinir. Bibliyanın ilk kitabı olan GenezisdəSaranın verimsizlik dövründə - 90 yaşında İsaakı dünyaya gətirildiyi göstərilir. Genezisdə, eləcə də Bibliyanın digər kitablarında bir çox qadın obrazların məhz qoca vaxtinda – verimsizlik dövründə uşaq dünyaya gətirməsindən bəhs edilir. Təxminən eyni qəlibdə olan bu hadisələrin hamısında möcüzəvi şəkildə dünyaya gəlmiş övladların xalqa rəhbərlik edərək onu xilas etməsi gözlənilir.[49] Bəzi teoloqlar bu faktı yəhudi teologiyasını kralların mükəmməl qanunlarından ayıran incəlik kimi nəzərdə keçirirlər.[50]
Yesaya
Matfey İsanın doğulması haqqında, yunan dilində Yesaya 7:14-16Septuaginta mətnə istinadən məlumat verir və bu zaman yunana dilində "παρθένος" (parthenos, bakirə) sözünü istifadə edir, halbuki orijinal yəhudi dilində olan mətndə "עלמה" (almah – olmaq, əmələ gəlmək) sözü işlənmişdi və bu söz Bibiliyada eyni zamanda evlənməmiş, nişanlı anlamında da işlənir, necə ki deyilir Ahaz Zaxariyanın qızı Abiya ilə nişanlandı.
“Bu səbəbdən də Ağa özü sənə işarə verir; diqqətlə fikir ver, bakirə uşaq yetişdirməli, onu dünyaya gətirməli və İmmanuel adlandırmalıdır. O yağ və bal yeməli, eyni zamanda şəri və onun gətirdiyi günahı rədd edərək yaxşılığı seçməlidir. Uşaq şəri rədd edib yaxşılığın tərəfində durana kimi bütün ölkə hər iki krala nifrət edəcəkdir.”[51]
Bu istinadın izahlarından biri belədir ki, əsl kəhanət eramızdan əvvəl 734 – cü ildə olmuş və tezliklə doğulacağından bəhs edilən uşaq o zamankı Suriyanın ərazisi hesab edilən Rezini (müasir İsrail ərazisindədir) fəth etməli idi. Bu kəhanət iki il gec - e.ə. 732 – ci ildə Assuriya kralı III Tiqlatpalasarın Suriyaya hücumundan sonra tamamlandı. Haqqında bəhs olunan bu uşaq daha sonra VIII fəsildə peyda olur və qeyd edir ki, onun gəlməsindən əvvəl Pekanın idarə etdiyi Samariya krallığı və Şimali İsrail məhv olacaq. Bu hadisə də e.ə. 722 – ci ildə Assuriyanın əli ilə gerçəkləşir.[52]
Yesaya 8:8 – də İmmanuelin yenidən yanısılması 7:14 – də daha da aydınlaşır və məsihlik mövzusuna gedən yolun hamarlanması məqsədi güddüyü ortaya çıxır. Septuagintanın tərcüməçiləri isə buna, qeyri adi doğulmadan daha çox diqqət ayıraraq İsanın doğulmasını yunan dilində “parthenos”, yəhudi dilində “almah” sözləri ilə ifadə etmişlər.[53]
Quran
Quranda xüsusi olaraq qeyd edilməsə də, müsəlmanlar, Allahınİsa və Məryəmi Şeytandan qoruyan xüsusi pərdə yaratmasına görə, onların doğuş zamanı Şeytan əli dəyməmiş yeganə insanlar olduğuna inanırlar.[54]
Quranda İsanın Bakirə Məryəm tərəfindən doğulduğu qeyd edilir. Məryəmin müjdələnməsi və İsanın doğulması Quranın III və XIX surələrində ətraflı şəkildə təsvir edilir və göstərilir ki, Allah öz mələyini göndərərək bildirdi ki, o, bakirə olmasına baxmayaraq hamilədir və oğlan uşağı dünyaya gətirəcək.[7]
Quranın XIX surəsinin [Quran 19:1] təsvirləri Lukanın İncili ilə uyğunluq təşkil edir.[55] Hər iki kitabda Məryəm müjdələnərkən bildirilir ki, o, Allahın oğlunu dünyaya gətirmək üçün seçilmişdir. Eyni zamanda xəbəri çatdıran və Cəbrayıl olduğuna inanılan mələyin hər iki kitabda insan şəklində zühur etdiyi bildirilir.[56][57] Quranda qeyd edilir ki, Məryəmə oğlan uşağı dünyaya gətirəcəyi söylənildikdə, o, günahsız və pak olduğu halda bunun necə baş verəcəyini soruşur və cavabında Allahın istədiyi hər şeyi etməyə qadir olduğunu və bu işlərin onunçün çox asan olduğunu eşidir.[56] Eyni zamanda, Quranda qeyd edilir ki (21:91 və 66:12), Allah öz “Müqəddəs Ruh”unu bakirə Məryəmin bətninə daxil etdi.[56][57]
Tənqidi analiz
Tarixilik
Bəzi tədqiqatçılar[58][59][60][61][62] bakirə Məryəmin doğması məsələsini araşdırarkən, detalları hər nə qədər fərqli olsa da, bunun iki fərqli İncildə xüsusi olaraq qeyd edilməsini önə çəkirlər.[63] Bu baxışa görə, İsanın bakirə Məryəm tərəfindən doğulmasını təsdiq edən bir çox sübutlar var.
Luka və Matfey müxtəlif ənənələrin təqdim etdiyi fərqli mənbələrə istinad etmişlər. Fərqli mənbələrə istinad etmələri Luka və Matfeyin İsanın doğumu haqqında məlumatlarında fərqliliklərin yaranmasına gətirib çıxarmışdır ki, bu da tədqiqatçıların diqqətini cəlb etmişdir.[64][65] Matfeyə görə adsız bir mələk bakirə Məryəmin uşaq dünyaya gətirəcəyini Cozefə xəbər verir, Lukaya görə isə Cəbrayıl Məryəmə bakirə olduğu halda uşaq dünyaya gətirəcəyini xəbər verir. Lakin iki fərqli təsvir olmasına baxmayaraq, həm Matfey, həm də Luka İsanın məhz bakirə Məryəm tərəfindən doğulmasını qeyd edir.[66][67][68] Onların təsvirlərinin iki əsas qayəsi belədir:
Bakirənin doğması tarixi hadisədir və bu hadisənin müxtəlif aspektlərini işıqlandıran Matfey və Lukanın İncilləri onun tarixiliyini təsdiq edir.
Həm Matfey, həm də Luka İsanı qədim yəhudi yazılarında bəhs edilən kəhanətin tamamlayıcısı kimi təqdim etməyə çalışırlar. Onlar hər ikisi, bakirədən doğulma və Betlehemin kəhanətin əsas elementlərindən olduğunu bilirdilər və buna görə də təsvirlərində bu iki elementə xüsusi diqqət yetirirlər. Lakin hər iki müəllif bu hadisələri müxtəlif mənbələrə istinad edərək, fərqli yolla təsvir edirlər. Məsələn, hər iki müəllif Betlehemdə doğulmuş İsanın sonradan necə Nazaretli kimi tanınması məsələsinə toxunur, lakin bunu fərqli şəkildə izah edirlər.
İsanın bakirə Məryəm tərəfindən doğulması haqqında digər bir mövqe isə Stefan L. Harrisə[69] məxsusdur. Onun fikrincə, İsanın bakirədən doğulması məsələsi, hər iki müəllif tərəfindən, yəhudilərin İsanın qeyri-qanuni doğulmuş övlad olması iddiasına cavab olaraq II əsrdə yazılmışdır. Amma Matfey və Lukanın nəyə görə yəhudilərin iddiasına xeyli zaman sonra cavab verməsi məsələsi açıq qalır.[70]Helmut Köster isə İsanın bakirədən doğulması hadisəsinin köklərinin Ellinist mifologiyaya dayandığını iddia edir.[71]
Psilantropizm
Psilantropistlər İsanın bakirə tərəfindən dünyaya gətirilməsi fikrinə qarşı çıxır və onun “sadəcə insan” olduğunu iddia edirlər.[72]Psilantropizm İsanın Məsih olduğunu qəbul edib, Həvari Pavelin həvariliyini rədd edən Ebionitlər kimi ilkin yəhudi xristian qrupları arasında da mövcud olmuşdur.[73][74] Lakin IV əsrdə çağırılmış Nikena kilsə məclisi İsanın “sadəcə insan” olması fikrini rədd etmişdir.[75]
II əsrdə antixristian, paqan yunan filosofu Çels İsanın atasının Pantera adlı Roma döyüşçüsü olduğunu yazırdı. Selsusun bu mövqeyi Origenin diqqətini cəlb etmiş və o, bunu uydurulmuş hekayə adlandırmışdır.[76][77]Reymond E. Braun isə qeyd edir ki, Pantera ilə bağlı əhvalat çox az tarixi əhəmiyyət daşıyan, İsanın doğumuna xəyalpərəst yanaşmalardan biridir.[78]
Orta əsrlərdə yəhudi – xristian qarşıdurması zamanı, yəhudilər tərəfindən İncillərin parodiyası olan Toledot Yeşu adlı kitab yazılmışdır.[79] Həmin kitabda da İsanın atasının Pantera və ya Pandera adlı kişi olması göstərilir və İuda İskariot qəhrəman kimi təsvir edilir.[80][81][82] Kitabda İsanın Panteranın qeyri-qanuni doğulmuş övladı olduğu göstərilir, o kafir adlandırılır və davamçılarının fəaliyyəti pislənir.[80][82]Robert E. Van Vurst qeyd edir ki, Toledot Yeşunun ədəbi üslubu onun IV əsrdən əvvəl yazılması fikrini rədd edir və IV əsrdə yazılmıış İsanın doğulması haqqında bu cür iddia etibarsız hesab edilə bilər.[83]
Analogiyaları
I – II əsrlərdə xristianlarla digər qruplar arasında münaqişələr zamanı, yəhudilər və paqan dinlərə inananlar qeyd edirdilər ki, İsanın bakirədən doğulması haqqında xristian inancı paqan mənşəlidir.[84][85]Yustin Martir kimi ilkin xristianlar isə, İsanın bakirədən doğulması hadisəsinin paqanizmlə hər hansı əlaqəsinin olması fikrini rədd edirdilər.[86] II əsrdə Yustin öz qrqumentlərini “Yustinin ilk üzrü” və “Trifo ilə dialoq” əsərlərində təqdim etmişdi.[86] Yustin öz mövqeyni ətraflı şəkildə şərh edərək bildirir ki, ümumiyyətlə “bakirə” sözü paqan mənbələrində istifadə edilmir.[87] O, eyni zamanda Trifo adlı yəhudi ilə debatlarında Əhdi-Ətiq mövzularına tez-tez müraciət edir.[84]
Mitraizmin davamçıları bildirirlər ki, Mitra, Ana Dünya və Ahuramazdanın birləşməsindən doğulmuşdur və həm Xristianlıq, həm də Çin mifologiyası bu hadisədən təsirlənmişdir.[88] Xristian müəlliflər isə Xristianlığın Mitraizmdən təsirlənməsi fikrinin heç bir tarixi əsası olmadığını bildirirlər.[89]
Erkən xristian sənədlərindən olan və II əsrə aid edilən “Yesayanın yüksəlməsi”ndə də İsanın bakirədən doğulması haqqında qeydlər vardır.[90] Lakin həmin sənədin tarixi və mənşəyi məsələsi mübahisəli olduğundan tədqiqatçılar sənəd müəllifinin öz fikirlərini Yesaya adının arxasında gizlətdiyini düşünürlər.[91]
Partenogenezə əsasən İsanın bakirədən doğulmasının mümkün bioloji müxanizmi təklif edilmişdir.[92] Lakin bu nəzəriyyə elmdə ciddi dəstək tapmamışdır.[93][94]
Xristian bayram və mərasimlərində
Xristianlar İsa bayramını 25 mart, İsanın doğumunu (Milad) 25 dekabr və Epifani gününü 6 yanvar tarixlərində qeyd edirlər. Müxtəlif ənənələri özündə birləşdirən və İsanın doğumunun İncillərdəki təsvirlərinə aid elementlərlə zəngin müasir Milad bayramı isə XIII əsrdən – Fransiskanların dövründən qeyd edilməkdədir.[95][96][97]
Sonradan Milada çevrilmiş Doğuluş festivalı IV əsrdən Katolik kilsəsi tərəfindən əsasən Romada və Şimali Afrikada qeyd edilməkdə idi, lakin onun ilk dəfə harda və nə zaman keçirilməsi dəqiq bilinmir.[98] İsanın miladının nəyə görə məhz 25 dekabr tarixində qeyd edilməsi məsələsi də müzakirə mövzusudur. Bir nəzəriyyəyə görə həmin tarix. Xristianlıqdan əvvəl “Natalis Solis Invicti” (Məğlubedilməz Günəşin doğum günü) kimi qeyd edilmişdir. Digər bir nəzəriyyəyə görə isə Miladın tarixi İsanın bakirədən doğulması nəzəriyyəsinə Müjdələnmə hadisəsinə əsaslanır.[99]
Bununla belə, İsanın doğumunun yəhudi təqviminin 14 Nisan (25 mart və ya 6 aprel) tarixində baş verdiyi[100] və beləliklə qeyd edilən tarixdən 9 ay gec olduğu haqqında da fikirlər vardır.[99] Səhvən Yohannes Xrisostomosa aid edilən traktatda isə İsanın ilin eyni günündə - 25 martda doğulduğu və çarmıxa çəkildiyi bildirilir. Bu tarixdən eyni zamanda Hippolu Müqəddəs Auqustin də bəhs etmişdir.[99]
Şərq Pravoslav Kilsəsi Məryəmi bildirən anlayış kimi “Həmişə bakirə Məryəm” ifadəsini işlətməkdə və Şərq kilsə liturgiyasının mühüm hissəsini təşkil etməkdədir.[101]
Mədəniyyətdə
Rəssamlıqda
İsanın bakirə Məryəm tərəfindən doğulması xristian incəsənətində tez-tez müraciət olunan mövzulardan biridir. Dini mövzulu rəsm əsərlərində daha çox MəryəmCəbrayılla, İsanın doğulması, Məryəmin Tanrının oğlunu dünyaya gətirəcəyi ilə bağlı müjdələnməsi səhnələri təsvir olunmuşdur.
Müjdələnmə Avropa incəsənətində ən çox müraciət edilmiş səhnələrdən biridir.[102] Müjdələnmə eyni zamanda Avropa incəsənətində Cəbrayılın ən çox təsvir edildiyi səhnədir.[103] Bəzi doğulma səhnələrində Cozefin geri dönməsinin təsvir edilməsi onun, Müqəddəs Ruha atalıq etməsini sərgiləməkdədir.[104]
↑Diarmaid MacCulloch, A History of Christianity, 2009 (Penguin 2010, p. 81). ISBN 978-0-14-102189-8
↑The people's New Testament commentary by M. Eugene Boring, Fred B. Craddock 2004 ISBN 0-664-22754-6 page 177
↑John Gresham Machen Virgin Birth of Christ 1987 Page 218 "We shall still be able to say that the difference between the two genealogies, taken broadly, is due to the fact that for the most part — perhaps even in every link except one — the Lucan genealogy traces the actual physical ancestors."
↑An Introduction to the Bible by Robert Kugler, Patrick Hartin ISBN 0-8028-4636-X page 394
↑The International Standard Bible Encyclopedia by Geoffrey W. Bromiley 1988 ISBN 0-8028-3785-9 page
↑An introductory dictionary of theology and religious studies by Orlando O. Espín, James B. Nickoloff 2007 ISBN 0-8146-5856-3 page 238
↑Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 page 712
↑Weatherhead, L.D. The Christian Agnostic. England: Hodder and Stoughton. 1965. 59–63. 2016-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
↑Brown, The Virginal Conception and Bodily Resurrection of Jesus, p. 61
↑Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 262
↑John P. Meier. A Marginal Jew: Rethinking the Historical Jesus: The Roots of the Problem and the Person, Vol. 1, Anchor Bible. 1991. p. 226
↑"A Re-Study of the Virgin Birth of Christ" in Evangelical Quarterly 37, published as a Supplement to the Columbia Theological Seminary Bulletin 1966, pp. 1-14]
↑Stevens, George Barker, The Theology of the New Testament, T&T Clark, 1899, səh. 391
↑Brunner, Emil; Wyon, Olive, The Mediator: A Study of the Central Doctrine of the Christian Faith, Lutterworth Press, 2003, səh. 361, ISBN0-7188-9049-3
↑Adamson, Joseph J., What Is the World Coming To?: A Candid Look at Past, Present and Future Through the Lens of Real Prophecy and Common Sense, iUniverse.com, 2004, səh. 6, ISBN0-595-31998-X
↑Sullivan, Clayton, Rescuing Jesus from the Christians, Trinity Press International, 2002, səh. 40, ISBNB001S308LY
↑Mark G. Brett, 'Nationalism and the Hebrew Bible'Arxivləşdirilib 2014-09-17 at the Wayback Machine, in John William Rogerson and others (eds), The Bible in Ethics: The Second Sheffield Colloquium, (Sheffield: Continuum International Publishing Group, 1995), p. 137.
↑Michael J. Cook Jewish Perspectives on Jesus Chapter 14 in the "The Blackwell Companion to Jesus" edited by Delbert Burkett 2011 ISBN ISBN 978-1-4443-2794-6
↑ 12Studying the historical Jesus: evaluations of the state of current research by Bruce Chilton, Craig A. Evans 1998 ISBN 90-04-11142-5 page 450
↑ 12William Horbury, The Depiction of Judeo-Christians in the Toledot Yeshu in "The image of the Judaeo-Christians in ancient Jewish and Christian literature" edited by Doris Lambers-Petry 2003 ISBN 3-16-148094-5 pages 280-285
↑Van Voorst, Robert E (2000). Jesus Outside the New Testament: An Introduction to the Ancient Evidence WmB Eerdmans Publishing. ISBN 0-8028-4368-9 pp. 122 and 127
↑ 12Roman world, 44 B.C.-A.D. 180 by Martin Goodman, Jane Sherwood 1997 ISBN 0-415-04969-5 page 326
↑A Dictionary of Christ and the Gospels: Volume I by James Hastings 2004 ISBN 1-4102-1786-8 page 784
↑ 12The International Standard Bible Encyclopedia by Geoffrey W. Bromiley 1995 ISBN 0-8028-3785-9 page 271
↑Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 335