Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq Hüseynov və Kübra Dadaşova ifa edirlər.
Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar. Sitəmxanım belə vəziyyətə sevinsə də, Qürbəti bu haram mal narahat etməyə başlayır. Və nəticədə bu haram mal Qürbətin ailəsini dağılma təhlükəsinə gətirib çıxarır.
Rejissor: Məhərrəm Bədirzadə Operator: İsa Kazımov Rəssam: Rəfael Əlizadə Bəstəkar: Elza Seyidcahan
Naibə Allahverdiyeva — Sitəmxanım Valeh Kərimov — Qürbət Yasin Qarayev — Muradov Gülşən Qurbanova — Mahnur Məsmə Aslanqızı — Qürbətin iş yoldaşı Tofiq Hüseynov — qonşu Kübra Dadaşova — Məsmə
Azərbaycan filmlərinin siyahısı 2000-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı