Tofiq Hüseynov (aktyor)

Tofiq Hüseynov
Tofiq Əbdülrəhim oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2009

Tofiq Əbdülrəhim oğlu Hüseynov (24 iyun 1949, Bakı5 iyul 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2009).

Həyatı

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T. Mütəlibbovun "Cücələrim"ində Tülkü, N. Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J. Anuyun "Medeya"sında Şah Kreon, O. Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və başqa obrazları buna misaldır.

T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir.

Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat etmişdir.

Mükafatları

10 may 2019-cu ildə[1] və 7 may 2020-ci ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

  • Komisyonçu ("Kəllə", Nazim Hikmət)
  • Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov)
  • Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə)
  • Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Laz ("Qanlı Nigar", Sadıq Şəndil)
  • Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)

Filmoqrafiya

İstinadlar

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!