Bəxtiyar (film, 1955)

Bəxtiyar
rus. Бахтияр
Fayl:Bəxtiyar (film, 1955).jpg
Janr dram
komediya
musiqili
məhəbbət
Rejissor Lətif Səfərov
Ssenari müəllifləri Boris Laskin
Nikolay Rojkov
Baş rollarda Rəşid Behbudov
Tamara Çernova
Faiq Mustafayev
Ağasadıq Gəraybəyli
Operator Arif Nərimanbəyov
Bəstəkar Tofiq Quliyev
Rəssamlar Cəbrayıl Əzimov
Elbəy Rzaquliyev
İstehsalçı Bakı kinostudiyası[1]
İlk baxış tarixi 11 dekabr 1955
Filmin digər adları Sevimli mahnı
Mahnı ilə eldən-elə (çəkiliş zamanı)
Filmin növü tammetrajlı bədii film
Müddət 99 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1955
Texniki məlumatlar 10 hissə
2579,8 metr[1]
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID0048326

Bəxtiyar tammetrajlı bədii filmi[2] rejissor Lətif Səfərov[3] tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Bakı kinostudiyasında istehsal edilmişdir.[1] Musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir.[4] Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanovİsmayıl Əfəndiyev ifa edirlər.

Məzmun

Qısa məzmun

Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.[4] Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər.

Geniş məzmun

Film üç dostun Bəxtiyar (Rəşid Behbudov), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış səxavət göstərib özü onlara çoxlu alma verir.

Bəxtiyar Rza İsmayılovla (İsmayıl Əfəndiyev) hospitalda əsgərlərə mahnı oxuyarkən tanış olur. Müharibədə yaralanan İsmayılov Bəxtiyara yaxınlaşır və bildirir ki, onun atası ilə bir yerdə vuruşmuşdur. Sonra isə xatirə olsun deyə hər üç dostun şəkillərini çəkir.

Filmin rus dilində afişası

İllər sürətlə ötür uşaqlıq dostları məktəbi bitirirlər. Və onların yolları ayrılır. Bəxtiyar (Rəşid Behbudov) atasının yolu ilə gedərək neftçi olur. Saşa (Tamara Çernova) ilə Yusif (Faiq Mustafayev) isə Moskvaya oxumağa getməyə hazırlaşırlar. "Neft çıxdı" replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür. Yusif və Saşanı isə biz "Gənclik Bal"ında görürük. Burada Yusifin mənfi xarakteri özünü büruzə verir. Lakin artıq sabahısı gün Yusiflə Saşa Moskvaya yola düşməlidirlər. Bəxtiyarın isə bundan xəbəri yoxdur. Yalnız vağzalda Saşanı yola salmağa gələn Bəxtiyar bilir ki, Yusiflə Saşa birlikdə gedirlər. Qısqanclıqdan Bəxtiyarın kefi pozulur. İncik halda bir-birindən ayrılan sevgililərin hicranı bir neçə il çəkir.

Bu illər ərzində Bəxtiyar neftçi peşəsini davam etdirir. Günlərin bir günündə Mir Həmid (Məmməd Sadıqov) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir ki, "Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!". Bəxtiyar bu xəbərə də əhəmiyyət vermir. Lakin Ağabalanın (Ağasadıq Gəraybəyli) xalası Gülzar (Münəvvər Kələntərli) Bəxtiyarın anasından (Mərziyyə Davudova) xahiş edir ki, heç olmasa gəlib bir mahnı oxuyub getsin. Hamı da görsün ki, o dərnək üzvüdür. Beləcə Bəxtiyar son məqamda gəlib oxuyaraq Ağabalanı belə desək yoxlamanın əlindən xilas edir. Və Ağabala ilə Bəxtiyar belə tanış olurlar. Komissiya ilə problemini həll edən Ağabala görür ki, Bəxtiyardan istifadə edərək varlana bilər. Uzun danışıqlardan sonra Bəxtiyar konsert verməyə razı olur. Ağabalanın tilovuna düşən Bəxtiyar gün keçdikcə professor Rəcəbovun dediyi kimi uçuruma gedir. Nəhayət Bəxtiyarı uşaqlıqdan tanıyan Rza İsmayılov təsadüfən onun bir konsertində iştirak edir. Məhz bu konsertdə Bəxtiyar mahnını axıracan oxuya bilmir. Səsi tutulur. Bu vəziyyətə əsəbiləşən Bəxtiyar qəti qərara gəlir ki, daha oxumasın. Elə belə vəziyyət Ağabalanın da iç üzünü açır və o məşhur replikasını Bəxtiyarın üzünə deyir: "Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi. Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!." Bundan sonra Rza İsmayılov otağa daxil olur və Bəxtiyarı özü ilə düzgün yola doğru aparır.

Bu müddət ərzində Bəxtiyar bir neçə dəfə Saşa ilə rastlaşır. Lakin maneələr, anlaşılmazlıqlar onları birləşdirə bilmir. Ən böyük maneələrdən biri də Yusif olur. Saşa isə Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf Bəxtiyarın gözlərini bağlayıb. Ona görə də elə həmin gecə onun ucbatından konserti yarımçıq qalan Bəxtiyarla bərk dava edir. Sabahısı gün isə onunla danışmağa gələndə artıq Bəxtiyarın qastrola getdiyini öyrənir. Taleyin belə qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların fəndi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Və film "Əziz Dost" mahnısı ilə sona yetir.

Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır.

Film haqqında

  • Film rejissor Lətif Səfərovun böyük kinoda ilk rejissor işidir. Lakin qəribə də olsa Lətif bu filmi çəkməyə hazırlaşanda ona bədii filmlər rejissoru adı hələ də verilməmişdi.
  • Film Azərbaycan Televiziyasında nümayiş etdirilən ilk film olmuşdur. (1956)
  • Film iki dildə çəkilmiş, mahnıların hamısı iki dildə yazılmışdır.

Rollarda

  • Rəşid Behbudov — Bəxtiyar: "Bəxtiyar" bədii filmi ənənəvi sxem üzrə yaradılsa da onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, filmə mahnıların bəstəkar T. Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin-R. Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir. Bəxtiyar obrazını yaratmış Rəşid Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Düzdür, ssenaridə baş qəhrəmanın daxili aləminin göstərilməsinə az yer ayrılsa da Rəşid Behbudov Bəxtiyarın hiss və həyəcanlarını, düşdüyü çətin anlarda keçirdiyi sarsıntıları, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa çalışmışdır. Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlara baxmayaraq, yaradıcı qrup şən və məzmunlu musiqili film yaratmağa müvəffəq olmuşdur.[5]
Fayl:Bəxtiyar (film, 1955)(Rəşid Behbudov və Tamara Çernova).jpg
Rəşid Behbudov (Bəxtiyar) və Tamara Çernova (Saşa)
Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını göz önünə alarsaq onun rolun öhdəsindən gəldiyi qənaətinə gəlmək olar. Film boyu obrazın replikaları çox olmasa da aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gələ bilmişdir. Buna misal olaraq Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq "Bu nə deməkdir? O nə danışır?" deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri tamamilə alınan səhnələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, alınmayan səhnələr də az deyil. Misal olaraq Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi ən alınmayan səhnələrdən biridir. Ama hər halda müğənninin ecazkar səslə oxuduğu mahnılar və əlbəttə rolu səsləndirən Əli Zeynalovun səsi filmin uğurlu alınmasına və bu gün də maraqla izlənməsinə səbəb olmuşdur
  • Tamara Çernova — Saşa Verxovskaya: Filmi beynəlmiləl xarakterli etmək üçün başqa ölkədən dəvət olunan baş rol ifaçılarından biri də Tamara Çernovadır. O, artıq ittifaqda tanınmış aktrisa idi. Saşa Bəxtiyarın uşaqlıqdan bir yerdə böyüdüyü qonşu qızıdır. Saşa uşaqlıqdan oğlan paltarları geyən, oğlanlarla dostluq edən, dəcəl bir qızdır. Lakin Bəxtiyara olan məhəbbəti onu tamamilə dəyişdirir. Bəxtiyardan ayrı düşüb Moskvada təhsil almasına baxmayaraq o, Bəxtiyarı unuda bilmir. Və taleyin qisməti onları yenidən birləşdirir.
  • Faiq Mustafayev — Yusif: Yusif obrazı həyatda nə istədiyini bilən, ədəbaz, özündən razı və paxıl obrazdır. Bəxtiyarla uşaqlıqdan birlikdə böyümələrinə baxmayaraq əslində ona uşaqlıqdan paxıllıq edir. Böyüyəndən sonra Saşanın Bəxtiyarı seçməsi onlar arasında olan bütün körpüləri dağıdır və Yusif Bəxtiyara düşmən gözü ilə baxır. Moskvada ticarət məktəbini bitirdikdən sonra o həyatda öz yerini tapır, hər şeyi əldə edir, təkcə Saşanın qəlbindən başqa.
  • Ağasadıq Gəraybəyli — Ağabala: Ağabala obrazı olmasaydı bəlkə də bu film bu qədər sevilməzdi. Ağabala obrazı fırıldaqçı, fitnəkar və yaltaq obrazdır. Filmin möhtəşəmliyi ondadır ki, hətta mənfi obrazları belə tamaşaçıya sevdirməyi bacarmışdır. Bu da aktyorun yüksək peşəkarlığından xəbər verir. O, bu rola o qədər damğasını vurmuşdur ki, bu rola başqa aktyoru təsəvvür etmək olmur. Ağabalanı ilk dəfə tamaşaçı təşviş içində görür. O qohumlarını başına yığıb danlayır ki, neçə illərdir sizə çörək verirəm. Sayəmdə pul qazanırsınız. İndi isə yoxlama gəlir. Məni bu vəziyyətdən qurtarın. Yoxlama fırıldaqçı Ağabalanı ifşa etməyə gəlir. Ağabala isə uzun illərdir dövlət büdcəsi ilə maliyyələşən özfəaliyyət dərnəyi başçısıdır. Lakin əslində belə bir dərnək yoxdur. Ona görə də o, artistlərə pul verir ki, dərnək üzvü adı ilə gəlib çıxış etsinlər və komissiyanın gözündən pərdə assınlar. Lakin komissiya bu özfəaliyyət fırıldağının üstünü açmaq üzrəykən Bəxtiyar gəlib əsl sənət nümayiş etdirir və Ağabalanın bəxti bu dəfə də gətirir. Sonra isə Ağabala Bəxtiyardan istifadə edərək pul qazanmaq qərarına gəlir. Saf və xeyirxah Bəxtiyar isə hiyləgər Ağabalanın tilovuna çox asanlıqla düşür. Film boyu Ağabala Bəxtiyarı aldadır. Lakin filmin sonunda Ağabalanın fırıldağının üstü açılır.
  • Məmmədrza Şeyxzamanov — Professor Rəcəbov: Məmmədrza Şeyxzmanovun canlandırdığı professor Rəcəbov obrazı xeyirxah müəllim obrazıdır. O, musiqi mütəxəssisidir, konservatoriyada müəllimdir. Bəxtiyarın səsini hələ o uşaqkən eşidir və ona xanəndə olmağı tövsiyə edir. Lakin Bəxtiyar atasının yolu ilə gedib neftçi olu. İllər sonra yenidən Bəxtiyarı görür və Ağabalanın əlindən onu xilas etməyə çalışır. Üç dost uşaq ikən məhz Rəcəbovun bağından alma oğurlamaq qərarına gəlirlər. Bəxtiyar oxuyanda onun səsi pro kifessoru valeh edir və ona deyir ki, səndən yaxşı xanəndə olar. Sonra biz bu obrazı bir neçə dəfə Saşanın ad günündə, Bəxtiyarın konsertində görürük. Bəxtiyarı izləyicilər alqışlayarkən o ən məşhur replikasını deyir: "Axı, mən xahiş etmişdim onu mənim yanıma gətirəsiniz. Bu müvəffəqiyyəti onu uçuruma aparır". Professor haqlı çıxır. Nə qədər cəhd etsə də Bəxtiyarla görüşə bilmir. Lakin filmin sonuna doğru hər şey qaydasına düşəndə biz görürük ki, Bəxtiyar konservatoriyada məhz professor Rəcəbovdan dərs alır.
  • İsmayıl Əfəndiyev — İsmayılov: Rza İsmayılov müharibə iştirakçısı, ziyalıdır. Müharibədən sonra isə deputat olmuşdur. İlk dəfə filmdə biz onu hospitalda yaralı halda görürük. Müharibənin ağır günləridir. O da vuruşmada ağır yaralanmış və hospitala gətirilmişdir. O, burada Bəxtiyarın məlahətli səsini eşidir və ona yaxınlaşıb atasıyla birgə vuruşduğunu deyir. Sonra isə hər üç uşaqlıq dostunun xatirə şəkillərini çəkir. Filmdə bu obraz iki dəfə görünür: filmin əvvəlində, bir də filmin sonuna doğru hadisələrin kuliminasiya nöqtəsinə çatdığı məqamda. Bəxtiyar növbəti konsertini vermək üçün tamaşaçılar qarşısına çıxır və həmişə olduğu kimi başlayır oxumağa. Təsadüfən onu dinləməyə gələn Rza İsmayılov da oradadır. Lakin qəflətən Bəxtiyarın səsi tutulur və səhnəni tərk edir. Səhnə arxasında hər şeyin iç üzü açıldıqdan sonra Rza İsmayılov qapını döyüb içəri girir. "Kirpi" jurnalını Ağabalaya təqdim edib Bəxtiyarı özü ilə aparır. Burada rejissor İsmayılovun Bəxtiyarı özü ilə aparması və sonra da parkda uzun bir yolla birgə yerimələri kadrları ilə nəhayət ki Bəxtiyarın doğru yola düşməsini göstərməyə çalışmışdır.
  • Konstantin Myakişev — Verxovski: Verxovski Saşanın atasıdır. Bu obraz məhəbbətə hörmətlə yanaşır və qızının xoşbəxtliyini hər şeydən üstün tutur. Verxovski işgüzar, həlim bir insandır. Bütün ömrünü qızına bağlamış və Saşanın anası öldükdən sonra evlənməmişdir. Göründüyü hər bir səhnədə onun müasir bir ata olduğu qənaətinə gəlmək olur. Hətta biləndə ki, Saşa Bəxtiyarı sevir, özü Saşanı Bəxtiyargilə gətirir ki, sevgililər barışsınlar.
  • Tatyana Peltser — Natalya Alekseyevna: Nataliya Alekseyevna Saşanın bibisidir. Yeganə məqsədi Saşanı ərə verməkdir. Lakin Verxovskidən fərqli olaraq o, Yusifi Saşaya ən yaxşı ər namizədi kimi görür. Biz bu obrazı filmdə bir neçə dəfə görürük. Filmin əvvəlində hələ Saşa uşaqkən onun hərəkətlərinə əsəbiləşir və atasına şikayət edir. Sonralar onu əsasən Saşanın ad günlərində və filmin sonunda dostların fəndi səhnəsində görürük. Ən məşhur replikası filmin sonunda "Başıma xeyir. Deyəsən Yusif partladı." sözləridir.
  • Lütfi Məmmədbəyli — Həbib: Həbib Bəxtiyarın dostlarından biridir. Digər dostlardan fərqlənən ən üstün cəhəti Həbibin çox ağıllı və tədbirli olmasıdır. O istənilən situasiyadan uğurla çıxmağı bacaran sadiq bir dostdur. Həbib də dostu Bəxtiyar kimi neftçidir. Biz onu ilk dəfə neft buruqlarında görürük. Sonra isə dostlarla birlikdə "Gənclik bal"ında görünür və Yusifə gözdağı verirlər. Filmin sonuna doğru Həbibin ağlına bir fənd gəlir. Onlar qərara gəlirlər ki, Natalya Alekseyevnanı Saşanın yerinə bir stansiya əvvəl qatara mindirsinlər. Saşanı isə Bəxtiyarın yanına gətirsinlər. Ona görə o, dostlarına müraciət edir ki, "Kimin cibində nə var çıxartsın". Beləliklə, dostların fəndi baş tutur.
  • Müxlis Cənizadə — Kərim: Kərim şən və şaqraq bir obrazdır. O da dost yolunda canından keçər. Kərimi biz ilk dəfə neft buruqlarında görürük. Digər dostlar kimi bir neçə dəfə filmdə görünür. Amma gülərüzlülüyü və hazırcavablılığı ilə fərqlənir.
  • İsay Qurov — Petya: Petya Bəxtiyarın dostlarından biridir. Obrazın fərqli cəhəti isə fiziki cəhətdən ən güclü olmasıdır. Qəpiyi iki barmağı ilə əyməsi tamaşaçıda maraq doğurur.
  • Sona Hacıyeva — Zəhra: Zəhra Ağabalanın xalasıdır. Mənfi obrazdır. Bacısı oğlu kimi fitnəkardır. Lakin bu obrazın düşdüyü gülünc vəziyyətlər tamaşaçıda gülüş doğurur.
  • Münəvvər Kələntərli — Gülzar: Zəhra üçün deyilənlər Gülzar üçün də xarakterikdir. O da Ağabalanın xalasıdır. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. "Biz nə eləyə bilərik ki, Ağabala!" sözləri dillər əzbəri olmuşdur.
  • Məmməd Sadıqov — Mir Həmid: Mir Həmid Ağabalanın qohumudur. Var gücüylə Ağabalanı düşdüyü vəziyyətdən çıxarmağa çalışır.
  • Ağahüseyn Cavadov — Rza: Rza heç nəyi vecinə almayan, sakit təbiətli, piano çalmağı bacaran obrazdır. Bu obraz filmdə ən az replikası olan obrazlardandır. Lakin aktyor mükəmməl ifası ilə rolun böyüyü, kiçiyi olmaz ifadəsini bir daha təsdiq edir. Hətta replikasız səhnnələri də tamaşaçını güldürür. Məsələn cəsarətlə piano çalmağa başlaması, sakitcə arxadan yaxınlaşıb Ağabalanın pencəyinin materialını yoxlaması səhnələri çox maraqlı, komik və seçiləndir.
  • Süleyman Ələsgərov (aktyor) - Klub müdürü
  • Yusif Vəliyev — Komissiya üzvü
  • Sofya Bəsirzadə - Komissiya üzvü
  • Mərziyyə Davudova - Bəxtiyarın anası Gülbadam
  • Vladimir Otradinski - Konsert təşkilatçısı
  • Karl Reşanski - Rəqqas Anton Raspopov
  • Nazim Yüzbaşov - Yusif (uşaq)

Filmi səsləndirənlər:

Mahnılar

Bəstəkar Tofiq Quliyev filmə 10 mahnı və 11 musiqi bəstələmişdir.

"Ağacda leylək" mahnısı: Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş "Ağacda leylək" mahnısı nəqəratsiz mahnılara aiddir. Mahnının mətn əsasını 11 hecalı şeir bəndləri təşkil edir. Bu bəndlər bir-biri ilə iki-iki qafiyələnir. Üç hissəli formada bəstələnmiş bu mahnıda mətnin beş bəndinin hamısından istifadə olunur. Mahnının melodik cümlələrinin əksəriyyəti iki dəfə təkrarlanır. Bu, ilk növbədə, mahnının birinci və sonuncu hissələrinə aiddir. Həmin hissələrdə melodik ibarələr aşağı istiqamətdə hərəkət edir. Mahnının orta bölməsində ibarələr təkrarlanmır, melodik inkişafda isə aşağı istiqamətli hərəkət yuxarıya doğru hərəkətlə növbələşir.[6]

"Sevgi valsı": Kupletdə daha uzun, nəqəratda isə qısa melodik cümlələrin səslənməsi ilə T. Quliyevin "Bəxtiyar" filmi üçün bəstələdiyi digər mahnısı – Ə. Əlibəylinin sözlərinə yazılmış "Sevgi valsı"nda da rastlaşırıq. Bu mahnının kupletində 11 və 13, nəqəratındə isə 3, 4, 7, 9 hecalı misralar növbələşir. Adından da bəlli olduğu kimi, mahnı vals ritmində yazılmışdır. Burada yarım not – çərək not ritmik ardıcıllaşması, demək olar ki, bütün kuplet boyu dəyişməz qalır. Nəqəratdə hecaların sayı kimi, bu ritm də dəyişir, beləliklə də həmin bölüm istər ritmika baxımından, istərsədə mətn baxımından kupletdən fərqlənir.[6] "Qızıl üzük" mahnısı: Tofiq Quliyevin yaradıcılığı haqqında danışarkən onun əksər mahnılarının uğurlu taleyini, uzunömürlülüyünü qeyd etmək vacibdir. Lakin onların arasında elələri də var ki, Azərbaycan musiqi xəzinəsinə həmişəlik daxil olmuşdur. Rəsul Rzanın sözlərinə yazılmış "Qızıl üzük" mahnısı belə klassik nümunələrdəndir. "Bəxtiyar" kinofilmində unudulmaz Rəşid Behbudov tərəfindən ifa edilmiş bu mahnı tez bir zamanda böyük şöhrət qazanmışdır. "Qızıl üzük" mahnısı nəqəratsız kuplet formasındadır. Mahnıda üç 11 hecalı şeir bəndindən istifadə olunur. Onlar bir-birilə AABA prinsipi əsasında qafiyələnir. Melodik xəttinin inkişafında maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, burada mətnin həmqafiyə A misraları aşağı hərəkətli melodik ibarələr, bəndin fərqli qafiyəyə malik üçüncü misrası isə yuxarı istiqamətli, kuliminasiya xarakterli ibarələrlə səslənir. Melodik ibarələr şeir misralarının sətirdaxili bölgüsünə (burada 11 hecalı misra 6+5 kimi qruplaşır) uyğun olaraq bölünür. Bu da şeirin quruluş xüsusiyyətlərinin mahnının melodiyasında dolğun şəkildə tərənnüm olunmasını göstərir.[6]

"Bakı nəğməsi": "Bəxtiyar" kinofilmi üçün yazılmış "Bakı nəğməsi"ndə (sözləri Ə. Əlibəylinindir) mətn ilə musiqi oxşar şəkildə uzlaşır. Nəqəratlı formada yazılmış bu mahnıda kupletdə 11 hecalı misralar, nəqəratda isə 6 və 8 hecalı misralar səslənir. Mətnə nəzər saldıqda görürük ki, kuplet ənənəvi olaraq dörd deyil, üç misradan ibarətdir. Kupletdəki melodik cümlələr mətnə uyğun olaraq, daha uzundur. Nəqərat bölümü isə qısa-qısa ibarələrin səslənməsinə əsaslanır.[6]

İstinadlar

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.39.
  2. Kazımzadə, A. 60 yaşlı “Bəxtiyar”: Lətif Səfərovun eyniadlı filmi haqqında //Kaspi.- 2015.- 16 iyul.- S.13.
  3. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Lətif Səfərov haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 95.
  4. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.40.
  5. Aydın Kazımzadə. Azərbaycan Kinematoqrafçıları, səh. 69; Bakı-2002.
  6. 1 2 3 4 "TOFIQ QULIYEVIN MAHNILARINDA POETIK MƏTNIN VƏ MELODIYANIN ƏLAQƏLƏSI". Musiqi Dünyası. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-04.

Mənbə

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 287.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118-121.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Kazımzadə, A. Bi-rin-ci: "Bəxtiyar" filmi müharibədən sonra insanların əhval-ruhiyyəsini qaldırmağa xidmət etdi: [Rejissoru Lətif Səfərov olan eyni adlı film haqqında kinoşünas Aydın Kazımzadənin fikirləri] //Ekran-efir.- 2009.- 13 fevral.- S. 15.

Xarici keçidlər

Həmçinin bax

Read other articles:

Artikel ini adalah bagian dari seriPembagian administratifIndonesia Tingkat I Provinsi Daerah istimewa Daerah khusus Tingkat II Kabupaten Kota Kabupaten administrasi Kota administrasi Tingkat III Kecamatan Distrik Kapanewon Kemantren Tingkat IV Kelurahan Desa Dusun (Bungo) Gampong Kalurahan Kampung Kalimantan Timur Lampung Papua Riau Lembang Nagari Nagori Negeri Maluku Maluku Tengah Negeri administratif Pekon Tiyuh Lain-lain Antara III dan IV Mukim Di bawah IV Banjar Bori Pedukuhan Dusun Joro...

 

Bronchocela Bronchocela jubata Біологічна класифікація Царство: Тварини (Animalia) Тип: Хордові (Chordata) Клас: Плазуни (Reptilia) Ряд: Лускаті (Squamata) Підряд: Ігуаноподібні (Iguania) Родина: Агамові (Agamidae) Підродина: Draconinae Рід: BronchocelaKaup, 1827 Вікісховище: Bronchocela Bronchocela — рід ящірок з родини Агамових. Має 9 ви

 

Comandante en jefe del EjércitoBandera del comandante en jefe.Distintivo de grado para el comandante en jefe (general de Ejército) del Ejército de Chile en la tenida de salida. GDE Javier Iturriaga del Campo Desde el 9 de marzo de 2022Ámbito Ejército de ChileTitular de Ejército de ChileSede Edificio Ejército Bicentenario, Santiago, ChileResidencia Ninguna oficialTratamiento Señor comandante en jefeSalario $ 4 459 472 millones de pesos[1]​Duración Variable según el titularDesig...

Петі-НуарPetit-Noir Країна  Франція Регіон Бургундія-Франш-Конте  Департамент Жура  Округ Доль Кантон Шемен Код INSEE 39415 Поштові індекси 39120 Координати 46°56′17″ пн. ш. 5°20′34″ сх. д.H G O Висота 177 - 215 м.н.р.м. Площа 20,52 км² Населення 1093 (01-2020[1]) Густота 55,41 ос./км² Роз

 

بيير بايل (Pierre Bayle) (بالفرنسية: Pierre Bayle)‏  بيير بايل معلومات شخصية الميلاد 18/11/1647 الوفاة 28/10/1706باريس، فرنسا سبب الوفاة سل  مواطنة فرنسا[1][2][3]  الحياة العملية الحقبة فلسفة القرن السابع عشر الإقليم فلسفة غربية الاهتمامات الرئيسية فلسفة أفكار مهمة الشكية، ال...

 

Kaiserbahnhof im Bahnhof Potsdam Park Sanssouci Pavillon zum Empfang des Königs im Bahnhof des thailändischen Badeorts Hua Hin Ein Fürstenbahnhof oder – in einem bestehenden Empfangsgebäude – ein Fürstenzimmer ist eine gesonderte Empfangsanlage einer Eisenbahn, die hochgestellten Persönlichkeiten zum Warten und Aufenthalt sowie zum Empfang und zur Verabschiedung von Gästen dient. Heute werden diese Einrichtungen nur noch in ganz seltenen Fällen als solche genutzt. Inhalt...

Bank Pembangunan AsiaAsian Development BankSingkatanADBKantor pusatMandaluyong, Metro Manila, FilipinaPresidenMasatsugu Asakawa (2020–)Wakil PresidenShixin ChenAhmed M. SaeedAshok LavasaBruce GosperRoberta CasaliSitus webwww.adb.org Kantor Pusat ADB, Metro Manila Bank Pembangunan Asia (bahasa Inggris: Asian Development Bank, disingkat ADB) adalah sebuah bank multilateral yang didirikan untuk mengurangi kemiskinan di kawasan Asia dan Asia-Pasifik. Bank Pembangunan Asia didirikan pada 196...

 

For other Verrazano-named bridges, see Verrazano Bridge (disambiguation). Bridge in Assateague Island, MarylandVerrazano BridgeThe Verrazano BridgeCoordinates38°14′45″N 75°08′59″W / 38.245734°N 75.149660°W / 38.245734; -75.149660CarriesTwo lanes of MD 611 and pedestrians/bicyclesCrossesSinepuxent BayLocaleAssateague Island, MarylandMaintained byMaryland State Highway AdministrationID number23018[1]HistoryOpened1964StatisticsDaily traffic5,302[1&...

 

Town and union council in Khyber Pakhtunkhwa, PakistanSakargahTown and union councilCountryPakistanRegionKhyber PakhtunkhwaDistrictBattagram DistrictTime zoneUTC+5 (PST) Sakargah is a town, and one of twenty union councils in Battagram District in the Khyber Pakhtunkhwa Province of Pakistan.[1] References ^ Tehsils & Unions in the District of Battagram. National Reconstruction Bureau of Pakistan. Archived from the original on 2012-02-09. vteAdministrative divisions of Battagram Di...

Residential and commercial area in the State of Mexico, Mexico Liverpool department store at Paseo Interlomas shopping center Interlomas is a luxury residential and commercial area in Mexico located 18 kilometres (11 mi) west of Mexico City's historic center and about 4.5 kilometres (2.8 mi) north of the Santa Fe edge city. Interlomas is an upper class zone, compound by various colonias (neighborhoods) with high incomes. Interlomas belongs to the municipality of Huixquilucan in the ...

 

1893 Royal Sovereign-class battleship Not to be confused with RMS Empress of India. Empress of India at anchor, 1906 History United Kingdom NameHMS Empress of India NamesakeRegnal title of Queen Victoria Ordered1889 Naval Programme BuilderPembroke Dockyard Cost£912,612 Laid down9 July 1889 Launched7 May 1891 CompletedAugust 1893 Commissioned11 September 1893 Out of serviceEarly 1912 FateSunk as target, 4 November 1913 General characteristics (as built) Class and typeRoyal Sovereign-class pre...

 

Film production company in New York City from 1921 to 1924 Advertisement for The Call of His People REOL Productions Corporation was a film production company in New York City from 1921 until 1924 during the silent film era.[1] It released ten films for African American audiences. The company promoted its films by noting they were adaptations of works by African American authors such as a film version of Paul Laurence Dunbar's 1902 novel The Sport of the Gods. Lafayette Theatre manage...

Vertical datum used as the basis for deriving altitudes on maps Vertical references in Europe View from Newlyn Harbour showing the lighthouse and Tidal Observatory to its right, both painted red and white. An ordnance datum or OD is a vertical datum used by an ordnance survey as the basis for deriving altitudes on maps. A spot height may be expressed as AOD for above ordnance datum. Usually mean sea level (MSL) at a particular place is used for the datum. In particular: In Great Britain, OD f...

 

1966 studio album by Nancy SinatraHow Does That Grab You?Studio album by Nancy SinatraReleasedMay 1966[1]GenrePopLength33:26LabelRepriseProducerLee HazlewoodNancy Sinatra chronology Boots(1966) How Does That Grab You?(1966) Nancy in London(1966) Singles from How Does That Grab You? How Does That Grab You, Darlin'?Released: 1966 SandReleased: 1967 Lightning's GirlReleased: September 1967 Professional ratingsReview scoresSourceRatingAllMusic[2] How Does That Grab You? is...

 

World-Ecology is a global conversation of academics, activists, and artists committed to understanding human relations of power, production, and environment-making in the web of life. An evolving conversation rather than a theory, the world-ecology approach is unified by a critique of Nature-Society dualisms, a world-historical interpretation of today's planetary crisis, and an emphasis on the intersection of race, class, and gender in capitalism's environmental history. Key figures in the wo...

Netrocomune Netro – VedutaLa Parrocchiale LocalizzazioneStato Italia Regione Piemonte Provincia Biella AmministrazioneSindacoTiziana Pasquale in Governato Greggio (lista civica Per Netro) dall'8-6-2009 TerritorioCoordinate45°32′15″N 7°56′50″E / 45.5375°N 7.947222°E45.5375; 7.947222 (Netro)Coordinate: 45°32′15″N 7°56′50″E / 45.5375°N 7.947222°E45.5375; 7.947222 (Netro) Altitudine606 m s.l.m. Superfic...

 

BojiSpeciesDogSexMaleYears active2021Known forUsing public transport in IstanbulOwnerÖmer KoçWeight42 kg (93 lb) Boji is a street dog in Istanbul, Turkey, known for regularly riding on the city's public transport.[1][2][3][4][5][6] He is described as being an Anatolian shepherd mix[6] and having golden-brown fur, dark eyes and floppy ears.[1] He makes use of buses, metro trains, trams, and ferries.[3][...

 

Golongan darah ditentukan berdasarkan antigen golongan darah ABO yang terkandung dalam sel darah merah. Golongan darah adalah ilmu pengklasifikasian darah dari suatu kelompok berdasarkan ada atau tidak adanya zat antigen warisan pada permukaan membran sel darah merah. Hal ini disebabkan karena adanya perbedaan jenis karbohidrat dan protein pada permukaan membran sel darah merah tersebut. Dua jenis penggolongan darah yang paling penting adalah penggolongan ABO dan Rhesus (faktor Rh). Di dunia ...

Cinta/MatiPoster filmSutradara Ody C. Harahap Produser Padri Nadeak A. Radityo Wibowo Ody C. Harahap Ditulis oleh Ody C. Harahap Akbar Maraputra Pemeran Vino G Bastian Astrid Tiar Dion Wiyoko Penata musikWindra Bontel BenyaminSinematograferPadri NadeakPerusahaanproduksiShooting StarTanggal rilis29 Agustus 2013 (2013-08-29)Durasi90 menitNegara Indonesia Bahasa Indonesia Cinta/Mati adalah film drama Indonesia yang dirilis pada 29 Agustus 2013 yang disutradarai oleh Ody C. Harahap. Fi...

 

Gunung OlympusChionistraGunung Olympus pada musim dinginTitik tertinggiKetinggian1.952 m (6.404 ft)[1]Puncak1.952 m (6.404 ft)[2]Masuk dalam daftarTitik tertinggi di SiprusKoordinat34°56′11″N 32°51′48″E / 34.93639°N 32.86333°E / 34.93639; 32.86333Koordinat: 34°56′11″N 32°51′48″E / 34.93639°N 32.86333°E / 34.93639; 32.86333 [3]GeografiLetakSiprusPegununganTroodos Gunung Oli...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!