Vladimir Otradinski |
---|
rus. Владимир Владимирович Отрадинский |
|
Doğum tarixi |
9 (22) mart 1904 |
Doğum yeri |
|
Vəfat tarixi |
22 oktyabr 1970(1970-10-22) (66 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti |
teatr və kino aktyoru |
Fəaliyyət illəri |
1925–1970 |
Teatr |
|
Mükafatları |
1956 1959 |
Vladimir Vladimiroviç Otradinski (rus. Владимир Владимирович Отрадинский; 9 (22) mart 1904, Tiflis – 22 oktyabr 1970, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1956).
Həyatı
Vladimir Otradinski 9 (22) mart 1904-cü ildə Tiflisdə anadan olmuşdur. 1925-ci ildə Tiflisdəki teatr studiyasını bitirmişdir. Elə həmin ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Maqnitoqorsk və Sverdlovskdakı teatrlarda işləmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrının truppasına daxil olmuşdur.[1][2]
Müxtəlif xarakterli rolların ifaçısı olan Otradinskinin yaradıcılıq fəaliyyətinə kəskin satirik və komik obrazlar daha yaxın olmuşdur. Aktyor 22 oktyabr 1970-ci ildə Bakıda vəfat etmişdir.[3]
Təltif və mükafatları
İfa etdiyi əsas rollar
- "Kreml saatı", Nikolay Poqodin — Zabelin
- "Vaqif", Səməd Vurğun — Vaqif
- "Nazirin xanımı", Branislav Nuşiç — Ninkoviç
- "Hamam", Vladimir Mayakovski — İvan İvanoviç
- "Bir stəkan su", Ejen Oqüst — Bolinqbrok
- "Qağayı", Anton Çexov — Dorn
- "Fiqaronun toyu", Pyer Bomarşe — Qraf Almaviva
- "Orfey cəhənnəmə düşür", Tenessi Vilyams — Ceyb Torrens
- "Afrodita adası", Aleksis Parnis — Eduard Vilson
- "Nikbin faciə", Vsevolod Vişnevski — Zabit
- "Təyinat", Aleksandr Volodin — Ata
- "Qanadlar", Aleksandr Korneyçuk — Fyodor Tereşenko
- "Məkr və məhəbbət", Fridrix Şiller — Vurm
- "Vassa Jeleznova", Maksim Qorki — Sergey Petroviç
- "Barbarlar", Maksim Qorki — Sergey Siqankov
- "Günəş övladları", Maksim Qorki — Pavel Protasov
- "Şıltaq qızın yumşalması", Vilyam Şekspir — Baptista
Filmoqrafiya
İstinadlar