Böyükçəkməcə (türk. Büyükçekmece) — İstanbul ilinin ilçəsi. Şərqində Bəylikdüzü və Əsənyurd, qərbində Silivri, şimalında Çatalca və Arnavutköy rayonları cənubda Mərmərə Dənizi çevrilmişdir. Ərazisi 196 km²-dır. 1987-ci ilə qədər Çatalcaya bağlı məhəllə olmuş, 2009-cu ildə inzibati konfiqurasiya dəyişikliklərinə qədər Avcılar və Kiçikçəkməcə ilçələrinə qonşu olmuşdur.[1]
Böyükçəkməcədə Türkiyənin 1, Avropanın 3-cü ən hündür televiziya qülləsi, Türkiyənin ən böyük sərgi sahəsi TÜYAP yerləşir. Həmçinin, Böyükçəkməcə yazlıq şəhər olduğu üçün uzun bir sahili, ticarət mərkəzi, bazarı, muzeyləri, 5 ulduzlu hotelləri, teatrı, idman zalları, parkları və su parkı vardır.[2]
Böyükçəkməcə ilçəsində 3 ədəd özəl universitet, 58 Dövlət, 11 özəl orta məktəbi, 13 özəl lisey, 2 Dövlət, 16 özəl İbtidai məktəbi vardır.
Böyükçəkməcədə çoxlu sayda dövlət və özəl səhiyyə müəssisəsi var. Bu qurumların siyahısı aşağıdakılardır: