Əsənyurd (türk. Esenyurt) — İstanbulun Böyükçəkməcə ilçəsinin məhəllələrindən biri, 2008-ci ildə Qıraç mahalı ilə birləşdirilərək ilçə olmuşdur. Esenyurt yaşayış yeri bütünü, Mərmərə Bölgəsinin Frakiya alt hissəsində, İstanbul Metropolitan sahə sərhədləri içərisində yer alır. İlçənin şərqində Kiçikçəkməcə gölü, qərbində Böyükçəkməcə, şimalında Xoşdərə məhəlləsi və TEM avtomobil yolu, cənubunda Firuzəköy və E-5 Avtomobil Yolu var. İlçədə 13 poliklinika, dövlət xəstəxanası, bir Qızıl Aypara xəstəxanası və şəhər parkı yerləşir. Rayonda təhlükəsizlik 1 iyun 2009-cu il etibarilə polis təşkilatına keçib. Polis idarəsi binası tikilmişdir. Əsənyurd ərazisi 2.770 hektardır və 1989-cu ildə bələdiyyə olma şansını qazanmışdır. Bələdiyyə təşkilatının yaradılması bölgənin inkişafını sürətlənmişdir.[1]
Tarixçə
XIX əsrin əvvəllərində Əkrəm Ömər Paşaya aid təsərrüfat torpağında yaşayış məskəni olaraq meydana gəlmişdir.
1967-ci ildə də yaşayışın adı Eşkinoz adını dəyişərək Əsənyurd olaraq dəyişdirilmişdir. Eşkinoz təsərrüfatında çalışanların yaratdığı yerli xalqa 1920-1938-ci illərdə Rumıniya və Bolqarıstandan köçənlərin iştirakı və son illərdə daxili və xarici miqrasiya vasitəsilə gələn əhali, etnik strukturunun bugünkü halını almasını təmin etmişdir.
Əsənyurd qurucu bələdiyyə sədri Gürbüz Çapandır. Hazırda bələdiyyə sədri vəzifəsini ƏİP siyasi partiyasından olan Nəcmi Kadıoğlu davam etdirir.
Təhsil
Bu ilçədə, İstanbulun məşhur universitetlərindən biri olan Əsənyurd Universiteti yerləşir.
Tibb müəssisələri
- Esenyurt Dövlət xəstəxanası
- Qızıl Aypara xəstəxanası (əlavə bina)
- Özəl Təbiət xəstəxanası
- Özəl Elitium Tibb Mərkəzi
- Özəl Esencan xəstəxanası
- Özəl Avropa Tibb Mərkəzi
- Özəl Yeni Həyat Cərrahi Tibb Mərkəzi
- Özəl Mutlu Yaşam Tibb Mərkəzi
- Özəl Mediplus Tibb Mərkəzi
- Özəl Avropagöz Əsənyurd Mərkəzi
- Özəl Çavuşoğlu Əsənyurd Dializ Mərkəzi
- Özəl Reyap xəstəxanası
- Özəl Eslife xəstəxanası
İstinadlar
Həmçinin bax
|
---|
Avropa tərəfi | | |
---|
Asiya tərəfi | |
---|