Azenkur (fr.Azincourt) — Fransada, Kale şəhərindən cənubda yerləşən kommuna. 2018-ci ilə olan məlumata görə, əhalisi 308 nəfərdir.[5] 25 oktyabr 1415-ci ildə Yüzillik müharibə zamanı burada V Henrixin qoşunları sayca daha böyük olan Fransa ordusunu məğlub etmişdir.
Kommunanın adı ilk dəfə 1175-ci ildə "Aisincurt" kimi qeyd edilmişdir. Bu, german kişi adı olan Ayzo, Ayzino və erkən şimali fransızcadakı "curt" sözündən (mənası – həyəti olan ferma) əmələ gəlmişdir.[6]
Tarixi
Azenkur 25 oktyabr 1415-ci ildə İngiltərə kralı V Henrixin başçılıq etdiyi ordu ilə I Karl d'Albre Fransa kralı VI Karlın adından başçılıq etdiyi ordu arasında baş verən döyüşün yerinə yaxın olması ilə tanınır. Tarixşünaslıqda Azenkur döyüşü kimi qeyd olunan döyüşlər sayca az olan ingilis qüvvələri qalib gəlmişdir. Tarixçi M. Forrestin fikirlərinə görə, fransız cəngavərləri zirehləri ilə o qədər yüklənmişdilər ki, onlar hələ döyüş başlamazdan əvvəl taqətdən düşmüşdülər.[7]
↑Albert Dauzat and Charles Rostaing. Dictionnaire étymologique des noms de lieux en France. éditions Larousse. 1968. səh. 4.
↑The House of Commons: 1509 – 1558, Volume 4; Stanley T. Bindoff, John S. Roskell, Lewis Namier, Romney Sedgwick, David Hayton, Eveline Cruickshanks, R. G. Thorne, P. W. Hasler (Boydell & Brewer, 1982)