Azad Qaraqoyunlu

Azad Qaraqoyunlu
40°16′36″ şm. e. 47°03′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 119 m
Saat qurşağı
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Azad Qaraqoyunlu xəritədə
Azad Qaraqoyunlu
Azad Qaraqoyunlu

Azad QaraqoyunluAzərbaycan Respublikasının Tərtər rayonunun inzibati-ərazi vahidində kənd.

Tarixi

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823-cü ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Azad Qaraqoyunlu kəndi Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. Əsəd bəyin rəiyyətləri olan Qaraqoyunlu kəndinin kəndxudası Rəhim ağa olmuşdur. Bu tarixi sənəddə Qaraqoyunlu kəndinin 29 tüstüdən ibarət olması yazılmış, vergi ödəyənlərin, ödəməyənlərin sayı göstərilmişdir. Kəndin 15 vergi ödəyəni ilə yanaşı, 14 vergi ödəməyəni də olmuşdur. Kəndxuda Rəhim ağanın, onun iki rəncbərinin, Kəndxuda Rəhim ağanın yaxın qohumu Mənsur ağanın, onun iki rəncbərinin, bir mollanın, üç maafın, 1 çayçının, üç yoxsul və dul adamın adı vergi ödəməyənlərin siyahısında idi.[1]

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848, 1863-cü illərin siyahıya alınması sənədlərinə istinadən Azad Qaraqoyunlu kəndi III Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. III Qaraqoyunlu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. 1848-ci ilə aid siyahıya alınmada III Qaraqoyunlu kəndinin əhalisi Əsəd bəy Rüstəm bəy oğlunun rəiyyətləri kimi siyahıya alınmışlar. III Qaraqoyunlu 1873-cü ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886-cı ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi qeydə alınmışdır. 1886-cı ilə aid siyahıya alınmada bu kəndin əhalisi III Qaraqoyunlu yaxud Qaraqoyunlu Əsəd bəyin kəndinin rəiyyətləri adı ilə siyahıya alınmışlar.[1]

III Qaraqoyunlu 1842-ci ildə 30 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 123 nəfərdən ibarət III Qaraqoyunluda 71 kişi, 52 qadın yaşamışdır. 1848-ci ildə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. Aparılmış siyahıya alınmaya görə, 65 nəfər kişi sakini olmuş III Qaraqoyunlu 21 tüstüdən ibarət idi. 1863, 1873, 1886-cı illərdə kişilərin adı ardıcıllıqla siyahıya alınmış, qadınların yalnız sayı göstərilmişdir.[1]

1863-cü ildə aparılmış siyahıya alınmaya əsasən III Qaraqoyunlu 20 tüstüdən ibarət olmuşdur. III Qaraqoyunluda əhalinin ümumi sayı təxminən 119 nəfər olmaqla 64 kişi, 65 qadın yaşamışdır. 1873-cü ilə aid siyahıya alınmada 21 tüstüdən ibarət III Qaraqoyunlunun 114 sakini olmuşdur. 82 kişi siyahıya alınmış, 32 qadının sayı göstərilmişdir. 1886 ilin siyahıya alınmasına görə, III Qaraqoyunlu kəndi 20 tüstüdən ibarət olmuşdur. 70 nəfər əhalisi olmaqla 41 kişi, 29 qadın yaşamışdır.[1]

Toponimikası

Azad Qaraqoyunlu Tərtər rayonunun eyniadlı inzibati-ərazi vahidində kənd. Qarabağ düzündə Tərtər çayının sahilindədir. Oykonim Azad (Azad bəy Cavanşirin adı) və qaraqoyunlu (etn.) sözlərindən düzəlib, "qaraqoyunlu tayfasının Azad bəyə mənsub tirəsi" mənasını ifadə edir və etnotoponim hesab olunur. Kənd yerli əhali arasında Azadağa bəy Cavanşirli və ya Azadağa Qaraqoyunlusu da adlanır. Keçmişdə yerli əhali qaraqoyunlu Azadağa bəy Cavanşirin rəiyyəti olduğundan kənd belə adlandırılmışdır. 1933-cu ildə Bərdə rayonunda Azatqoyunlu adlı başqa bir kənd də qeydə alınmışdır[2].

Şəxsiyyətləri

XIX əsrin ortalarında Əsədulla Allahverən oğlu (1813-...) III Qaraqoyunlu kəndinin yüzbaşısı idi. Əsədulla Yüzbaşı Banu xanımla evlənmiş, Mustafa, İsmayıl, Gülbahar adlı övladları dünyaya gəlmişdir. Mustafa 7 yaşında yaşında vəfat etmişdir. Əsədulla Yüzbaşının Mehdi adlı qardaşı olmuşdur.[1]

Nəsrulla bəyin oğlanları Xanlar bəy (1853-...), Adil bəy (1862-...), nəvələri Teymur bəy (1884-...), Şahmar bəy (1884-...), Molla İsmayıl, Molla Məhəmmədəli (1838-...) III Qaraqoyunlu kəndinin XIX əsrdə yaşamış bəylərindən, din xadimlərindən sayılmışlar.[1]

Təhsili

Ş.Rəhiməov adına tam orta məktəbi fəaliyyət göstərir.

Əhalisi

Əhalisinin sayı 1479 nəfərdir[3].

İqtisadiyyatı

Taxıl, Pambıq , Göy və digər əkin məhsular.

İstinadlar

  1. 1 2 3 4 5 6 Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.95
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!