Tərtər rayonunun Evoğlu inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini Laçın rayonunun Zerti kəndindən gəlmiş İsmayıl bəy adlı Şəxs saldığı üçün onun adı ilə adlandırılmışdır. Kənddəki nəsillərdən biri hazırda zertilər adlanır. Sonralar ətrafdakı Daşarlı, İsgəndərbəyli və
Sarvanlar kəndləri də bu kəndə birləşdirilmiŞ, kəndin ərazisini genişləndirmişlər.[1].
İstinadlar
↑"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.