Azərbaycan elləri qısametrajlı sənədli-musiqili televiziya filmi rejissor Nazim Dadaşov tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsertdir.
Bu film-konsertdə respublikamızın füsunkar mənzərələri fonunda bəstəkarlardan Fikrət Əmirovun "Azərbaycan Elləri", Cahangir Cahangirovun "Bakı", Emin Sabitoğlunun "Bizim Lənkəran", Süleyman Ələsgərovun "Mingəçevir", "Şuşa", Oqtay Kazımovun "Astara", R. Süleymanovun "Göyçay", Səid Rüstəmovun "Gözəl Quba", Şəfiqə Axundovanın "Şəki", Rauf Hacıyevin "Azərbaycanım" mahnıları səslənir.[1]
Mahnıları müğənnilərdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Anatollu Qəniyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Yaşar Səfərov ifa edirlər.[1]
Ssenari müəllifi: Rafiq Cəbiyev Rejissor: Nazim Dadaşov Operator: Fazil Hadıyev Rəssam: T. Məlikzadə
Azərbaycan filmlərinin siyahısı 1976-cı ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı