Azər Məmmədzadə (1 sentyabr 1971, Bakı şəhəri)— Planet Parni iz Baku KVN Teatrının yönəldici prodüseri.
Azər Məmmədzadə 11 sentyabr 1971-ci ildə Bakı şəhərində anadan olub.
1978 – 1988-ci illərdə Bakı şəhəri 23 saylı məktəbdə oxuyub. 1988-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və 1993-cü ildə həmin universiteti bitirib. İxtisası: Riyaziyyatçı.
1995 – 1996-cı illərdə informasiya texnologiyaları üzrə təhsil alıb.
1991-ci ildən "Parni iz Baku" (“Bakılı oğlanlar”) ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.[1]
2009-cu ildən “Planet Parni iz Baku” KVN Teatrının yönəldici prodüseridir.