Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı "Nika"nın, 2003-cü ildən isə həm də "Slava" Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüser və rejissorudur. 2001-ci ildən "Lean M" Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir. Rusiyada yaşayır. 20-dən çox film və seriala prodüserlik edib.