Avstriya musiqisi — Avstriyalı bəstəkar və müğənnilərin Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ən yaxşı musiqi nümunələri.
Klassik musiqi əsri olan XVIII əsrdə Avropa klassik musiqisi dominantlıq edirdi. Bu zaman Vyana musiqi innovasiyaları üçün xüsusi bir vacib məkan idi. Klassik musiqi müasir dövrdə də Avstriyada öz aktuallığını saxlayır. Bu ölkədə çoxlu sayda məşhur avstriyalı bəstəkarlar var. Onlardan ən məşhurları bunlardır:
Avstriyanın paytaxtı Vyana musiqi innovasiyalarının əsas mərkəzi hesab olunur. XVIII-XIX əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər. Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başladığı dövrdə daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yaranır ki, bu da yeni, klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır.
Həmin dövrdə Avropanın "musiqi paytaxtı" sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Yozef Haydn, Volfqanq Amadey Motsart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassik məktəbini təmsil edən bu bəstəkarların hər biri özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir. Bu üç əsas bəstəkar musiqidə aşağıdakı yenilikləri etmişdir:
Lüdviq van Bethovenin simfonik nümunələri ilə;
Volfqanq Amadey Motsart melodiya və forma arasında balans ilə;
Yozef Haydn simli kvartetin inkişafı və sonatalar ilə.
Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun "yaxın qohumlar"ı hesab edilən sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də bu üçlüyün əsərlərində formalaşmışdır.
İkinci Vyana məktəbi
Yeni Vyana məktəbi (alm.Zweite Wiener Schule, Neue Wiener Schule, Junge Wiener Schule, ing.Second Viennese School) adlanan bu məktəb estetik prinsipləri XX əsrin ilk otuz ilində Vyanada Arnold Şönberqin aktiv yaradıcı və pedaqoji təşkilatçılıq fəaliyyəti və tələbələri ilə birlikdə yaratdığı, dünya musiqişünaslığı diskursunda adını almış bəstəkarlıq məktəbidir.
Arnold Şönberqin özündən əlavə İkinci Vyana məktəbinə Anton Vebern, Alban Berq kimi bəstəkarlar həmçinin Hans Eysler, Viktor Uilman, Henrik Yaloveç, Eqon Velles, Teodor Adorno, Hans Erik Apostel, Rene Leyboviç və başqaları aid edilir.
Vyana filarmonik orkestri
6 yanvar1870-ci ildə açılan Vyana filarmonik orkestri dünyadakı üç ən yaxşı konsert zalından biri hesab olunur. 1939-cu ildən Qızıl zaldan auditoriyası dünyanın 44 ölkəsindən bir milyard dinləyici toplayan məşhur "Vyana filarmonik orkestrinın yeni il konserti" yayımlanır. Dünyanın ən yaxşı orkestrlərindən biri hesab olunan Vyana filarmonik orkestrinın üzvləri Vyana dövlət operasının ifaçıları arasından secilir.
Vyana filarmonik orkestrinın tarixi 1842-ci il Otto Nikolayın Filarmoniya Akademiyasını yaratdığı tarixdən başlayır. Bu orkestr bütün qərarları demokratik səsvermə yolu ilə verirdi və bu qayda bu günüdək saxlanılır.
Alman dilində "Staatsoper" adlandırılan Vyana Dövlət Operası dünyanın ən vacib opera kompaniyalarından biri hesab edilir.
Vyana oğlanlar xoru
Wiener Sängerknaben dünyadaki oğlan uşaqlarından təşkil olunmuş ən məşhur xorlardan biridir. Çox yüksək vokal standartları ilə məşhur olan xor musiqiçilər həmçinin Volfqanq Amadey Motsart, Antonio Kaldara, Antonio Salyeri, Anton Bruknerlə əməkdaşlıq etmişdir.
Xor I Maksimilian Habsburqun 7 iyul 1498-ci il məktubu ilə təsdiq edilmişdir.
Augarten sarayı məşqlər üçün məkan və xor üzvləri üçün məktəb-internat rolunu oynayır.
Xalq musiqisi
Schrammelmusik
Müasir Avstriya xalq musiqisinin ən populyar formalarından biri akkordeon və ikili-boğazlı gitarada ifa edilən Vyana Schrammelmusikidir. Müasir ifaçılar Roland Noyvirt, Karl Xodin və Edi Rayzeri əlavə edirlər.
Yodle
Yodle Alpda yaradılan boğaz oxuma növlərindən biridir. Avstriyada onu juchazn adlandırırdılar. Dağlar rasında əlaqə üçün istifadə edilən leksik olmayan hecalar və qışqırıqlardan təşkil olunur.
Avstriya milli rəqsləri
Avstriya xalq rəqsləri tez-tez Schuhplattler, Landler, polka və valsla assosiasiya olunur. Lakin Zviefacher, Kontratanze və Sprachinseltaze kimi başqa rəqslərdə mövcuddur.
Lendler
Landler yaranma mənbəyi dəqiq məlum olmayan alman avstriya əsilli rəqsdir. Uzun müddət ərzində müxtəlif adlar altında məlum olmuş sonradan Landl ob der Enns adı ilə tanınmış son nəticədə Lendlerə qədər qısaldılmışdır. Rəqs təxminən 1720-ci ildən məşhurlaşmışdır. Rəqs əks cinslərin yaxın təmasını tələb etdiyindən bir necə kilsə təşkilatı tərəfindən şəhvət oyatdığına görə qadağan edilib. Landler əvvəlcə Vyanada sonra Ukraynaya qədər uzaq məsafələrə yayılmışdır. Landler son halda bizim tanıdığımız Valsa cevrilmişdir.
Austropop
DJ Ötzi Amadeus Austrian Music Awardı 2001 və 2002-ci illərdə beynəlxalq aləmdə ən uğurlu Avtriyalı artistlər olduqlarına görə layiq görülmüşdülər.
Bitboksinq qrup olan Bauchklang Amadeus mükafatını group pop/rock national kateqoriyasında layiq görülmüşdür. Falco, Raynxard Fendrix, Andre Heller, Qeorq Dançer və Kristina Ştürmer Amadeus mükafatına artist pop/rock national kateqoriyasında layiq görülüblər.
Austria3 1997-ci ildən 2006-cı ilədək səhnədə olan avsrtriyalı kifayət qədər individual ifaçı-müəlliflər Volfqanq Ambros, Georq Dançer və Raynxard Fendrixdən ibarət üçlü konqlomerat idi.
Alp yeni dalğası
Adı alpunka qədər qısaldıla bilən pan-rokun bu janrı Almaniyanın, İsveçrənin və Avstriyanın alp regionlarında yaranmışdır. Alpunka pank-musiqinin nizamsız, enerjili ritmləri regionun tanındığı akkerdeon əsaslı xalq musiqisi daxildir.
Caz
Joe Zavinul məşhur caz klavişçısı və bəstəkardır. O, caz-fyujin üslubunun yaradıcılarından biridir. Ən məşhur caz-fyujin qruplarından biri "Weather Report" (azərb. hava proqnozu) qrupudur.