2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir.[1] Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[2] Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir.
Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu
Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.[3][4][5]
Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi.[6] Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.[7]
Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.[8] Əgər yenə qalib müəyyənləşməzsə, qalib penalti zərbələri ilə müəyyən ediləcək. Turnirin bütün oyunlarında qol xətti texnologiyasından istifadə ediləcək.[9] 3 dekabrda UEFA Millətlər Liqası Finallarında video köməkçi hakim (VAR) sistemindən istifadə ediləcəyini açıqlamışdır.[10]
Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[11]
Portuqaliya 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında ev sahibi ölkə olaraq elan edilmişdir.[12][13] Millətlər Liqası Finalları üçün sadəcə A diviziyasının komandaları namizədlik verə bilər və dörd iştirakçıdan yalnız biri ev sahibi olaraq seçilə bilər. Millətlər Liqası Finalları hər biri ən azı 30000 tamaşaçı tutumuna malik iki stadionda baş tutmalıdır. İdeal olaraq, stadionlar ev sahibi olan ölkədə bir-birindən təxminən 150 km məsafəyə qədər yerləşməlidir.[14][15]
9 mart 2018-ci ildə UEFA İtaliya, Polşa və Portuqaliyanın finalı keçirməkdə maraqlı olduqlarını və namizədliklərini verdiklərini açıqlamışdır. Sənədləri vermək üçün son tarix 31 avqust 2018-ci il kimi təsdiq olunmuşdur. Üç assosiasiya da A3 qrupunda yer aldığından qrupun qalibi UEFA-nın tələblərinə cavab verəcəyi təqdirdə ev sahibi ölkə kimi təyin olunacaqdı.[16] Öz qrupunda Polşa İtaliyanı mübarizədən kənarlaşdıran Portuqaliyanın potensial ev sahibi olma şansını daha da artırdı.[17] Bununla da Portuqaliya A3 qrupunun qalibi oldu və finallara vəsiqə qazandı.[18] Beləliklə, ölkə UEFA İcraiyyə Komitəsinin 2018-ci il dekabrın 3-də təsdiqləyəcəyi ev sahibi hüququnu avtomatik olaraq əldə etdi.[2]
Namizədlik sənədlərində Portuqaliya Futbol Federasiyası Portuda yerləşən Draqao stadionu və Gimarayeşdə yerləşən "Eştadio Afonso Henrikez" stdaionlarını irəli sürmüşdür.[2]
Hər bir milli komanda üçü qapıçı olmaqla turnirin açılış görüşünə on gün qalmış 23 oyunçudan ibarət olan heyəti təqdim etməlidir. Əgər bir oyunçu turnirin ilk görüşünə qədər zədələnərsə və ya ciddi xəstələnərsə, siyahıda başqa bir oyunçu ilə əvəz olunmalıdır.[9]
}}
Oyunun adamı: Kristiano Ronaldo (Portuqaliya)[21]
Köməkçi hakimlər:[20] Mark Borş (Almaniya) Stefan Lupp (Almaniya) Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan) Video köməkçi hakim: Kristian Dingert (Almaniya)
Matçın adamı: Frenki de Yonq (Niderland)[24]
Hakim köməkçiləri:[23] Nikolya Dano (Fransa) Siril Qrinqor (Fransa) Dördüncü hakim: Anastasios Sidiropoulos (Yunanıstan) Video köməkçi hakim: Fuansua Leteksi (Fransa)
Matçın adamı: Cordan Pikford (İngiltərə)[27]
Köməkçi hakimlər:[26] Oktavian Șovre (Rumıniya) Sebastian George (Rumıniya) Dördüncü hakim: Anastasios Sidiropoulos (Yunanıstan) Video köməkçi hakim: Maykl Fabbri (İtaliya)
Matçın adamı: Ruben Diaş (Portuqaliya)[30]
Köməkçi hakimlər:[31] Roberto Alonso Fernandez (İspaniya) Xuan Yuste Ximenes (İspaniya) Dördüncü hakim: Antonio Mateu Laos (İspaniya) Beşinci hakim: Raul Kabanero Martinez (İspaniya) Video köməkçi hakim: Alexandro Xose Hernandez İspaniya)
4 oyunda 9 qol olmaqla, matç başına ortalama 2,25 qol atıldı.
SOCAR-ın təqdim etdiyi turnirin ən yaxşı gənc oyunçu mükafatına 23 yaşa qədər futbolçular seçilə bilərdi. Bu titula Niderlandlı futbolçu Frenki de Yonq sahib oldu.[33]
2018-ci ilin oktyabr ayında UEFA komandalara veriləcək pul mükafatının məbləğlərini açıqladı.[35] Ümumiyyətlə, UEFA Millətlər Liqasının A diviziyasında iştirak edən 12 assosiasiyaya 2,25 milyon € verilir. Finallarda iştirak edən 4 komandanın hərəsinə bir daha 2,25 milyon € dəyərində pul mükafatı təqdim edilir.
Bundan əlavə, finallarda iştirak edən klubların tutduqları yerlərə görə yenə pul verilir:
Belə çıxır ki, turnirin qalibi olan klub toplam 10,5 milyon avronun sahibi olur.