Qonçalo Manuel Qançinyo Quedes (29 noyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Quedes Portuqaliyanın Benavente şəhərində anadan olmuşdur. Quedes 2005-ci ildə Benfika FK klubunun gənclər sisteminə daxil olmuşdur. Gənclər komandasında iştirak etməyə başlamışdır.
Quedes öz peşəkar karyerasında debütünü 19 aprel 2014-cü ildə Benfika B klubu ilə 2013-14 Sequnda Liqa oyununda Portu B komandasına qarşı oyunda etmişdir.[1]
Quedes Benfikanın əsas komandası ilə debütünü 18 oktyabr 2014-cü ildə Portuqaliya Kubokunun üçüncü mərhələsində Sportinq da Kovilya komandasına qarşı oyunda etmişdir.[2] O, Premyer Liqada debütünü isə 4 yanvar 2015-ci ildə Penafiel klubuna qarşı oyunda etmişdir. O, əlavə vaxtda Limanı əvəz etmiş və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır.[3] Quedes 4 iyulda 2014-15 Sequnda Liqasında İlin İstedadlı Futbolçusu mükafatına layiq görülür.[4]
Quedes ilk qoluna 26 sentyabr 2015-ci ildə liqa oyununda Paçoş de Ferreyra klubuna qqarşı oyunda imza atmışdır.[5] Həmin görüşdə Benfika FK 3-0 hesabı ilə qələbə qazanmışdır. 30 sentyabr 2015-ci ildə isə o, UEFA Çempionlar LiqasındaAtletiko Madrid (1-2) ilə oyunda ilk qoluna imza atır.[6] O, bu nəticə ilə qrup mərhələsində qol vuran ən gənc Portuqaliyalı futbolçu hesab olunur.[7]
Pari Sen-Jermen
25 yanvar 2017-ci ildə Quedes Pari Sen-Jermen FK klubu ilə müqavilə imzalamışdır.
Milli karyerası
Quedes 6 noyabr 2015-ci ildə Fernando Santuş tərəfindən Rusiya və Lüksemburq milli komandaları ilə keçirilən beynəlxalq yoldaşlıq oyunları üçün Portuqaliya millisinə dəvət olunmuşdur.[8] O, milli komanda ilə debütünü Krasnodarda keçirilən Rusiya ilə yoldaşlıq oyununda etmişdir.