Lorenzo Kalleqari (27 fevral 1998-ci ildə anadan olub) — Seriya A təmsilçilərindən olan Genoa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[2]
Kalleqari öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 30 noyabr 2016-cı ildə etmişdir. O, 87-ci dəqiqədə Anje klubu ilə qarşılaşmada Lukas Mouranı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Liqa 1 görüşündə Anjeyə səfərdə 2-0 hesabı ilə qalib gəlmişdir.[3]
Genoa
10 iyul 2018-ci ildə Kalleqari Seriya A təmsilçilərindən olan Genoa klubuna pulsuz transfer olmuş və klub ilə dörd illik müqavilə imzalamışdır.[4]
Şəxsi həyatı
Kalleqarinin atası İtaliyanın Bettola şəhərində anadan olmuşdur.[5]