Əkbər Yerevanlı

Əkbər Yerevanlı
Əkbər Yunis oğlu Süleymanov
Doğum tarixi 17 iyun 1921(1921-06-17)[1]
Doğum yeri
Vəfat tarixi 28 avqust 1982(1982-08-28) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Yunis Nuri
Təhsili
Fəaliyyəti yazıçı, nasir, ədəbiyyatşünas, pedaqoq
Üzvlüyü

Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921[1], İrəvan, İrəvan qəzası, Ermənistan SSR28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956).[2] İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980),[3][4] Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982).[5]

Həyatı

Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də[6] İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir.[3] 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadəerməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.[2]

Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, Moskvanın göstərişi ilə ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[mənbə göstərin] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI–XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.[7]

Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M. Ə. Sabir və erməni xalqı" (1962), "Hovannes TumanyanAzərbaycan ədəbiyyatı" (1974), "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur.

Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur.

Ailəsi

Anası Səkinə, atası Yunis Süleymanovlardır. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən 1989-cu ilədək (teatr bağlananadək) Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdir.

Əsərləri

Ədəbi

  1. Mənim günəşli ölkəm. Yerevan: Haypethrat, 1947, 120 səh;
  2. Gözəllik və səadət nəğmələri. Yerevan: Haypetrat, 1964. 246 səh;
  3. Azadə. Bakı: Azərnəşr, 1964, 48 səh;
  4. Yay gecəsində. Bakı: Gənclik, 1967, 46 səh;
  5. Qəlbimin çırağı. Yerevan: Hayastan, 1975, 154 səh;
  6. Yeddinci övladın anası (rus. Мать седьмого ребенка). Yerevan: Sovetakan qrox, 1982, 215 səh.[8]

Elmi

  1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası (erm. Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ). Yerevan: Haypetrat, 1955, 223 səh;
  2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan: Haypetrat, 1958, 272 səh;
  3. M. Ə. Sabir və erməni xalqı. Yerevan: Ermənistan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1962, 45 səh;
  4. Cəlil Məmmədquluzadə və erməni xalqı (erm. Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը). Yerevan: Hayastan, 1966, 105 səh;
  5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər). Yerevan: Hayastan, 1968, 556 səh;
  6. Nəsimi (erm. Նասիմի). Yerevan: Hayastan, 1973, 56 səh;
  7. "Xatabala" jurnalı Azərbaycan haqqında (erm. "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին). Yerevan: Hayastan, 1974, 40 səh[9];
  8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1974, 131 səh;
  9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1975, 192 səh;
  10. Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980, 166 səh. (həmmüəllif[10]);
  11. Yunis Nuri (rus. Юнус Нури). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1982, 165 səh. (həmmüəllif[11]).

Həmçinin bax

İstinadlar

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974. C. 3. S. 581.
  2. 1 2 XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlan. 2004. səh. 237.
  3. 1 2 İrəvan: Ensiklopedik foto-toplu. Bakı: ADPU-nun nəşriyyatı. 2019. səh. 14.
  4. Nazim Mustafa. "Ədəbi mühit". iravan.preslib.az. 2013. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  5. Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: QƏŞƏM ASLANOV". karabakhmedia.az. 2016-10-05. 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  6. Ermənistan Sovet Ensiklopediyası (erməni). C. III. Yerevan: ESE-nın Baş Redaksiyası. 1977. səh. 581.
  7. Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920—1975). Biblioqrafiya. Bakı: Elm. 1983. səh. 907.
  8. Мать седьмого ребенка : [Повести] / Акпер Ереванлы. - Ереван : Советакан грох, 1982. — 215 с.; 20 см.
  9. "Koha online catalog ՀԱՅ ԳԻՐՔ = Armenian Book". haygirk.nla.am (ingilis). 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  10. "Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. Yerevan: Ermənistan teatr cəmiyyəti. 1980". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  11. "Юнус Нури / Сабир Ризаев, Акпер Ереванлы. - Ереван : АТО, 1982. - 165 с. : 9 л. ил.; 16 см". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.

Read other articles:

Public university in Florence, Italy This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (April 2013) (Learn how and when to remove this template message) University of FlorenceUniversità degli Studi di FirenzeLatin: Florentina Studiorum UniversitasTypePublicEstablished1321; 702 years ago (1321)RectorAlessandra Petrucci[1]Administrative ...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مايو_2012) تصميم غرفة الصف تصميم غرفة الصف يعني الطريقة المثلى لترتيب وبناء المكان الذي يتلقى فيه الناس العلم. لقد استخدم الناس على مرّ التاريخ مبادئ تصميم غرفة الصف بشك...

 

Israeli playwright, writer and theatre director Yehoshuua SobolBorn(1939-08-24)24 August 1939Tel MondEducationThe SorbonneOccupation(s)Playwright, writer and director Yehoshua Sobol, sometimes written Joshua Sobol (Hebrew: יהושע סובול; born 24 August 1939), is an Israeli playwright, writer, and theatre director. Biography Yehoshua Sobol was born in Tel Mond. His mother's family fled the pogroms in Europe in 1922 and his father's family immigrated from Poland in 1934 to escape the Na...

2002 royal tour of Canada by the Queen and the Duke of Edinburgh As we stand on guard in these opening years of the twenty-first century, I see a Canada which is a much respected global player, a major economic force, a valued Commonwealth leader, a great country. It is therefore with special pride that I take this opportunity during my Jubilee year to pay tribute to Canadians everywhere and to thank you for the support and affection you have given to me over these past fifty years. It is a p...

 

У этого термина существуют и другие значения, см. Первая Речка.Первая Речка Характеристика Длина 8,8 км Бассейн 20 км² Водоток Исток   (Т) (B)    • Местоположение западный склон Центрального хребта  • Высота 426,7 м  • Координаты 43°08′15″ с. ш. ...

 

1949 Christmas song by Johnny Marks Rudolph, the Red-Nosed ReindeerGene Autry single coverSingle by Gene AutryB-sideIf It Doesn't Snow on ChristmasPublishedJanuary 12, 1949 (1949-01-12) by John David Marks (self-published)[1] May 9, 1949 by St. Nicholas Music Publishing Co.[1]ReleasedSeptember 1949[2]RecordedJune 27, 1949[2]GenreChristmasLength3:10LabelColumbia 38610Songwriter(s)Johnny Marks Rudolph, the Red-Nosed Reindeer is a song by songwriter...

Railway station in Melbourne, Australia BrunswickPTV commuter rail stationSouthbound view from Platform 2 in April 2022General informationLocationWilkinson Street,Brunswick, Victoria 3056City of Merri-bekAustraliaCoordinates37°46′04″S 144°57′35″E / 37.7677°S 144.9597°E / -37.7677; 144.9597Owned byVicTrackOperated byMetro TrainsLine(s)UpfieldDistance7.31 kilometres fromSouthern CrossPlatforms2 sideTracks2Connections Bus Tram ConstructionStructure typeGroundP...

 

Right-wing populist political party in Germany Alternative for Germany Alternative für DeutschlandAbbreviationAfDCo-leaders Tino Chrupalla Alice Weidel Deputy co-leaders Stephan Brandner Peter Boehringer Mariana Harder-Kühnel Parliamentary leaders Tino Chrupalla Alice Weidel Honorary chairmanAlexander GaulandFoundersAlexander GaulandBernd LuckeKonrad Adam [de]Founded6 February 2013; 10 years ago (2013-02-06)Split fromChristian Democratic Union of GermanyH...

 

Lambang Provinsi Sulawesi Tenggara Peta Lokasi Provinsi Sulawesi Tenggara di Indonesia Peta Lokasi Kabupaten dan kota di Provinsi Sulawesi Tenggara Artikel utama: Daftar kabupaten di Indonesia menurut waktu pembentukan Berikut adalah artikel mengenai Daftar kabupaten dan/atau kota di Sulawesi Tenggara berdasarkan waktu pembentukan yang diurutkan berdasarkan abjad. Referensi berdasarkan Undang-Undang Republik Indonesia yang pertama dikeluarkan saat pembentukan kabupaten/kota tersebut meskipun ...

This article relies excessively on references to primary sources. Please improve this article by adding secondary or tertiary sources. Find sources: Kindermusik – news · newspapers · books · scholar · JSTOR (July 2015) (Learn how and when to remove this template message) Founded in the United States in 1978, Kindermusik is an early childhood education music and movement program for children from infants to 7 years of age (2nd grade in elementary school...

 

For other films named Paprika, see Paprika (disambiguation). 1991 Italian filmPaprikaTheatrical release posterDirected byTinto BrassWritten byTinto BrassBernardino ZapponiBased onFanny Hill1749 novelby John ClelandProduced byAugusto CaminitoStarringDebora CaprioglioStéphane FerraraMartine BrochardStéphane BonnetCinematographySilvano IppolitiMusic byRiz OrtolaniDistributed byVariety DistributionRelease date 13 February 1991 (1991-02-13) Running time111 minutesCountryItalyLangu...

 

Charitable arm of the Academy of Television Arts & Sciences Academy of Television Arts & Sciences FoundationLocation5220 Lankershim Blvd.North Hollywood, Los Angeles 91601-3109Area served Television industryWebsitewww.emmysfoundation.org The Academy of Television Arts & Sciences Foundation is the charitable arm of the Academy of Television Arts & Sciences. The Foundation’s educational and preservation programs include the Summer Internship program, the College Television Awa...

Square in Stockholm, Sweden Sankt Eriksplan seen from Vasaparken Sankt Eriksplan is a square in the district of Vasastaden in Stockholm, Sweden. History Saint Erik's Plaza was called so after King Erik IX who is the patron saint of Stockholm and depicted in the city's coat of arms. Sankt Eriksplan metro station was opened in 1952 and is on the green line between Odenplan and Fridhemsplan. Popular venues close to Sankt Eriksplan include Filadelfiakyrkan ('the Philadelphia Church') which offers...

 

Type of motorcycle Yamaha TZ 350ManufacturerYamahaProduction1973 (TZ 350A) till 1981 (TZ 350 H)ClassGrand Prix motorcycle racingEngine347 cc (21.2 cu in) air-cooled, two-stroke parallel twinBore / stroke64 mm × 54 mm (2.5 in × 2.1 in)Top speedover 289 km/h (180 mph)Power60 bhp (45 kW) @ 9,500 rpm (A) to 72 bhp (54 kW) @ 11,000 rpm (H)Torque35 N⋅m (26 lbf⋅ft) @ 9,440 rpmTransmission6-speed...

 

Rapid transit line under construction in Toronto Ontario LineOverviewStatusUnder constructionOwnerMetrolinxLocaleToronto, OntarioTermini Science Centre Exhibition Stations15ServiceTypeRapid transit[1][2][3][4]SystemToronto subwayHistoryPlanned opening2031 (8 years' time) (2031)[5]TechnicalLine length15.6[6] km (9.7 mi)Track gauge1,435 mm (4 ft 8+1⁄2 in) standard gaugeElectrificationOverhead line,...

British TV series or programme Long Lost FamilyGenreDocumentaryPresented byDavina McCallNicky CampbellCountry of originUnited KingdomOriginal languageEnglishNo. of series12 (regular)6 (revisited)3 (without trace) 1 (switched at birth)No. of episodes79 (regular)19 (revisited)6 (without trace) 1 (switched at birth)ProductionProducersJuliet SingerThea HicksonRunning time60 minutes (inc. adverts)Production companyWall to WallOriginal releaseNetworkITVRelease21 April 2011 (2011-04-21)...

 

1940 film Covered Wagon DaysFilm posterDirected byGeorge ShermanWritten byWilliam Colt MacDonaldEarle SnellProduced byHarry GreyStarringRobert LivingstonRaymond HattonDuncan RenaldoCinematographyWilliam NobblesEdited byBernard LoftusDistributed byRepublic PicturesRelease date April 22, 1940 (1940-04-22) Running time56 minutesCountryUnited StatesLanguageEnglish Covered Wagon Days is a 1940 American Western Three Mesquiteers B-movie[1] directed by George Sherman. Plot Thi...

 

Injustice: Gods Among Us Información generalDesarrollador NetherRealm StudiosDistribuidor Warner Bros. Interactive EntertainmentDirector Ed Boon Datos del juegoGénero LuchaAcciónDistopíaSuperhéroesIdiomas inglés, francés, italiano, alemán, español, polaco, portugués brasileño y ruso Obras derivadas Injustice: Gods Among Us e Injustice Modos de juego Un jugadorMultijugadorClasificaciones ESRBPEGICEROUSKBBFCDatos del softwareMotor Unreal Engine 3[1]​Plataformas PlayStation 3Pla...

Maria Luísa Princesa de Hanôver Nascimento 11 de outubro de 1879   Gmunden, Império Austro-Húngaro Morte 31 de janeiro de 1948 (68 anos)   Salem, Baden-Württemberg, Alemanha Nome completo   Maria Luísa Vitória Carolina Amélia Alexandra Augusta Frederica Marido Maximiliano de Baden Descendência Maria Alexandra Bertolo Casa Hanôver Pai Ernesto Augusto, Príncipe Herdeiro de Hanôver Mãe Tira da Dinamarca Maria Luísa Vitória Carolina Amélia Alexandra Augus...

 

Cette page est une très courte ébauche oubliée. À l'instar du célèbre « Une pomme est un fruit » qui a marqué l'histoire de Wikipédia, n'hésitez pas à la développer (comment ?) Vous pouvez également enrichir les pages proposées dans la rubrique « Pommes à croquer » du bistro du jour. Cet article est une ébauche concernant une localité albanaise. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations de...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!