41°16′31″ şm. e. 28°45′07″ ş. u.HGYO
İstanbul Yeni Hava Limanı (türk. İstanbul Yeni Havalimanı) — İstanbulun Avropa tərəfində Arnavutköydə yerləşir və hal-hazırda tikilir.
Aeroportun dünyanın ən böyük aeroportu olmağı planlaşdırılır,[2] bir ilə 150 milyon sərnişin daşıması nəzərdə tutulur və əgər ehtiyac olarsa, gələcəkdə bu rəqəmin 200 milyona qədər sərnişin daşımaq üçün genişləndirilməsi mümkündür. Aeroportun planlaşdırılmasının səbəbi, digər İstanbul aeroportlarının böyüyən tələbata cavab verə bilməməsidir.[3] Bu aeroport İstanbulda yerləşən 3-cü aeroport olacaq. Atatürk Hava Limanı yeni aeroport istifadəyə verildikdən sonra bağlanacaq[4] və onun IST kodu yeni aeroporta veriləcək.[5]
2018-ci ilin aprel ayı üçün olan məlumata görə tikinti işlərinin 85%-i tamamlanıb.[6] Aeroportun açılışı 29 oktyabr 2018-ci il tarixinə planlaşdırılıb. İlk test enişi 26 fevral 2018-ci il tarixinə planlaşdırılsa da, bu baş verməyib.[7]