İrbis

İrbis
Elmi təsnifat
Beynəlxalq elmi adı

İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır.

Ölçüləri

103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur. Əzaları qısadır. Başı nisbətən kiçik, yumruvaridir. Quyruğu çox uzundur. Tük örtüyü hündür və yumşaqdır. Rəngi, hiss çalarlı bozdur, bəzən demək olar ki ağdır. Əsas fonda iri həlqəvari və qara ləkələr səpələnib. Quyruğu boyu eninə tam olmayan üzükvari ləkələr yerləşir. Yanları belindən açıqdır, qarnı isə demək olar ki ağdır. Yay vaxtı rəngi daha açıq olur.

Areal

Areal Qobi və Monqol Altayını, Xanqayı, Tibeti, Himalayı, Hindukuşu, Əfqanıstanı əhatə edir. Şimalda Türküstan dağlarını: Pamir, Tyan-Şan, Cunqar Alatausu, Tarbaqatay, Sauru, Altayın cənubunu əhatə edir. Adətən 1800-3500 m hündürlükdə dağlarda yaşayırlar. Yazda və yayın əvvəlində meşə zolaqlarında, çayların vadilərində və qobularda tez-tez rast gəlmək olar. Yayda subalpik və alpik zolaqlarda, qaya çıxışlarında qalırlar. Qışda dağətəyinə qədər, meşə zolağının yuxarı sərhədinə qədər düşürlər. Azərbaycanda Lerik dağlarında və Naxçıvan ərazisində fotoqapanlara düşmüşdür.

Qidalanması

Əsasən dağ keçilərlə, qaban, arxar, eləcə də dovşan, kəklik, dağ sıçanı və ularlarla qidalanırlar.

Cütləşmə və laktasiya

Dişilərdə qızışma fevralda-martda baş verir. Boğaz olma vaxtı 93-110 gün. Dişi mayda-iyunda 1-5, adətən 2-3 bala gətirir. Laktasiya 3-4 aydır. Dişilər 2-3 yaşında cinsi yetkinliyə çatır. Dişi balalarla bir ilə yaxın olur. 15 il yaşayırlar.

Düşmənləri

Canavarlar, itlər, arealın cənubunda - bəbir.

Sayı

Qırğızıstandan 500, Tacikistanda 200, Özbəkistanda - 50. Altayda 40, Tuvada 10-15. Sayının azalması insan tərəfindən təqib edilməsi ilə bağlıdır(uzun müddət irbisi maldarlığa ziyan vuran heyvan hesab edirdilər). Hindistanda, Monqolustanda, Pakistanda, Nepalda qanunla qorunurlar. Qırğızıstanda və Qazaxıstanda Çatkal, Ağsu-Cabaqlı, Ramit, Beş-Aral, Sarı-Çelek, Almata qoruqlarında saxlanırlar.

İstinadlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!