İranda azərbaycanlıların etiraz aksiyaları (2015)

İranda azərbaycanlıların etiraz aksiyaları (2015)
Yer İran İran
Tarix 9-11 noyabr 2015-ci il
Səbəb KİV-də azərbaycanlıların təhqir edilməsi.
Əsas məqsəd Etnik dəyərlərin qorunması.
Nəticə
  • İRİB rəhbəri Məhəmməd Sərəfraz üzr ictimaiyyət qarşısında məsələ ilə bağlı üzr istəyib.
  • Kanalın verilişlərə cavabdeh əməkdaşı qovulub.
  • "Fitilehha" verilişinin fəaliyyəti dayandırılıb.
Təşkilatçılar İran azərbaycanlıları
Həlak olanlar 4 mülki şəxs
Yaralananlar 100-dən çox mülki şəxs
Həbs olunanlar 47 nəfər

İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları.

Arxa plan

2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən ana dilində danışanların əsasında İran azərbaycanlılarının (Türklərin) məskunlaşdıqları ostanlar və həmin ostanlarda onların əhali içində nisbətləri.

İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb[1]. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur[2]. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir[3]. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur[4]. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30–40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır. Bundan başqa Tehran şəhərində ikinci ən çox danışılan dil Azərbaycan türkcəsidir. Tehran ətrafı Kərəc şəhərinin də əksəriyyəti azərbaycanlılardan ibarətdir.

İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı.[5] Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir:[6]

" İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı tərcih edərlər.Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız ?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur. "

Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla Azərbaycan türkü isə öldürülmüşdür.[7] Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.[8]

Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, SulduzMərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.[9][10][11]

Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır.[12] Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır.[12] Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.[12]

2014-cü ildə ABŞ hökumətinin insan haqqları ilə bağlı yayımlanan hesabatında İranda yaşayan azərbaycanlılar hökuməti diskriminasiyada, ana dilinin məktəblərdə istifadəsinə qadağa qoymaqda, azərbaycanlı aktivistlərin təqiblərində və azərbaycan coğrafi adlarının dəyişdirilməsində günahlandırırlar[13].

Səbəb

İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və hoteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir[14]. Veriliş zamanı həmçinin "azərbaycanlı uşaqlardan çox pis iy gəlir, onların azğından həmişə iy gəlir, çünki onlar diş fırçasını tualet fırçası ilə səhv salırlar".[15]

Etiraz aksiyaları

İlk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib. Tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşıblar. Onlar "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib. Daha sonra etirazların Təbriz, Xoy, Marağa, ZəncanTehran şəhərlərinə də yayılıblar. Etirazçılar Tehranda Topxana meydanında, Təbrizdə Osdandari və Rasta küçələrində, Urmiyada Sərdaran, Əyalət, Xəyyam küçələrində Zəncanda isə İnqilab meydanında yürüş keçirmişdilər.[16]

Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb. Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində polis və təhlükəsizlik qüvvələrinin etirazçılara hücumu zamanı aksiyada iştirak edən Əli Əkbər Murtaza oğlu yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.[17]

Ərdəbildə baş tutan etiraz aksiyası polis tərəfindən vəhşicəsinə dağıdılıb. Eləcə də 10 noyabr tarixində Təbriz universitetinin tələbələri etiraz aksiyası keçiriblər.[18]

Şahidlərin sözlərinə görə Təbrizdə polis göz yaşardıcı qazdan istifadə edərək kütləni dağıtmağa çalışırdı, Sirahi-Əmin qovşağında mülki geyimli şəxslər qadınlara hücum edərək onları döydükdən sonra havaya güllə atmağa başlayıblar. Urmiyada isə şəhərin əsas prospekti və bazar bağlanmışdı, nəticədə insanlar bazardan çıxa bilmirdilər. Eyni zamanda toqquşmalar Meşkin şəhərində də baş vermişdi, insanlar burada "Haray haray mən türkəm", rasizmə ölüm" və başqa şüarlar səsləndirmişdilər.[16]

11 noyabr tarixində 47 nəfər həbs edilmiş, onlardan 14-ü Urmiya şəhərində tutulmuşdular.[16]

Digər ölkələrdə etirazlar

Xarici video
Milliyyətçi Gənclər Təşkilatının İran səfirliyi önündə keçirdikləri etiraz aksiyası Fayl:Logo of YouTube (2015–2017).svg

Müxtəlif ölkələrdə yerləşən İran səfirliklərinin qarşısında orada yaşayan azərbaycanlılar tərəfindən etiraz aksiyaları keçirilib.[15]

Noyabrın 10-da Milliyyətçi Gənclər Təşkilatı tərəfindən Bakıdakı İran səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir. Aksiyaçılar səfirliyə qətnamə təqdim edərək yalnız polis müdaxiləsindən sonra etirazı sonlandırıblar[19].

Noyabrın 14-də bir qrup aktivist İranın İstanbuldakı baş konsulluğunun qarşısında İran dövlət televiziyasında azərbaycanlıların milli hisslərinin təhqir olunmasına görə etiraz aksiyası keçirdilər[20].

Noyabrın 15-də Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan azərbaycanlılar irqçilik və ayrı-seçkiliyə qarşı şüarlar yazılmış plakatlarla Vankuver şəhər mərkəzində piket keçiriblər.[21] Piketə Azərbaycan türkləri ilə yanaşı, Türkiyə türkləri və uyğurlar da qoşulublar. İştirakçılar Cənubi Azərbaycanda baş verən etirazlara dəstək olduqlarını bildiriblər. Üzərində "İranda türklərə qarşı irqçiliyə son qoyun", "Biz türkcənin İranda rəsmi dil olmasını tələb edirik", "İran məktəblərində türk dili üzərindəki yasağı qaldırın", "İranda türk fəalların təqibinə son qoyun" yazılmış plakatları qaldıran iştirakçılar həm də piketin keçirildiyi ərazidə olan şəhər əhalisinə mitinq bəyanatı yazılmış vərəqələr paylayıblar.[21]

Noyabrın 17-də isə Türkiyənin QarsƏrdahan şəhərlərində ultrasağçı "İdealistlər" təşkilatı etiraz aksiyaları keçirib[22].

Nəticə

Xarici video
IRIB rəhbəri Məhəmməd Səfərazın üzr istəməsi ilə bağlı İran telekanalında efirə gedən reportaj Fayl:Logo of YouTube (2015–2017).svg

9 noyabr tarixində IRIB rəhbəri Məhəmməd Sərəfraz özünün də bildirdiyi kimi azərbaycanlıları təhqir edən epizoda görə görə üzr istəyib. Səfəraz söz verib ki verilişin prodüserləri çox sərt şəkildə cəzalandırılacaqlar. Eyni zamanda IRIB kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davud Neməti-Anarki də verilişə görə üzr istəyib[23].

Nəticə olaraq 12 ildir yayımlanan "Fitilehha" verilişinin yayımı dayandırılıb.[24] Və bütün çəkiliş heyəti cəzalandırılıb.

Həmçinin bax

İstinadlar

  1. Azerbaijani Arxivləşdirilib 2020-05-27 at the Wayback Machine // Encyclopaedia Britannica
  2. Avraham Sela. The Continuum Political Encyclopedia of the Middle East. Bloomsbury Academic. 2002. səh. 197. ISBN 0-8264-1413-3.
  3. Minahan, James (2002). Encyclopedia of the Stateless Nations: S-Z. Greenwood Publishing Group. p. 1765. ISBN 978-0-313-32384-3 "Approximately (2002e) 18,500,000 Southern Azeris in Iran, concentrated in the northwestern provinces of East and West Azerbaijan. It is difficult to determine the exact number of Southern Azeris in Iran, as official statistics are not published detailing Iran's ethnic structure. Estimates of the Southern Azeri population range from as low as 12 million up to 40% of the population of Iran – that is, nearly 27 million…"
  4. Southern Azerbaijan Arxivləşdirilib 2016-11-29 at the Wayback Machine // UNPO
  5. "Iranian Azerbaijan and the Cartoon Cockroach Controversy". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  6. "İran'da Türklerin 'Edalet Teleb' May 2006 Üsyanları". 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  7. Amnesty International. Iran, Annual Report, 2007 Arxiv surəti 13 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
  8. "Iran Says 330 Arrested Over Recent Cartoon Unrest". RadioFreeEurope/RadioLiberty. June 22, 2006. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2017.
  9. Wood, Graeme. "Iran: A Minority Report". The Atlantic (ingilis). 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  10. Ali M. Koknar. "Iranian Azeris: A Giant Minority". www.washingtoninstitute.org (ingilis). June 6, 2006. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  11. "İran ile Azeriler arasında karikatür krizi". 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  12. 1 2 3 "Güney Azərbaycanda baş vermiş "May Qiyamı"ndan 12 il ötü". 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  13. "Iran's Azeris protest over offensive TV show" (ingilis) (9). BBC. 2015. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  14. "İran azərbaycanlıları nəyə etiraz edir?". 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  15. 1 2 "Что вызвало бурю протестов иранских азербайджанцев". Sputnik. 11. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  16. 1 2 3 "İranda etirazlar qızışır – Polis azərbaycanlı qadınları döydü" (az.) (11). 7news.az. 2015.[ölü keçid]
  17. "В Иране продолжаются протесты: Убит азербайджанец" (10). baku.ws. 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  18. "В Иране проходят массовые протесты азербайджанцев" (10). politeka.net. 2015.[ölü keçid]
  19. "Акция протеста перед Посольством Ирана в Баку". haqqin.az. 10. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  20. "В Стамбуле прошла акция против оскорбления азербайджанских тюрков в Иране". aa.com.tr. 14. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  21. 1 2 Quluncu, Əlirza. "Vankuverdə aksiya: "İran türklərinin yanındayıq" [Fotoqalereya]". Amerikanın Səsi (az.). 2015-11-16. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  22. "В Турции прошли акции протеста против оскорбления южных азербайджанцев". vesti.az. 17. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  23. Frud Bezhan. "Azeris Hold Protests In Iran Over Racial Slur" (ingilis) (9). Радио «Свобода». 2015. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  24. Frud Bezhan. Azeris Hold Protests In Iran Over Racial Slur Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine // Radio Free Europe. — 2015. — 9 November.

Xarici keçidlər

Read other articles:

Komako Hara原駒子 Komako Hara en Hakuchō himon (1932)Información personalNombre de nacimiento Komako KuragataNombre en japonés 原駒子 Nacimiento 6 de febrero de 1910Prefectura de KanagawaFallecimiento 28 de diciembre de 1968 (58 años)Nacionalidad JaponesaFamiliaCónyuge Mitsusaburō Ramon Información profesionalOcupación Actriz de cine[editar datos en Wikidata] Komako Hara (原駒子, Hara Komako?, 6 de febrero de 1910 – 28 de diciembre de 1968) fue una ...

 

Mapa que muestra las instalaciones de la línea Schuster La línea Schuster (en luxemburgués: Schuster-Linn) era una línea de barreras y barricadas erigidas por el gobierno de Luxemburgo a lo largo de sus fronteras con Alemania y, en menor medida, Francia poco antes de la Segunda Guerra Mundial. La línea lleva el nombre de Joseph Schuster, ingeniero jefe de puentes y carreteras de Luxemburgo, responsable de su construcción.[1]​ La línea Schuster constaba de cuarenta y un juegos de ...

 

Марк Веттулен Цивіка Барбарлат. Marcus Vettulenus Civica BarbarusНародився 125(0125)Помер після 168Підданство Римська імперіяДіяльність політик, військовий діячЗнання мов латинаПосада консулТермін 157 рікПопередник Квінт Канузій ПренесцінНаступник Гай Целій СекундБатько Секст Веттулен ...

Rolf Graf (1956) Rolf Graf (* 19. August 1932 in Eppenberg; † 18. Januar 2019 in Baden) war ein Schweizer Radrennfahrer. Sportliche Laufbahn Rolf Graf galt nach Ferdy Kübler, dessen Protégé er war, und Hugo Koblet als der stärkste Schweizer Rennfahrer der 1950er Jahre. Er war Profi von 1953 bis 1963. In dieser Zeit wurde er dreimal Schweizer Strassenmeister, gewann 1956 die Tour de Suisse und zahlreiche andere Rennen, darunter 1954 Gent–Wevelgem und 1956 den Trofeo Baracchi mit André...

 

?Амарсип Біологічна класифікація Домен: Ядерні (Eukaryota) Царство: Тварини (Animalia) Тип: Хордові (Chordata) Клас: Променепері (Actinopterygii) Ряд: Скумбрієподібні (Scombriformes) Підряд: Строматеєвидні (Stromateoidei) Родина: Амарсипові (Amarsipidae)Haedrich, 1969 Рід: Амарсип (Amarsipus)Haedrich, 1969 Вид: Амарсип Б...

 

Cet article est une ébauche concernant la sécurité, l'Oise et la prison. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations des projets correspondants. Centre pénitentiaire de Liancourt Localisation Pays France Région Hauts-de-France Département Oise Ville Liancourt Coordonnées 49° 20′ 02″ nord, 2° 28′ 33″ est Géolocalisation sur la carte : Oise Centre pénitentiaire de Liancourt Géolocalis...

National Music Publishers' AssociationFormation1917; 106 years ago (1917)TypeTrade associationLocationWashington, D.C.President and CEODavid Israelite[1]Board of DirectorsJon PlattCaroline BienstockJody GersonJake WiselyNeil GillisJustin KalifowitzGolnar KhosrowshahiJody KleinChip McLeanLeeds LevyCarianne MarshallRalph Peer, IILaurent HubertIrwin Z. RobinsonKenny MacPhersonKeith HauprichMike MolinarMarti CuevasLiz RoseRoss GolanWebsitenmpa.org The National Music Publ...

 

Melodifestivalen 2001 Daten zur Vorentscheidung Land Schweden Schweden Ausstrahlender Sender SVT1, Sveriges Radio P4 Produzierender Sender SVT Ort Malmö Arena, Malmö Datum 23. Februar 2001 Uhrzeit 20:00 Uhr (MEZ) Dauer ca. 120 Minuten Teilnehmerzahl 10 Zahl der Beiträge 10 Abstimmung 50 % nationales Juryvoting,50 % Televoting Pausenfüller Roxette: The Centre of the Heart (Is a Suburb to the Brain) (M/T: Per Gessle)[1], Anders Berglund Moderation Henrik OlssonJosefin...

 

Bagian dari seri Gereja Katolik tentangAdorasi EkaristiMonstrans surya untuk penakhtaan Ekaristi. Dokumen kepausan Mirae caritatis Dominicae cenae Mysterium fidei Mediator Dei Ecclesia de Eucharistia Sacramentum caritatis Organisasi dan peristiwa Kongregasi Sakramen Mahakudus Abdi Sakramen Mahakudus Penyembah Abadi Perhimpunan Tabernakel Kongres Ekaristi Tokoh terkemuka St. Fransiskus dari Assisi St. Petrus Eymard St. Yohanes Maria Vianney Marie Tamisier Leo Dupont Uskup Agung Fulton J. Sheen...

Jessie AndrewsAndrews, Januari 2015Lahir22 Maret 1992 (umur 31)Miami, Florida, A.S.[1]Pekerjaanpemeran pornografi, producer, model, designer, DJTahun aktif2010–2015 (actress)[2]2012–present (designer)Karya terkenalPortrait of a Call GirlTinggi5 ft 8 in (1,73 m)Situs webjessieandrewsofficial.com Jessie Andrews (lahir 22 Maret 1992)[2] adalah mantan pemeran pornografi, perancang busana, produser, model, dan DJ asal Amerika Serikat.[3]...

 

2017 American filmWelcome to My LifeTheatrical posterDirected byAndrew SandlerProduced by Chris Brown Andrew Listermann Starring Chris Brown Mary J. Blige Jennifer Lopez Rita Ora DJ Khaled Jamie Foxx Mike Tyson Usher Tyga Stephen Hill Mark Pitts Terrence Jenkins Mark Geragos Music byKevin LaxProductioncompanyGravitas VenturesDistributed byRiveting EntertainmentRelease date June 7, 2017 (2017-06-07) (United States) Running time95 minutesCountryUnited StatesLanguageEnglish We...

 

Monarch's speech outlining governmental agenda and opening the legislative session For the UK ceremony at which the speech from the throne takes place, see State Opening of Parliament. For the Christmas Day broadcast, see Royal Christmas Message. For extraordinary royal addresses to the United Kingdom, see Royal address to the nation. For other royal addresses, see Royal address (disambiguation). Charles III reading the speech from the throne at the 2023 State Opening of Parliament in the Uni...

一般県道 三重県道169号玉城南勢線 サニーロード 路線延長 17.819km 制定年 1996年 起点 度会郡玉城町 主な経由都市 伊勢市 終点 度会郡南伊勢町 接続する主な道路(記法) 国道260号 ■テンプレート(■ノート ■使い方) ■PJ道路 三重県道169号玉城南勢線、度会郡南伊勢町船越にて 三重県道169号玉城南勢線(みえけんどう169ごう たまきなんせいせん)は三重県度会郡玉城...

 

Dionne Warwick discographyStudio albums40Live albums5Compilation albums25Singles96 Dionne Warwick is an American singer. She has charted 69 times on the US Billboard Hot 100 singles chart, making her the second-most charted female vocalist during the rock era (1955–2010), after Aretha Franklin.[1] Warwick has sold over 100 million records (over 75 million singles and 25 million albums) worldwide.[2] She has charted 18 songs in the top 20 of the US Hot 100 and charted several...

 

Fajar Gegana ꦥ꦳ꦗꦂ​ꦒꦺꦒꦤWakil Bupati Kulon ProgoMasa jabatan11 Juni 2020 – 22 Mei 2022Penguasa monarkiHamengkubuwana XPresidenJoko WidodoGubernurHamengkubuwana XPendahuluSutedjo Informasi pribadiLahir12 Mei 1987 (umur 36)Kulon Progo, Daerah Istimewa YogyakartaKebangsaanIndonesiaPartai politikPartai Demokrasi Indonesia PerjuanganProfesiWirausahaSunting kotak info • L • B Fajar Gegana (Aksara Jawa :ꦥ꦳ꦗꦂ​ꦒꦺꦒꦤ, lahir 12 Mei 1987) ada...

Южноамериканский кубок КОНМЕБОЛCONMEBOL Sudamericana Основан 2002 Регион Южная Америка (КОНМЕБОЛ) Число участников 39 Действующий победитель ЛДУ Кито (2) Наиболее титулован Бока Хуниорс Индепендьенте Атлетико Паранаэнсе Индепендьенте дель Валье ЛДУ Кито (по 2) Сайт www.conmebol.com Сезон 2023...

 

Частина інформації в цій статті застаріла. Ви можете допомогти, оновивши її. Можливо, сторінка обговорення містить зауваження щодо потрібних змін. (лютий 2014) У цій статті відсутній вступний розділ, що має містити визначення предмета і стислий огляд найважливіших аспек...

 

Daftar keuskupan di Ceko adalah sebuah daftar yang memuat dan menjabarkan pembagian terhadap wilayah administratif Gereja Katolik Roma yang dipimpin oleh seorang uskup ataupun ordinaris di Ceko. Para uskup di wilayah Ceko bergabung dalam Konferensi Waligereja Ceko. Saat ini terdapat 9 buah yurisdiksi, di mana 2 merupakan keuskupan agung, 6 merupakan keuskupan sufragan, dan 1 merupakan eksarkat apostolik. Daftar keuskupan Provinsi Gerejawi Olomouc Keuskupan Agung Olomouc: Jan Graubner Uskup Au...

1991 American filmMotoramaMotorama DVD coverDirected byBarry ShilsWritten byJoseph MinionProduced byDonald P. BorchersStarringMartha QuinnFleaMichael J. PollardMeat LoafDrew BarrymoreGarrett MorrisJordan Christopher MichaelCinematographyJoseph YacoeEdited byPeter H. VerityMusic byAndy SummersDistributed byTwo Moon ReleasingRelease date September 10, 1991 (1991-09-10) Running time90 minutesCountryUnited StatesLanguageEnglishBox office$10,535 (US)[1] Motorama is a 1991 Am...

 

Тридцятилітня війна Австрійсько-французькі війни Дата: 1618 – 1648 Місце: Центральна Європа Результат: Вестфальський мир Сторони Протестанти Саксонія Нідерланди Бранденбург Богемія Пфальц Данія-Норвегія Швеція Франція за підтримки: Османи Московське царство Католики Імп...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!