Əziz Əliyev Muzeyi – Azərbaycanın Xaçmaz şəhərində yerləşən xatirə muzeyi. Azərbaycan dövlət xadimi Əziz Əliyevə həsr olunmuşdur.
Tarixi
İlk Əziz Əliyev Muzeyi 28 dekabr 2007-ci ildə açılmışdır.[1] Lakin muzeyin vəziyyəti pis olduğu üçün yenidən yaradılmasına qərar verilmişdir.[2]
Yeni muzey binasının tikintisinə 2013-cü ilin avqustunda başlanmışdır. Muzeyin təşkilində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları köməklik göstərmişdirlər. Açılış mərasimi 25 dekabr 2013-cü ildə baş tutmuşdur. Mərasimində Dağıstan Respublikasından gələn 30 nəfərlik nümayəndə heyəti və Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev iştirak etmişdir.[3]
Əziz Əliyev həm Azərbaycanda, Dağıstan Respublikasındakı siyasi və ictimai fəaliyyəti ilə tanınmışdır. Muzeyin Xaçmaz rayonunda yaradılmasının səbəbi rayonun Dağıstan Respublikası ilə həmsərhəd olması və Dağıstandan gələcək ziyarətçilərin rahatlığını təmin etməkdir.[3]
Xüsusiyyətlər
Muzey binası daş üzlüklə üzlənmiş binada yerləşir. Muzeyin qarşısında Əziz Əliyevin büstü qoyulmuşdur. Sahəsi 400 m² olan muzey 1 zal və 2 otaqdan ibarətdir.[3][4] Muzeydə Əziz Əliyevin uşaqlıq, gənclik, tələbəlik, İkinci Dünya müharibəsi illərini, Ə. Əliyevin Dağıstanda siyasi fəaliyyətini əks etdirən 150-ə yaxın foto, rəsmi sənəd və eksponat sərgilənir.[4]
İstinadlar