Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid.
1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi.[1] Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi.[1][2] Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi.[2] 1878-ci ilin may ayının 13[q 1]-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi.[2] Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir.[2]