Əlinin qətli

Əlinin qətli
"İmam Əlinin şəhadəti" əsəri. Müəllif, Yusif Əbdinicat
Hücum yeri Böyük Kufə məscidi, Kufə, Raşidi xilafəti (indiki İraq)
32°01′43″ şm. e. 44°24′03″ ş. u.HGYO
Hücum hədəfi Əli ibn Əbu Talib
Vaxt 26 yanvar 661 (661-01-26)
Hücum üsulu siyasi sui-qəsd
Silah zəhərli qılınc
Həlak olanlar Əli
Qatil sayı 1
Qatillər Əbdürrəhman ibn Mülcəm
Əli

Əlinin qətli və ya Əlinin öldürülməsixarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsiŞiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,[1]:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir.[2] O, ÖmərOsmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir.

Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra[3] onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.[4]:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.[1]:260–261

İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər. Əlini öldürmək üçün yola düşən ibn Mülcəm Kufə şəhərinə doğru gedir. O, orada qardaşı və atası Nəhrəvanda ölən bir qadına aşiq olur. Qadın onunla evlənməyə razı olur, ancaq bir şərtlə ki, o, Əlini öldürsün. Çox keçməmiş, Əli Böyük Kufə məscidində namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsi alır. İbn Mülcəm Əlinin ölümündən sonra Həsən ibn Əli tərəfindən islamın qisas institutuna uyğun olaraq edam edilir.[5]

Zəmin

Əlinin öldürülməsinə gətirib çıxaran hadisələr islam peyğəmbəri Məhəmmədin ölümünə qədər gedib çıxır. Məhəmməd öldükdən sonra müsəlman icması ümmətin rəhbərliyinin varisinin kim olması ilə bağlı mübahisə edir. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.[1]:30–32 Sünni müsəlmanlar Məhəmmədin davamçı seçmədiyinə inanır, ancaq şiə müsəlmanlar inanır ki, Allah Qədiri-Xum hadisəsində Əlini Məhəmmədin varisi təyin edir.[6]:43–48[7]:193–194 Əbu Bəkrin ardınca hakimiyyətə 644-cü ildə öldürülən Ömər gəlir. Ömərin ölümündən sonra Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ilə Osman ibn Əffan xəlifəliyə namizəd oldular. Osman seçki şurası tərəfindən xəlifə seçilir. Onun 656-cı ildə ölümündən sonra isə Əli xəlifə seçilir.[7]:203–204

Əlinin xilafəti İlk fitnə ilə üst-üstə düşmüşdü.[3] O, Osmanın ölümündən beş gün sonra dördüncü Raşidi (mənası – "doğru idarə edilən") xəlifə seçilsə də, hakimiyyəti dövründə müqavimətlə qarşılaşdı. Əlinin hakimiyyəti dövründə Aişə, TəlhəZübeyr Məkkə şəhərində ona qarşı üsyan qaldırır, digər tərəfdən isə Levant valisi I Muaviyə yeni xəlifə kimi ona sədaqət andı verməkdən imtina edir. Beləliklə, xəlifə məqamının varisliyi uğrunda xilafət daxilində vətandaş müharibəsi baş verdi. Əli ilk qələbəsini 656-cı ildə baş vermiş Cəməl döyüşündə Məhəmmədin xanımı Aişə və digər səhabələrə qarşı qazanmışdır. O, daha sonra 657-ci ildə Siffeyn döyüşündə Muaviyə və onun ordusu ilə vuruşur. Döyüşün nəticəsi olmadığına görə Əli Muaviyə ilə arbitraja razılıq verdi. Lakin arbitrajın da heçbir nəticəsi olmur və döyüş sona yetir.[7]:203–204

Əlinin Siffeyndə I Muaviyə ilə arbitraja razılaşmasından sonra onun ordusunun içərisindən daha sonra xaricilər adlandırılan bir qrup ortaya çıxdı. Onlar din mövzusunda insanın mühakiməsinə qarşı çıxır və "mühakimə sadəcə Allaha məxsusdur" şüarından istifadə edirdilər.[4]:390 Xaricilər 658-ci ildə sədaqət andlarını pozaraq üsyan qaldırdılar və onlara qoşulmayan hər müsəlmanı öldürəcəklərini bəyan etdilər. Əli onları Nəhrəvan döyüşündə məğlub etdi. Xaricilərin öldürülməsi Əlinin xilafəti dövründəki "ən problemli hadisə" idi, çünki onlar Əlinin Muaviyə ilə olan müharibəsində onun ən güclü müttəfiqləri idilər.[1]:261

Bu dövrdə xaricilərdən ibn Mülcəm, əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi[a] Məkkə şəhərində görüşürlər. Hər üçü Həcc ziyarətindən sonra uzun müzakirələr apararaq qərara gəlirlər ki, müsəlmanların o dövrdəki vəziyyətinin səbəbkarı "xətalı hesab etdikləri" Əli, MuaviyəƏmr ibn Asdır. Onlar həmçinin "Nəhrəvanda öldürülmüş yoldaşlarının intiqamını almaq üçün" bu hər üç şəxsi öldürməyə and içirlər. Onlar sui-qəsd tarixi təyin edirlər və sui-qəsdçilər hər biri öz qurbanını seçir.[8]

Əlinin öz taleyi ilə bağlı proqnozu

Əlinin sui-qəsdə uğramasından uzun müddət əvvəl öz taleyindən xəbərdar olması ilə bağlı rəvayətlər iki növdür. Bu öncədəngörmə onun öz "intuisiyası" və ya Məhəmməd vasitəsilə baş vermişdir. Əlinin "başından axan qanına" bulaşmış saqqalı haqqında Məhəmməddən və ya Əlinin özündən nəql edilən çox sayda hədis mövcuddur. Belə ki, qatil zəhərli qılıncla Əlinin başına zərbə endirmişdir. Başqa bir hədisə görə isə Məhəmməd, "qədimlərin ən zalımı Saleh peyğəmbərin dəvəsini öldürən, indiki insanların ən zalımı isə Əlini öldürəndir" demişdir. Həmçinin hədislərdə sui-qəsd gecəsi Əlinin onu gözləyən taleyin nəhayət gerçəkləşəcəyini söyləməsi[5] və evinin həyətindəki ördəklərin Əlinin paltarının ətəyindən tutub, məscidə getməsinə mane olmaları haqqında məlumatlar mövcuddur.[9]

Sui-qəsd

Əli sui-qəsdə uğrayarkən Böyük Kufə məscidində sübh namazına rəhbərlik edirdi

Əli ibn Əbu Talib əslən Misirdənxaricilərdən olan Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir. İbn Mülcəm atası tərəfdən əslən Himyardan idi, ancaq anası tərəfdən olan qohumluq əlaqələrinə görə Muradilərdən sayılırdı. Həmçinin Kindədən olan Bəni Cəbalə ilə də qohumluq əlaqələrinə malik idi. O, Kufəyə Nəhrəvanda öldürülən xarici liderlərinin intiqamını almaq üçün Əlini öldürmək məqsədilə getmişdir.[1]:308

İbn Mülcəm Kufədə Tayn əl-Ribab qəbiləsindən olan bir qrup insana rast gəldi. Onlar Əlinin ordusu tərəfindən Nəhrəvanda öldürümüş qohumları üçün yas tuturdular. Onların arasında Qutam adlı bir qadın da var idi.[5] Din xadimi Əli əs-Sallabiyə görə, ibn Mülcəm Qutamı gördüyü an "ağlını itirir" və şəhərə gəlmək səbəbi olan "vəzifəsini yaddan çıxarır". O, Qutama evlilik təklifi edir. Qutam ondan "ağrılarının sağalması" üçün mehriyyə kimi[10] "üç min dinar pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin ölümünü" istədi. Qutam da Əlidən intiqam almaq istəyirdi, çünki onun atası və qardaşı Nəhrəvan döyüşündə Əlinin qoşunları tərəfindən öldürülmüşdü.[11]:79 İbn Mülcəm Şəbib ibn Bücra adlı şəxsi Əlini öldürməkdə kömək etməsi üçün razı saldı. Şəbib ibn Bücradan başqa Vərdan ibn Məcalid adlı şəxs də ibn Mülcəm ilə ortaq idi.[1]:308 Sui-qəsdçilər Əlinin daxil olacağı məscid qapısının qarşısında dayandılar.[5]

Əli ramazan ayının 19-da (və ya 17-də[1]:308), cümə günündə sübh namazı qılmaq üçün Kufə məscidinə daxil olur.[12][13] Əli ibadət zamanı Ənbiyə surəsinin ayələrini oxuyarkən[14]:54 və ya məscidə daxil olandan[2][15] sonra ibn Mülcəm zəhərli qılınc ilə onu "başının tac hissəsindən" yaralayır.[5] Şəbib qılıncı ilə Əliyə zərbə yetirə bilmir, onun zərbəsi "qapının taxtadan olan çərçivəsinə və ya tağa" dəyir. O, məsciddən dərhal qaçır. Şəbib nəhayət Üvəymir tərəfindən Kində darvazasında yaxalansa da, izdiham arasından qaça bilir. Vərdan isə evinə qaçır. O, Əlinin qətlində iştirak etdiyini qohumu Abdullah ibn Nəcabə ibn Übeydə etiraf etdikdən sonra Abdullah tərəfindən öldürülür. İbn Mülcəm isə haşimi əl-Muğira ibn Nəvfal ibn əl-Hərit tərəfindən tutulur.[1]:309

Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, qarşılığında ibn Mülcəm də edam edilməlidir (bax: islamda qisas).[16] Əli iki gün sonra – hicri təqvim ilə 21 ramazan 40-cı ildə (və ya 19 ramazan 40-cı ildə), miladi təqvimi ilə isə 30 yanvar 661-ci ildə (və ya 28 yanvar 661-ci ildə), 62 və ya 63 yaşında vəfat etdi.[2] İbn Mülcəm isə Həsən ibn Əlinin əmri ilə edam edildi.[1]:309[17]

Əşəs ibn Qeysin rolu

Əşəs ibn Qeys Kufədəki Kində qəbiləsinin başçısı idi.[1]:83 Vilferd Madelunqa görə, Əşəs ibn Qeys Əlinin hakimiyyətinin son illərində Muaviyəyə meylli idi. Vilferd qeyd edir ki, Müaviyə Əşəs ibn Qeysə Əlinin ona qarşı yürüşünə könülsüzlük göstərsin deyə içərisində pul təklifi də daxil olan məktub göndərmişdi.[1]:276 İbn Qeys bəzi mənbələrdə Əliyə qarşı sui-qəsddən xəbərdar olmaqda da ittiham olunur.[5] Əl-Yaqubiyə görə, ibn Mülcəm qılıncını hazırlayarkən bir ay boyunca Əşəs ibn Qeys tərəfindən qonaq edilmişdi. İbn Sad qeyd edir ki, Əşəs ibn Qeys sui-qəsd gecəsi ibn Mülcəm ilə oturub məsləhətləşmiş, hətta o, Əliyə zərbə endirməsi üçün ibn Mülcəmə "sübh gülümsədi" deyərək siqnal vermişdir. Mənbələrin əksəriyyəti Əşəs ibn Qeysin bu birmənalı olmayan ifadəsini sitat gətirirlər: "şəfəq sizin üçün açılıb". Şiəliyə meylli mənbələr isə bu ifadəni açıq bir təşviq olaraq sayırlar və bu cür qeyd edirlər: "Qurtuluş, qurtuluş! Şəfəq sizin üçün açılıb". Hucr ibn Adi sui-qəsddən sonra Əşəs ibn Qeysi Əlinin qətlində iştirak etməklə ittiham etmişdi. Hətta Əşəs ibn Qeysin Əlini ibn Mülcəm haqqında əvvəlcədən xəbərdar etməsi haqqında da məlumat mövcuddur. Laura Veççiya Valyeriyə görə, mənbələr Əşəs ibn Qeysin haqqında Əliyə sadiq qalması, birbaşa sui-qəsddə iştirak etməsi və ya cinayətə şərik olması kimi fərqli-fərqli məlumatlar qeyd edirlər.[5]

Buna baxmayaraq, əl-Səllabi irəli sürür ki, bu ittihamlar əsassızdır, çünki Əşəs ibn Qeys Əliyə sadiq, xaricilərə isə ilk vaxtlardan bəri qarşı idi və Nəhrəvan döyüşündə onlarla vuruşmuşdur. O həmçinin, Siffeyn döyüşündə suriyalılara[b] qarşı vuruşan ilk adamlardan idi. Əlavə olaraq, əl-Səllabi inanır ki, Əlinin ailəsindən kimdənsə bu ittihamları dəstəkləyən rəvayət yoxdur və onun ailəsi bu ittihamlar barədə Əşəs ibn Qeysin ailəsinin hərhansı bir üzvü ilə müzakirə aparmayıb.[11] O, ibn Mülcəm Əlini yaraladıqdan sonra öz oğlunu Əlinin vəziyyətini öyrənsin deyə göndərmişdi.[8]

Dəfn

Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".[1]:309[2] Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub.[18]:37 Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur.[19] Əlinin ölümü şiə müsəlmanlar tərəfindən hər il yad edilir.[20]

Nəticə

Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə etmək hüququ olan tək şəxs" olduğuna inanırdı. Əlinin ölümündən sonra insanların ona olan baxışları bölündü. "Muaviyəyə və onun suriyalı müttəfiqlərinə qarşı olan inamsızlıq və müxalifət" insanların əksəriyyətini eyni bayraq altında birləşdirmişdi. Əlinin pərəstişkarları daha sonra əksəriyyətə çevrilmişdir. Buna səbəb Əməvi hakimiyyətini təşkil edən "dərəbəylik, yanlış idarəetmə və repressiya" idi.[1]:309

Əlinin ölümündən sonra İraq şiələri onun ən böyük oğlu Həsəni Əlinin xələfi və beləliklə növbəti xəlifə elan etdilər. Bu dövrdə baş vermiş hadisələr Həsən ibn Əlinin daha çox qan tökülməsinin qarşısını almaq üçün Həsən-Müaviyə müqaviləsini imzalamasına və xəlifəlikdən imtina etməsinə gətirib çıxardı. Beləliklə, Muaviyə Əməvilər xilafətinin birinci xəlifəsi olur. Muaviyə 680-ci ildə, 45 yaşında Mədinə şəhərində vəfat edir. Onun xələfi hicri təqvim ilə 61-ci ildə, miladi təqvim ilə 680-ci ildə hakimiyyətə gələn I Yezid olur, ancaq Həsənin qardaşı Hüseyn Yezidin hakimiyyətini qəbul etmir. İraqdakı Kufə şəhərinin əhalisi həmin il onu şəhərə dəvət etdikdən sonra Hüseyn İraqa doğru yürüşə başlayır. Onun ailəsi və özü məhərrəm ayında baş vermiş Kərbəla hadisələrində I Yezidin ordusu tərəfindən qətlə yetirilir.[21] Kərbala hadisələri şiələr tərəfindən hər il yad edilir. Eyni zamanda, demək olar ki, bütün müsəlmanlar məhərrəm ayında Hüseynin və ailəsinin vəhşicəsinə qətlə yetirilməsini yad edirlər.[22]

İncəsənətdə

Bu hadisə Yusif Əbdinicat,[23] Fərhad Sadiqi[24] və Mansurə Hüseynin[25] rəsm əsərlərində, Bəhram Beyzainin teatr tamaşasında[26] təsvir edilmişdir.

Əbdinicat rəsmində rənglərdən istifadə edərək "ikilik" göstərmə təsvir etmişdir. Əlinin rənglənməsində istifadə olunan firuzəyi rəng ilə "uyğunlaşan" mavi spektrının rəngləri və İmam Əlinin bədənindən və bədənin bucaqlarından yaranan işıq şüaları rəssamın bir növ mənəviyyata ilham vermək üçün istifadə etdiyi elementlərdəndir. Digər tərəfdən, göy rəng ilə əhatə olunan sui-qəsdçi qəhvəyi rəngdə təsvir olunub və onun ayaq hissəsində şərli məxluqlar görmək mümkündür. İbn Mülcəmin bədənindən alov yüksəlir, yəni cəhənnəm atəşi. Bu, sui-qəsdçinin taleyini təsvir etmək üçün istifadə edilmişdir. Həmçinin sui-qəsdçinin alnında möhür izi görünür.[23]

Həmçinin bax

Qeydlər

  1. Bu şəxslərin ikisinin də Kində tayfasından olduğu güman edilir.
  2. Əməvilər nəzərdə tutulur.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Madelunq, Vilferd. The Succession to Muhammad: A Study of the Early Caliphate (ingilis). Cambridge University Press. 1997. ISBN 978-0-521-64696-3. 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  2. 1 2 3 4 Veççiya Valyeri, Laura. ʿAlī b. Abī Ṭālib. // İslam Ensiklopediyası (ingilis) (II buraxılış). Brill Online. doi:10.1163/1573-3912_islam_COM_0046.
  3. 1 2 Haynds, Martin. Muʿāwiya I // İslam Ensiklopediyası (ingilis) (II buraxılış). Brill. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  4. 1 2 Higins, Enni C. Kharijites, Khawarij // Martin, Riçard C. (redaktor). Encyclopedia of Islam and the Muslim World v.1 (ingilis). Macmillan. 2004.
  5. 1 2 3 4 5 6 7 Veççiya Valyeri, Laura. Ibn Muld̲j̲am. // Encyclopædia of Islam, Second Edition (ingilis). Brill Online. 2016-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  6. Dakeyk, Mariya Massi. The charismatic community : Shiʻite identity in early Islam (ingilis). Albany: State University of New York Press. 2008. ISBN 978-0-7914-7034-3. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  7. 1 2 3 Robinson, Çeys F. The New Cambridge History of Islam (ingilis). Cambridge University Press. 2011. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  8. 1 2 Qulami, Mənuçöhrü; Metyu, Melvin-Kuşki; Şah-Kazımi, Rza; Bəhramiyan, Əli; Pakatçi, Əhməd; Məhəmməd İsa, Uoli; Dəryuş, Məhəmməd; Tarə, Məsud; Braun, Keven; Cuzi, Məhəmməd Rza; Səccadi, Sadıq; Bulukbaşi, Əli A.; Nəgahban, Fərzin; Əlizadə, Məhbanu; Qulami, Yədulla. ʿAlī b. Abī Ṭālib. // Encyclopaedia Islamica (ingilis). Brill. 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30. (#redundant_parameters); (#first_missing_last)
  9. ahlibeyt.az. "Bu gün Həzrət Əli(ə)nin şəhadət günüdür" (az.). 15 May, 2020. 20 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  10. ahlibeyt.az. "Bu gün Həzrət Əlinin (ə) zərbətləndiyi gündür" (az.). 4 İyun, 2018. 20 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  11. 1 2 əl-Səlləbi, Əli. Biography of Ali ibn Abi Talib (ingilis). Darussalam Publishers.
  12. Nəsr, Seyid Hüseun. Ali // Encyclopædia Britannica Online (ingilis). 2007. 2007-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  13. Punavala, İ. K. ʿAli B. Abi Ṭaleb // Encyclopædia Iranica (ingilis). 1985. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  14. Kuk, Devid. Martyrdom in Islam (ingilis). Cambridge University Press. 2007. ISBN 978-0-521-61551-8. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  15. Qliv, Robert M. ʿAlī b. Abī Ṭālib // İslam Ensiklopediyası (ingilis) (III buraxılış). Brill Online. 2014. 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  16. Kelsi, 1993. səh. 92
  17. Abbas, Əli. "The Life of the Commander of the Faithful Ali Ibn Abu Talib (as)" (ingilis). December 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  18. Şah-Kazımi, Rza. Ali ibn Abu Talib // Medieval Islamic Civilization: An Encyclopedia (ingilis). Taylor & Francis. ISBN 978-0-415-96691-7.
  19. Harold, Frank. "BALKH AND MAZAR-e-SHARIF" (ingilis). UW Departments Web Server. December 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  20. Cons, C. Qordon Melton; A. Beverli, Ceyms; Bak, Kristofer; A., Konstans. Religious celebrations : an encyclopedia of holidays, festivals, solemn observances, and spiritual commemorations (ingilis). Santa-Barbara, Kaliforniya. 2011 publisher=ABC-CLIO. ISBN 978-1-59884-205-0. 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30. (#missing_pipe)
  21. Musa, Matti. Extremist Shiites: The Ghulat Sects (ingilis). Syracuse University Press. 1987. ISBN 978-0-8156-2411-0.
  22. Kampo, Xuan E. Encyclopedia of Islam (ingilis). Nyu-York: Facts On File. 2009. ISBN 978-0-8160-5454-1. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  23. 1 2 "An analysis on 'The Assault on Ali' painting". khabaronline (ingilis). 24 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  24. "'The Assault on Ali' painting gets featured in Sa'd Abad artifacts museum on the night of Qadr". Sədabad mədəni tarixi kompleksi (ingilis). December 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  25. "A painting on 'The Assault on Ali' is unveiled". International Quran News Agency (ingilis). December 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.
  26. "The 'Assault on Ali' stageplay by Bahram Beizayi is on". www.islamicartz.com (fars). December 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!