Əli mirzə

II/III Aleksandr
Nəzər Əli mirzə
ალექსანდრე II/III
ალი-მირზა
Kartli çarı
1735 – 1736
ƏvvəlkiI Yese
SonrakıII Teymuraz
Kaxeti çarı
1736 – 1737
ƏvvəlkiII Teymuraz
SonrakıII Teymuraz
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi
Vəfat yeri Qəndəhar, Əfqanıstan Əfqanıstan
Fəaliyyəti monarx
Atası II David
Anası Cahan bəyim
Həyat yoldaşı Mariam Bibuliri
Ailəsi Baqratidlər[d]
Dini islam

II Aleksandr (Kartlidə)/III Aleksandr (Kaxetidə) və ya Əli mirzə (v. 23 noyabr 1737, Qəndəhar, Qəndəhar vilayəti) — Kartlinin və Kaxetinin çarı.

Aleksandr İslamı qəbul etmişdi. Əli mirzə kimi tanınırdı.

Həyatı

II Davidin oğlu idi. Müsəlman olmuşdu. 1735-ci ilin avqustunda Nadir şahın Osmanlı üzərində qələbəsindən sonra Kaxetiya valisi olmuşdu. olmuşdu. Səfi xan ona nəzarət etmək üçün, Əli Qulu bəy isə vergi toplamaq üçün ona köməkçi təyin edilmişdi. Gələn il isə yerinə Arçil gətirilərək özü Kartli taxtında II Teymurazın yerinə keçdi.[1] 1736-cı ildə Anna İoannovnaya məktub yazaraq ondan qorunmaq üçün kömək tələb etmişdi. 1737-ci ildə[2] (bəzi mənbələrdə 1739[3]) isə Qəndəharda, Nadir şahın Hindistan yürüşündə öldürülmüşdü.

Ailəsi

Çar II Şansenin qızı Mariam ilə evlənmişdi. Onun 2 övladı olmuşdu:

  1. İvan Aleksandroviç Baqrationi (7 noyabr 1730 - 28 sentyabr 1795) - Pyotr adlı bir oğlu var idi, Rusiyada vəfat etmişdi.
  2. Anna Aleksandrovna Baqrationi (1723 - 19 mart 1780) - 1743-cü ildə Moskvada Pyotr İqoroviç Dadianovla evləndi.

İstinadlar

  1. Nana Soloqaşvili (2005). "ქართლ-კახეთი XVIII ს-ის 35-40-იან წლებში" [Kartli-Kaxeti 1735–40cı illərdə]
  2. Grebelski, P. Kh., Dumin, S. V., Lapin, V. V. (1993), Дворянские роды Российской империи (Rusiya imperiyasının əsil ailələri), c. 3, s. 68. IPK Vesti
  3. Toumanoff, Cyrille (1976), Manuel de généalogie et de chronologie pour le Caucase chrétien (Arménie, Géorgie, Albanie), p. 15

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!