Bu adın digər istifadə formaları üçün bax:
Əli Həsənov.
Əli Həsənov |
---|
|
|
|
1960 – 1969 |
Doğum tarixi |
1924 |
Doğum yeri |
|
Vəfat tarixi |
1977 |
Vəfat yeri |
|
Partiya |
|
Fəaliyyəti |
siyasətçi |
|
Təltifləri |
|
Əli Həsənov (Həsənov Əli Ələsgər oğlu; 1924, Mədinə, Yeni Bəyazid qəzası – 1977, Bakı) — jurnalist, partiya və dövlət işçisi, Sov. İKP üzvü (1943), Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış)
Həyatı
Əli Həsənov 1920-ci ildə Ermənistan SSR Göyçə mahalının Martuni rayonunun (Aşağı Qaranlıq rayonu) Mədinə kəndində anadan olmuşdur. 1940-cı ildən Qarabağlar rayonunda pedaqoji fəaliyyətə başlamış, Böyük Vətən müharibəsinin ilk illərində Sovet Ordusu sıralarında xidmət etmiş, ordudan qayıtdıqdan sonra Qarabağlar rayonu Sovetinin İcraiyyə Komitəsində, rayon partiya komitəsində məsul vəzifələrdə çalışmış, rayon qəzetinin redaktoru, rayon partiya komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur.[1]
1949-cu ildən Əli Həsənov İrəvan şəhərinə gəlmiş, 1960-cı ilədək "Sovet Ermənistanı" qəzeti redaksiyasında əvvəlcə partiya həyatı şöbəsinin müdiri, sonra redaktor müavini vəzifəsində işləmişdir. 1960-cı ildə rəhbər partiya işinə irəli çəkilərək Ermənistan KP Krasnoselo rayon Komitəsinin birinci katibi seçilmişdir. 1969-cu ilədək bu vəzifədə çalışmışdır.[2]
1969–1971-ci illərdə о Ermənistan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1961-ci ildən 1966-cı ilədək Əli Həsənov Ermənistan KP MK üzvlüyünə namizəd, 6 və 7-ci çağırış Ermənistan SSR Ali Sovetinin deputatı, 1967–1970-ci illərdə isə Ermənistan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.[2]
Sonralar Əli Həsənov Azərbaycan SSR-ə köçmüş və omrünün sonunadək burada rəhbər vəzifələrdə çalışmışdır.[2]
Əli Həsənov 1971-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi Şöbəsinin müdir müavini işlədiyi dövrdə 1977-ci ildə vəfat etmişdir.[3]
Mükafatları
İstinadlar