Əkbər Əbdi (fars. اکبر عبدی, 1960 26 avqust, İran, Tehran) - azərbaycanlı aktyor və komediya ustası. Əkbər Əbdi ilk dəfə uşaqlar üçün TV serialı olan "Mən yenə də məktəbə gecikdim"dən sonra tanınmağa başlamışdır.[1]
Həyatı
Əkbər Əbdi 1960-cı ilin 26 avqustunda Tehran şəhərində anadan olmuşdur. Tehran şəhərində anadan olmasına baxmayaraq, Əkbər Əbdinin əsli Ərdəbildəndir.[2]
O, 2016-cı ilin iyununda böyrək transplantasiyası əməliyyatı keçirmişdir.[3]
Bir müddət anti-semit çıxışlarına görə tənqid edilmişdir.[4]
Karyerası
Əkbər Əbdi karyerasına 1981-ci ildə Dariuş Moadebiyan tərəfindən çəkilən "Trafik qonşuluğu" adlı TV serial ilə başlamışdır. 1980-cı illərdəki rollarına görə İran filminin min sifəti olan şəxs ləqəbi verilmişdir. Ona əsas məşhurluq gətirən ekran əsərləri bunlardır:
- Aktyor
- Delshodegan
- Qar adamı
O, həmçinin, "Kirayəçilər" (fars. Ejareh-Nesheenha filmində də rol almışdır.[5]
Filmoqrafiyası
- Mardi ke Mooş (1985)
- Ejareh-Neshinha (1986)
- Böyük sinema (1989)
- Dozde aroosakha (1990)
- Ey İran (1990)
- Madər (1991)
- Nəsrəddin şah (1992)
- Honarpişeh (1993)
- Del Shodegan (1992)
- Adam barfi (1995)
- Pak bakhteh (1995)
- Tozdakı pəncələr (1997)
- Əli və Danny (2002)
- Noon o Eshgh o Motor 1000 (2003)
- Ekhrajiha (2007)
- Mozafarnameh (2008)
- Ekhrajiha 2 (2008)
- Telefon Hamrahe Rais Jomhour (2009)
- Ekhrajiha 3 (2010)
- Mən yuxuluyam (2010)
- Xab Zadeha (2014)
- Rosvayi (2012)
Mükafatları
Əkbər Əbdi "Mən yuxuluyam" filmindəki roluna görə Fəcr Beynəlxalq Film Festivalında "Ən Yaxşı Köməkçi Oyunçu" nominasiyasında "Kristal Simurq" mükafatına layiq görülmüşdür.
İran prezidenti tərəfindən verilən və İran İslam Respublikasında ən ali dərəcəli ordenlərdən olan "Mədəniyyət və İncəsənət Ordeni" ilə mükafatlandırılmışdır.[6]
Həmçinin bax
İstinadlar