Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ.شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin.{{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir.
1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi. Burada Qansu vilayətindən Mancur və Çin qoşunları yerləşdirildi. Mancuriyadan solon və dahur dəstələri buraya yerləşdirilməyə başlandı. 1764-cü ildə bir neçə min siboİli vadisinə köçürüldü.Burada mancur hərbi-əkinçilik qəsəbələri və Çin hərbi yaşayış məskənləri salındı. Həmçinin, buraya Mancur işğallarına müqavimət göstərən sürgün edilmiş uyğurlardan (tarançılar) əkinçilik yaşayış məntəqələri təşkil olundu. Çinlilər və dunqanlar da buraya köçürüldülər.
Yaşlikul gölü ətrafında döyüş, 1759-cu il
Yaralı uyğur döyüşçüsü, 1759-cu il
Kurman döyüşü, 1759-cu il
XIX əsrin I yarısı
XIX əsrin əvvəllərində Qaşqarda ictimai-siyasi vəziyyət kəskin şəkildə pisləşdi. Sincan qubernatorunun zəif idarəçiliyindən faydalanaraq, Mancur və Çin rəsmiləri şəxsi zənginləşmələri üçün mövqelərindən istifadə edərək özbaşınalıq edirdilər. Bundan əlavə, Çin tacirləri yerli məhsulları ucuz qiymətə alır, öz mallarını isə xüsusilə də çayı hədsiz baha satmaqla yerli əhalni amansızlıqla talan edirdilər. Bütün bunlar Tsin imperiyasının qonşu Kokand xanlığı ilə mürəkkəb münasibətləri fonunda baş verirdi. Mancur işğalçılarına qarşı çıxış edənlərə sığınacaq verən Kokand xanları onlardan Tsin hökumətinə qarşı təzyiq etmək üçün məharətlə istifadə edirdilər. Onlar bununla bölgədə mürəkkəb siyasət aparırdılar.
XIX əsrin əvvəllərində Kokandda yaşayan Qaşqarın keçmiş hökmdarlarının varisləri olan Samsak Xocanın oğulları - Cahangir və Yusif-Xoca bölgənin müstəqilliyini bərpa etmək üçün hərəkatın başında dayanmışdılar. 1820-ci ilin yayında Cahangir Kokanddan qırğızların yanına "qaçdı". O, burada bir neçə yüz atlıdan ibarət dəstə yığdı və payızda Tsin səddlərini aşdı. 1820-1827-ci illərin uyğur üsyanının yatırılması və Cahangirlə sonrakı mübarizə Tsin hökumətinə 10 milyon lyana başa gəldi. Bu üsyan Qaşqardakı Tsin hökmranlığının əsasını sarsıtdı və cəza dəstələrinin vəhşilikləri yeni bir müsəlman çıxışlarının başlamasına zəmin yaratdı. 1828-ci ildə Cahangirin tutulub edam olunmasından sonra, bütün ümidlər artıq Yusuf-Hocaya - Cahangirin qardaşına bağlandı. Xüsusilədə Kokand xanı onu intensiv şəkildə buna təhrik edirdi.[1]
1830-cu ilin payızında Yusif dəstəsi ilə sərhədi keçdi və yeli əhali tərəfindən sevinclə qarşılandı. Cahangirin hərəkətlərindən dərslər çıxaran Yusif insanlara səxavətlə vədlər verirdi. O, xalqın böyük dəstəyi ilə Qaşqara daxil oldu. Lakin Yarkənddəki türbəyə edilən hücum uğursuzluqla başa çatdı. Üsyançılar orada böyük bir məğlubiyyətə uğradılar və bu hərəkatda dönüş nöqtəsi oldu. Üsyan tədricən zəifləməyə başladı. Əhali üsyana 1826-1827-ci illərdəkindən daha az dəstək verdi. Yusif Hocanın qoşunlarının soyğunçuluq əməlləri ona qarşı yerli sakinlər qəzəbi ilə nəticələndi. Yerli din xadimləri də Hocanı çox soyuq qarşıladı. Tsin hakimiyyəti iki islam təriqətinin dini düşmənçiliyindən məharətlə istifadə etdi. 1830-cu ilin oktyabrında əyalət hakimi Çanlin üsyançılara qarşı hücum etdi. 1830-cu ilin sonlarında Yusif Hoca bir neçə min tərəfdarı və əsirlər ilə sərhədə qaçdı və Kokand ərazisinə sığındı. Dörd ay davam edən üsyanın yatırılması xəzinəyə 8 milyon lyam hesabına başa gəldi.
1847-ci ildə Cahangirin qardaşı oğlanlarının rəhbərliyi altında yeni bir hərəkat "Yeddi Hocanın üsyanı" olaraq bilinən çıxış oldu. Lakin o, elə həmin ildə yatırıldı. 1857-ci ildə Qaşqarda Vəlixan-tyurya (Cahangirin qardaşı oğlu) rəhbərliyi ilə üsyan başladı. Lakin üsyan 1858-ci ilin avqustunda vəhşicəsinə yatırıldı. Bir çox üsyançı Kokanda qaçmağa müvəffəq oldu.[2]
XIX əsrin II yarısı
1874-cü ildə imperator sarayında bu mövzuda müzakirə təşkil etmək təklif edildi. Çin aristokratiyası Şərqi Türkistanı yenidən itaət altına almağa çalışırdı. Beləliklə 1875-ci il martın 10-da Çzo Çzyntanqın Sincan barədə düşüncələrini öyrənmək üçün ona ayrıca gizli sənəd göndərildi. Çzo Çzyntanqdan Sincanda imperiyanın hakimiyyətini yenidən əlində olan qüvvələr ilə bərpa edə biləcəyi barədə dəqiq cavab verilməsi istənildi. Qeyd olunan sənədin əhəmiyyəti o qədər böyük idi ki, onu Pekindən Lançjouyaa çatdırmaq üçün cəmi 9 gün vaxt verilmişdi. Çzo Çzyntanq sənədi 1875-ci il martın 19-da aldı. O, demək olar ki, bir aydan sonra 1875-ci il aprelin 12-də ətraflı bir hesabatla cavab verdi (19 cüt səhifə). Onun göndərdiyi cavabda deyilirdi ki, Sincan kampaniyası hərbi-dəniz proqramının həyata keçirilməsi vəziyyətindən asılı olmayaraq tam qələbə qazanana qədər aparılmalıdı. Hökumət Çzo Çzyntanqın hesabatını aldıqdan bir qədər sonra, 1875-ci ilin aprelində imperator onu Sincanda hərbi işlər üzrə müvəkkil təyin etdi. Bununlada rəsmi olaraq Sincanda hərbi kampaniyaya start verildi.[3]
1875-ci ildə Çzo Çzyntanq 70 minlik ordusu ilə Cunqariyanı yenidən tabe etmək üçün səfərə çıxdı. O, məhərətlə Yaqub bəydə rəsmi Pekinin Tsin imperiyası tərkibində Qaşqara muxtariyyət verəcəyinə inam yaratdı. Buna görə də Cunqariya demək olar ki, döyüşsüz ələ keçirildi. Bundan sonra 1877-ci ilin aprel ayının ortalarında qəflətən Yettişara qarşı Lyu Çzuntanın komandanlığı altında yaxşı silahlanmış 180 batalyonu göndərdi. Biyanhunun dəstələrinin və digər dunqan komandirlərinin köməyinə baxmayaraq Yaqub bəyin qoşunları məğlub oldu. 1877-ci ilin mayında Yaqub bəyi zəhərləyərək öldürdülər. Onun ölümündən sonra Yettişar üç düşmən hissəyə parçalandı. Lyu Çzuntanın qoşunları Qaşqarı[4], Yarkəndi və Xotanı tutdu. Çzo Çzyntanq müharibədəki qələbənin əsas şərti kimi Urumçini ələ keçirmək hesab edirdi. O, bu işə böyük əhəmiyyət verirdi. Urumçi şəhəri Çin qoşunları tərəfindən 1876-cı ilin 17 avqusunda tutuldu.[3]
1877-ci ilin dekabrında bütün Şərqi Türkistan işğal edildi. Cəza dəstələri minlərlə müsəlman türklərini edam etdi, on minlərlə insan həbsxanaya atıldı. Biyanhu dunqan dəstələri ilə Rusiya ərazisində sığınacaq tapdı. Tsin sülaləsinin hakimiyyəti Sincan ərazisində quruldu.[5] Sankt-Peterburq müqaviləsindən sonra isə Rusiya İli ərazisini Çinə qaytardı.
1884-cü ildə Urumçi inzibati mərkəz olmaqla Sincan əyaləti təşkil edildi.[6]
Lakin respublikanın ömrü uzun olmadı SSRİ və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axundun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı.[7][8][9][10]
Buna baxmayaraq, Çin bölgəni tam nəzarətə ala bilmədi. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı İkinci Şərqi Türkistan Respublikasının da yaradılması ilə nəticələndi. 1944-1949-cu illərdə Çin RespublikasınınSintszyan (tarixi Şərqi Türkistanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində SSRİ yönümlü olsa da müstəqil respublika qurulmuşdu.
Belə ki, 1946-cı il ərzində Şərqi Türkistan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qoruyurdu. 1947-ci ilin avqustunda Şərqi Türkistan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türkistanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türkistan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu.[11] Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sincan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türkistan Respublikası tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi.
SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Anatol Taras, 1970-ci illərin əvvəllərində, ÇXR ilə müharibə olacağı təqdirdə, BKİ-nin gizli uyğur şəbəkəsi yaratmağa çalışdığını və sonradan uyğurların bunun əsasında silahlı müqavimət başladı bir sıra "inqilabi təşkilatlar" yaratdıqlarını iddia edirdi.[12] 1991-ci ildə SSRİ-nin dağılmasından sonra "Qərbi Türkistan"ın (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) azad edilməsindən sonra Uyğurustanın yaradılması və Şərqi Türkistanın Çindən azad edilməsi çağırışları bütün dünyada yenidən səslənməyə başladı.
1970 -ci illərin sonlarından etibarən Çin iqtisadi islahatı qeyri-bərabər bölgə inkişafını ağırlaşdırdığından, uyğurlar Sincan şəhərlərinə köçərkən, bəzi hanlar da müstəqil iqtisadi inkişaf naminə Sincan şəhərlərinə köçürdülər. Artan etnik təmas və işçi rəqabəti, 1990-cı illərdəki uyğur separatçı terrorizminə təsadüf etdi, məsələn 1997-ci ildə Ürümçi avtobusunun partlaması bunun nümunəsidir.[13]
Polisin Ramazan ayında separatçı şübhəlilərə etdiyi basqınlar, ən azı 9 adamın ölümünə səbəb olan Külçə hadisələri kimi bilinən bir epizodda 1997-ci ilin fevral ayında şiddətə çevrilən kütləvi nümayişlərə səbəb oldu.[14] 25 fevral 1997-ci ildə Urumçidə avtobusun partladılması, ehtimal ki, Külçədəki hadisədən sonra repressiyaya cavab olaraq 9 nəfəri öldürüldü, 68 nəfəri yaralandı. Şərqi Türkistan Milli Konqresinin keçmiş sədri, tanınmış uyğur fəalı Erkin Alptəkin, separatçı şiddət mövzusunda danışarkən bunları demişdir: "Hərəkətimizi səlahiyyətsizləşdirdiyimiz üçün dialoqa xüsusi diqqət yetirməli və gənclərimizi şiddətdən xəbərdar etməliyik."[15]
XXI əsr
2007-ci ildə Akto uyezdində islamçılarla ÇXR polisi arasında döyüş baş verdi. Çin mətbuatı ümumiyyətlə uyğurların hökumət əleyhinə etirazlarından xəbərlər vermir və onları "terrorçu" və "ekstremist" adlandırır. Lakin 2008-ci ildə Şərqi Türkistanda baş verən iğtişaşlar barədə məlumatlar beynəlxalq mediaya sızmışdı.
2009-cu il 5-7 iyulda Urumçi iğtişaşları ən iri kütləvi şıxışlar sayılır. Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi. Polis isə məsələ barədə araşdırma başlatmışdı. Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər. Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Qurultayı və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir. Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir.[16][17][18] Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watchun bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Uyğur mühacirlərin isə dediyinə görə isə iğtişaşalar zamanı 600 nəfər qətlə yetirilmişdir.[19].
Dünya Uyğur Konqresi
1992-ci ildə Türkiyəninİstanbul şəhərində Türkiyə Quru Qoşunları təqaüdçü general-mayor Rza Bekin (daha sonra Şərqi Türkistan Vəqfi başçısı ve Dünya Uyğur Qurultayı fəxri başçısı) və yandaşları tərəfindən qurulan Şərqi Türkistan Milli Qurultayından sonra İsmayıl Cengizin liderliyi ilə qurulan və Şərqi Türkistan Milli Mərkəzinin dəvəti ilə İstanbulda edilən müşavirə iclaslarından sonra qurulan Şərqi Türkistan Qurultayı ilə 1996-cı ildə Almaniyanın Münhen şəhərində Dolkun İsa ve yandaşları tərəfindan qurulan Dünya Uyğur Gənclər Qurultayı kimi kiçik təşkilatlar, 2004-cü ildə Erkin Alptəkinin başçılığında birləşdirilərək Dünya Uyğur Qurultayı yaradılmışdır. Daha sonra bu ad Şərqi Türkistan (Uyğurustan) Qurultayı olaraq dəyişdirildi. Bu dəyişikliyə görə Şərqi Türkistanın bütövlüyünü qoruyan bir qrup uyğur, qazax, qırğız və özbəklərlə birlikdə 2004-cü ildə ilində Sürgündəki Şərqi Türkistan Hökumətinin ətrafında birləşdilər. Hazırda Dünya Uyğur QurultayınaRəbiyyə Qədir rəhbərlik edir. Təşkilatın qərargahı Münhendə yerləşir.
Şərqi Türkistanın İslam hərəkatı
Həsən Mahsuma tərəfindən 1996-cı ildə yaradılmışdır. Həsən Mahsuma 2003-cü ildə Pakistan xüsusi ximət orqanları tərəfindən öldürülmüşdür.[20] İdeoloji cəhətdən təşkilat radikal sünni qruplara yaxındır, keçmiş lider Həsən Mahsum Qaşqarda tanınmış bir ilahiyyatçı idi. Siyasi inancına görə üç il Çinin cəzaçəkmə koloniyasında həbsdə yatmışdır. Çin mətbuatının yazdığına görə, hərəkatın Əfqanıstanda silahlılara təlim keçmək üçün düşərgələri var idi. Lakin onların varlığı ilə bağlı etibarlı məlumat yoxdur.[21]
↑John King Fairbank; Kwang-Ching Liu; Denis Crispin Twitchett, redaktorlar Late Ch'ing, 1800–1911. Volume 11, Part 2 of The Cambridge History of China Series (illustrated). Cambridge University Press. 1980. səh. 227. ISBN0-521-22029-7. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2012.
↑В декабре 1996 года лидер талибов мулла Омар утверждал, что они отвергли просьбу Вашингтона разместить в Афганистане лагеря по подготовке уйгурских сепаратистов из соседнего Китая "Архивированная копия". 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02..
Ədəbiyyat
Mesny, William. Mesny's Chinese Miscellany. Vol. IV. Shanghai. 1905.
Turkestan // The Encyclopaedia Britannica: A Dictionary of Arts, Sciences, and General Literature. Volume 23 (9). Maxwell Sommerville. 1894. səh. 681. 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
Inner Asia, Volume 4, Issues 1-2. Contributor: University of Cambridge. Mongolia & Inner Asia Studies Unit. The White Horse Press for the Mongolia and Inner Asia Studies Unit at the University of Cambridge. 2002. ISBN0-8047-2933-6. 27 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2014.
Royal Asiatic Society of Great Britain and Ireland. North China Branch, Shanghai. Journal of the North China Branch of the Royal Asiatic Society, Volume 10. Royal Asiatic Society of Great Britain and Ireland. North-China Branch. Shanghai : Printed at the "Celestial Empire" Office 10-Hankow Road-10.: Kelly & Walsh. 1876. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2014.
Great Britain. Parliament. House of Commons. Papers by Command, Volume 101. H.M. Stationery Office. 1914. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2014.
Great Britain. Foreign Office. Historical Section. George Walter Prothero (redaktor). China, Japan, Siam. Volume 12 of Peace Handbooks, Great Britain. Foreign Office. Historical Section. 1973. ISBN0-8420-1704-6. 4 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2014.
Perdue, Peter C. "Military Mobilization in Seventeenth and Eighteenth-Century China, Russia, and Mongolia". Modern Asian Studies. Cambridge University Press. 30 (4 Special Issue: War in Modern China). October 1996: 757–793. doi:10.1017/s0026749x00016796. JSTOR312949.
Michell, Robert. Eastern Turkestan and Dzungaria, and the rebellion of the Tungans and Taranchis, 1862 to 1866 // Romanovski, M. (redaktor). Notes on the Central Asiatic Question. Calcutta, India: Office of Superintendent of Government Printing. 1870. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
Aspects of Altaic Civilization III: Proceedings of the Thirtieth Meeting of the Permanent International Altaistic Conference, Indiana University, Bloomington, Indiana, June 19-25, 1987. Volume 3 of Aspects of Altaic civilization / ed. by Denis Sinor.
Central Asia Monitor. Contributor: Institute for Democratic Development. Central Asia Monitor. 1993. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2014.