Şahdağ Milli Parkı

Şahdağ Milli Parkı
Şahdağ Milli Parkı
Şahdağ Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 130,508.1 ha
Yaradılma tarixi 2006, 8 dekabr
İdarəetmə orqanı AETSN
Dağ Böyük Qafqaz: Şahdağ
Florası Göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz
Faunası Qırqovul, cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq
Yerləşməsi
40°55′ şm. e. 48°15′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba
Yaxın şəhər Quba, Qusar
Şahdağ Milli Parkı
Şahdağ Milli Parkı xəritədə
Şahdağ Milli Parkı
Şahdağ Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahdağ Milli Parkı — Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115,895 hektar təşkil edir ki, bundan İsmayıllıPirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, OğuzŞamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13,084 hektar təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır[1].

Şahyaylaq
Şahyaylaq. Tufandağ, Bazaryurt, BazardüzüŞahdağ dağları.

Ümumi məlumat

Şahdağ milli parkı, Quba

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

"Şahdağ Milli Parkına giriş qadağandır" lövhəsi

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur. 2020-ci ildə Şahdağ Milli Parkında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə sayəsində Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmağa başlamışdır. Qafqazda sonuncu zubr (meşə kəli) 1927-ci ildə ovlanmışdır.[2]

2007-ci ildə Şahdağ Milli Parkının xəritəsi təsdiq olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi üçün Milli Parkın Əsasnaməsi işlənib hazırlanmışdır.

Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb ediləcəyinə inam yaradır.

Mənbə

Xarici keçidlər

İstinadlar

  1. Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək. Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine  (az.)
  2. "Zubrlar 4 Fəsil/Bison 4 Seasons". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!