"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi.
Məzmun
İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir.
Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır. Təəccüblənmiş Miloslavski Şurikin mənzilinə keçir. Şurik zaman maşınının gücünü artırır və qarşıda çar sarayı peyda olur. Taxt-tacın sahibi İvan Qroznı və onun mirzəsi Feofan görünürlər. Şurikin bu təcrübəsi nəticəsində İvan Vasilyeviç Bunşa və və oğru keçmişə gedir, İvan Vasilyeviç Qroznı isə Şurikin mənzilinə düşür. Hər şey bir-birinə qarışır.
Keçmişdə də çaşqınlıq yaranır. Saray mühafizəsi gələcəkdən gəlmiş şəxsləri tutmağa çalışır. Çara olduqca çox bənzəyən, hətta adı və atasının adı onunla bir olan İvan Vasilyeviç sarayı idarə edən çar roluna girir və "keçmişi" öz istədiyi kimi idarə etməyə başlayır. Onlar ordunu Krıma göndərib elçilərlə görüşürlər. Oğru isə elə orada da öz işini davam etdirir.
1973-cü il Moskvasına düşmüş çar İvan Qroznı isə öz taxtına qayıtmaq istəyir. Şurik ona hər şeyi başa salır və zaman maşınında hansısa detalın çatmadığını deyir. Filmin sonunda zaman maşını təmir olunur və hər bir kəs öz zamanına qayıtmağa müvəffəq olur.
Sonda Şurik yuxudan oyanır və bütün bunların bir yuxu olduğunu dərk edir. Hətta arvadı Zinaidanın onu tərk etməsinin də yuxu olduğu aşkara çıxır...
Film haqqında
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi : Mixail Bulqakov
- Ssenari müəllifləri : Vladlen Baxnov, Leonid Qayday
- Quruluşçu rejissor : Leonid Qayday
- Operatorlar : Vitali Abramov, Sergey Poluyanov
- Rəssam : Yevgeni Kumankov
- Bəstəkar : Aleksandr Zasepin
Rollarda
- Yuri Yakovlev – İvan Vasilyeviç
- Leonid Kuravlyov – Corc Miloslavski
- Aleksandr Demyanenko – Şurik
- Nataliya Seleznyova – Zinaida Timofeyeva
- Saveli Kramarov – Feofan
- Natalya Kraçkovskaya – Ulyana Andreyevna
- Nataliya Kustinskaya – aktrisa
- Vladimir Etuş – Anton Semyonoviç Şpak
- Mixail Puqovkin – kinorejissor Yakin
- Sergey Filippov – səfir
- Eduard Bredun
- Viktor Uralski
- Leonid Qayday – Yakinin işıq assistenti
Mahnılar
Xarici video |
|
Xoşbəxtliklə danışın ("Разговор со счастьем") "Şahzadə" Miloslavski "Çar"ansamblı ilə mahnı oxuyaraq Sərxoş Bunşidən diqqəti yayındırmağa çalışır |
Əvvəlcə Aleksandr Zasepin Leonid Derbenevin "sevgi ilə görüşmək" ("yanvar çovğunu çalır") sözləri Sofiya Rotaru tərəfindən lentə alındı.[2] Nəticədə mahnı yenidən yazıldı və Nina Brodskayanın ifası filmin son versiyasına daxil edildi. Sonradan Rotaru bu mahnını 2005–2006-cı il Yeni İl ərəfəsində "ilk sürətli" tamaşasında ifa etdi.
Boris Kuznetsov, Lev zolaq və MVO xoru "Cap-cap-cap" ("Marusya") mahnısını ifa etdilər. Valeri Zolotuxin "Xoşbəxtliklə söhbət" mahnısını ifa etdi.
İzlə
İvan Vasilyeviç peşəsini dəyişir — 10 ən yaxşı sovet filmindən biri
|
---|
1950-ci illər | |
---|
1960-cı illər | |
---|
1970-ci illər | |
---|
1980-ci illər | |
---|
1990-cı illər | |
---|
- ↑ Freebase Data Dumps. Google.
- ↑ "София Ротару — С любовью встретиться (Звенит январская вьюга) (1973)". 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28. Rus dilində