İtaliya–Türkiyə münasibətləri — İtaliya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun və Aralıq dənizi Birliyinin üzvüdür. Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olaraq hər iki ölkə bu təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Tarixi
1856-cı ildə Osmanlı İmperiyası İtaliyada (krallığın qurulmasına az qalmış) ilk diplomatik nümayəndəliyini açaraq səfir Rüstəm Paşanı[1] ora göndərir. O vaxtdan bəri Türkiyəni Romadakı səfirliyi, Milan və Neapoldakı[2] konsulluqları vasitəsilə İtaliyada daima təmsil olunur. Hal-hazırda İtaliya Türkiyədəki maraqlarını Ankaradakı səfirlik, İstanbuldakı baş konsulluq, İzmirdəki konsulluq, ayrıca Antalya, Bursa, Qaziantep, İskəndərun, Nevşehir və Eskişehirdəki fəxri konsulluqlar vasitəsilə həyata keçirir[3].
2019-cu ildə İtaliyanın Xarici İşlər Naziri Luici Di Mayo Türkiyənin Suriyanın şimal-şərqindəki hücumunu qınamış və oradakı kürd qüvvələrinə qarşı hücumu "qəbuledilməz" olduğunu bildirmişdir. Üstəlik hərbi əməliyyatların dərhal dayandırılmasına çağırmışdır[4]. İtaliya əvvəllər Avropa İttifaqı ölkələri arasında bu ölkəyə əsas silah tədarükçüsü olmasına baxmayaraq, Türkiyəyə silah embarqosuna qatılmışdır[5][6].
Mədəni təsir
İstanbul İtalya Xarici İşlər Nazirliyi tərəfindən açılan İtalya Mədəniyyət İnstitutlarından birinə ev sahibliyi edir[7]. İnstitut digər mədəni fəaliyyətlərlə yanaşı, Ankara və İstanbul Universitetində də tədris olunan italyan dilində kurslar təklif edir[8].
İzmir və Ankarada "Carlo Goldoni" İtalyan Mədəniyyət Mərkəzi və "Casa Italia" İtalyan Dostluq Dərnəyi yerləşir[9]. Hər iki mərkəz İtalya mədəniyyətini təbliğ edən tədbirlərin və italyan dilinin tədrisi kurslarının təşkilində iştirak edir.
Türkiyədə bir çox İtalya məktəbi var, əksəriyyəti İstanbulda yerləşir. Türkiyədəki İtalya məktəbləri ibtidai, orta və yüksək orta məktəbləri əhatə edir.
İmmiqrasiya
2009-cu ildə İtaliyada 30–40.000 türk yaşadığı təxmin edilir.
Diplomatik nümayəndəliklər
İtaliyanın Ankarada səfirliyi var[10].
Türkiyə Romada səfirliyi fəaliyyət göstərir[11].
Mənbə
İstinadlar
Xarici keçidlər