İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8, M9, M11) və 101 stansiyaya malikdir[1]. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4, M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7, M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır.[2]
Tarixçə
İstanbul Metrosu çox köhnə bir ideya olsa da, yalnız XX əsrin sonlarında həyata keçirməyə başlandı. Ölkədə ilk metro xətti İstanbul Metrosu olmuşdur. Bir çox ölkələrdən gətirilən şirkətlər tərəfindən 6 metro xətti hazırlanmışdır[3].
Xidmətlər
Metro sistemi, həftənin hər günü son stansiyalardan etibarən səhər saat 6.00-da gedən ilk qatardan gecə 00.00-da gedən son qatara qədər xidmət göstərir[4]. Həftə sonları və tətil günləri, hər 20 dəqiqədə 00.00 ilə 06.00 arasında əlavə xidmətlər təşkil edilir. Metro sərnişinləri İstanbulkart vasitəsilə ödəniş edir.[5]
Xətlər
İstinadlar
Həmçinin bax