İsrail vətəndaşları üçün viza tələbləriİsrail pasportu olan vətəndaşlara aiddir. 11 yanvar 2022-ci il tarixinə İsrail vətəndaşları 159 ölkə və əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Bununlada İsrail pasportu Qlobal Pasport İndeksi 2021-ə görə səyahət azadlığı baxımından 24-cü yerdədir.[1]
Abraham Accords Sülh Sazişləri İsrail pasportunun 2021-ci ilin avqustunda reytinqdə 13 pillə yüksələrək 13-cü yerə yüksəlməsinə səbəb oldu.[2]
Turist olaraq səyahət edən ümumvətəndaş pasport sahibləri üçün viza tələbləri:
Əvvəlcədən təsdiqlənmiş vizaların götürülməsi
Əvvəlcədən təsdiqlənmiş vizalar səfirlik və ya konsulluq əvəzinə aşağıdakı ölkələrə gəldikdən sonra götürülə bilər.
Tanınmamış və ya qismən tanınan ölkələr
Asılı və muxtar ərazilər
Xaricdə İsrail vətəndaşlarının konsul müdafiəsi
İsraili tanıyan 159 dövlətdə 70 daimi səfirlik, 23 konsulluq və beş “xüsusi” missiya var.
2014-cü ildən etibarən Almaniya israillilərin təmsil olunmadığı ölkələrdə israillilərə konsulluq yardımı təklif edir.
Şimali Koreya İsraili “imperialist peyk” kimi qəbul etdiyi üçün onu ölkə kimi tanımır. 2016-cı ildən bəri İsrail mülki vətəndaşlarına İsraildə müvafiq vizalarla Şimali Koreyaya vasitəçi olmadan getməyə icazə verilib.