Viza (lat.visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə.[1]
Viza Növləri
Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir.
Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası
Rəsmi viza
Transit Viza
Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır.
Qısamüddətli viza
Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası[2], tibbi viza, ziyarət vizası[3], atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər.
Uzun müddətli viza
Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür. Tələbə vizası, müvəqqəti işçi vizası[4], sığınacaq vizası, yaşayış vizası, asılı viza kimi viza növləri uzunmüddətli viza növünə daxildir.
İmmiqrasiya vizası
İmmiqrant vizası, viza müraciətinin edildiyi ölkədə daimi yaşamaq istəyən şəxslərə verilən viza növüdür. İmmiqrasiya vizası almış şəxslər müraciət etdikləri ölkəyə köçmək və orada yaşamaq niyyətindədirlər. Evlilik vizası, ailə birləşməsi vizası, ailə üzvü vizası, pensiya vizası kimi vizalar immiqrant vizasına daxil edilən viza növləridir.
Rəsmi viza
Rəsmi viza dövlətə xidmət edən və dövləti təmsil edən şəxslərə verilən viza növüdür. Rəsmi vizalar diplomatlar, konsullar kimi dövləti təmsil edən və dövlət adından bir ölkəyə səfər edən şəxslərə verilir.
İstinadlar
↑"Visa". nedir.az/. İstifadə tarixi: 23 oktyabr 2017.[ölü keçid]