İsmayıl Dağıstanlının Xatirə Ev-Muzeyi - Muzey 10 sentyabr 1990-cı ildən fəaliyyətə başlayıb. Muzeyin 64 m sahəsi olan 2 otaq və 1 dəhlizdən ibarətdir. Hal-hazırda muzeydə 1125 eksponat qorunur. [1]
Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 50 nömrəli qərarı ilə 5 fevral 1990-cı il yaradılmışdır. Qax şəhər sakininin şəxsi evi olub, sonra muzeyə çevrilib. Muzey 1990-cı ilin sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Muzey binası 1 mərətəbə və 3 otaqdan ibarətdir. Sahəsi 64kv.m. olub, 1120 eksponatdan ibarətdir.[2] Muzeydə ən qədim eksponat XVIII əsrə aid yun darağıdır. Ekspozisiya sahəsi 2 otağı əhatə edir. Ekspozisiyada İsmayıl Dağıstanlının ailəsinə məxsus əşyalar, şəxsi əşyaları və İsmayıl Dağıstanlının şəkilləri nümayiş olunur.[3]